Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g18 №  3 s. 3
  • Ölümün gətirdiyi ağrı-acı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ölümün gətirdiyi ağrı-acı
  • Oyanın! 2018
  • Oxşar material
  • Mündəricat
    Oyanın! 2018
  • Bu sayda: Kədərdən qurtulmağın yolları
    Oyanın! 2018
  • Çətin dönəm
    Oyanın! 2018
  • Ön söz
    Oyanın! 2018
Əlavə
Oyanın! 2018
g18 №  3 s. 3
Dərdli kişi restoranda tək oturur

KƏDƏRLİ İNSANLARA KÖMƏK

Ölümün gətirdiyi ağrı–acı

«Uzun sürən xəstəlik 39 illik həyat yoldaşım Sofiyanıa əlimdən aldı. Həmin vaxtlar dostlarımın mənə böyük dəstəyi oldu, özüm də çalışırdım başımı nə iləsə qatım. Bununla belə, düz bir il özümə gələ bilmədim. Əhvalım tez-tez dəyişirdi, gah özümü yaxşı hiss edirdim, gah pis. Onun ölümündən üç il keçsə də, vaxtaşırı qəm-kədər hissi məni çulğayır və bu hisslər, adətən, qəfil məni yaxalayır» (Kostas).

Əgər siz də əziz adamınızı itirmisinizsə, onda Kostasın hissləri sizə tanışdır. Bəlkə də insana həyat yoldaşının, qohumunun, yaxud əziz dostunun ölümü qədər ağrı gətirən ikinci bir şey yoxdur. Kədərin gətirdiyi ağrı-acını tədqiq edən mütəxəssislər bu fikri təsdiqləyir. Bir jurnalda dərc edilən məqaləyə əsasən, «şübhəsiz, ölüm itkinin ən uzun sürən və ən ağır formasıdır» («The American Journal of Psychiatry»). Bu cür dözülməz ağrı ilə üz-üzə duran insanı növbəti suallar narahat edə bilər: «Bu hisslər nə vaxta kimi davam edəcək? Bir də üzüm güləcək? Haradan təsəlli tapa bilərəm?»

«Oyanın!» jurnalının bu sayında yuxarıdakı suallar cavablandırılacaq. Növbəti məqalədə əzizini yenicə itirmiş insanın üzləşə biləcəyi hallardan danışılacaq. Sonrakı məqalələrdə isə kədəri yüngülləşdirməyə kömək edən üsullar göstəriləcək.

Ümidvarıq ki, növbəti məqalələr kədərli insanlara təsəlli verəcək və onlara kədərdən qurtulmağa kömək edəcək.

a Bu silsilə məqalələrdə bəzi adlar şərtidir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş