Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g19 №  1 s. 12—15
  • Allahın Padşahlığının hakimiyyəti altında hər yanda sülh olacaq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın Padşahlığının hakimiyyəti altında hər yanda sülh olacaq
  • Oyanın! 2019
  • Başlıqlar
  • Oxşar material
  • ALLAHIN PADŞAHLIĞI NƏ ZAMAN İDARƏ EDƏCƏK?
  • ALLAHIN PADŞAHLIĞI İDARƏÇİLİYİ NECƏ ƏLƏ ALACAQ?
  • ALLAHIN PADŞAHLIĞININ VƏTƏNDAŞI OLMAQ ÜÇÜN NƏ ETMƏLİSİNİZ?
  • Allahın Padşahlığı haqqında həqiqət
    Gözətçi qülləsi (kütləvi) 2020
  • Allahın Padşahlığı nədir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • İsa Allahın Padşahlığı haqqında nə öyrədirdi?
    Gözətçi qülləsi 2010
  • ‘Heç vaxt dağılmayacaq’ Padşahlıq
    Vahid həqiqi Allaha ibadət edin
Əlavə
Oyanın! 2019
g19 №  1 s. 12—15
İnsanlar Cənnətdə həyatdan həzz alırlar

ÇƏTİNLİK NECƏ ARADAN QALDIRILACAQ?

Allahın Padşahlığının hakimiyyəti altında hər yanda sülh olacaq

Tezliklə Allahın Padşahlığı, yəni Allahın təsis etdiyi ümumdünya hökumət bütün yer üzündə sülhü və əmin-amanlığı bərqərar edəcək. Zəbur 72:7 ayəsində vəd edildiyi kimi, «hər yanda sülh olacaq». Allahın Padşahlığı bütün dünyanı nə zaman idarə edəcək? Allahın Padşahlığı idarəçiliyi necə ələ alacaq? Allahın Padşahlığının vətəndaşı olmaq üçün nə etməlisiniz?

ALLAHIN PADŞAHLIĞI NƏ ZAMAN İDARƏ EDƏCƏK?

Müqəddəs Kitabda qabaqcadan deyilmişdi ki, bir sıra mühüm hadisələr Allahın Padşahlığının tezliklə idarə edəcəyinə işarə verəcək. Müqəddəs Kitabda bu hadisələrin hamısı birlikdə «əlamət» adlanır. Bu əlamətə bütün dünyada müharibələr, aclıq, xəstəlik, zəlzələ, hərc-mərcliyin baş alıb getməsi daxildir (Mətta 24:3, 7, 12; Luka 21:11; Vəhy 6:2—8).

Digər bir peyğəmbərlikdə deyilir: «Axırzamanda son dərəcə çətin bir vaxt gələcək. Çünki insanlar xudbin, pulpərəst,.. valideynlərinə itaət etməyən, nankor, vəfasız, doğmalarını sevməyən, barışmaz, böhtançı, özünə hakim olmayan, zalım, yaxşılığın düşməni,.. təkəbbürlü olacaqlar, Allahdan çox eyş-işrəti sevəcəklər» (2 Timutiyə 3:1—4). Bu cür keyfiyyətlər həmişə müəyyən dərəcədə özünü büruzə verib, ancaq indi insanların əksəriyyəti belədir.

Bu peyğəmbərliklər 1914-cü ildən yerinə yetməyə başlayıb. Həqiqətən də, tarixçilər, dövlət xadimləri və yazıçılar həmin ildən dünyanın necə dəyişdiyini tez-tez şərh edir. Məsələn, Danimarka tarixçisi Piter Münk yazmışdı: «1914-cü ildə müharibənin başlaması bəşər tarixində mühüm dönüş nöqtəsi oldu. Böyük tərəqqi epoxasından fəlakət, dəhşət, ədavət və təhlükə erasına daxil olduq».

Digər tərəfdən, bugünkü vəziyyət yaxşı bir şeyin olacağına işarə edir. Necə ki fırtınadan sonra sakitlik çökür, eləcə də bu hadisələr onu göstərir ki, Padşahlığın bütün yer üzünü idarə edəcəyi vaxta az qalıb. İsa Məsih sonun əlamətindən danışanda müsbət bir məqamı da qeyd etmişdi: «Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Mətta 24:14).

Yehovanın Şahidlərinin təbliğ etdiyi xəbərin məğzi bu müjdədir. Elə Yehovanın Şahidlərinin əsas nəşri də «Gözətçi qülləsi Yehova Allahın Padşahlığını bəyan edir» adlanır. Jurnalda Allahın Padşahlığının bəşəriyyət və yer kürəsi üçün edəcəyi möhtəşəm işlərdən danışılır.

ALLAHIN PADŞAHLIĞI İDARƏÇİLİYİ NECƏ ƏLƏ ALACAQ?

Bu sualın cavabı dörd vacib amili özünə daxil edir.

  1. Allahın Padşahlığı nə müasir dünyadakı siyasi rəhbərlər vasitəsilə təmsil olunacaq, nə də onların vasitəsilə fəaliyyət göstərəcək.

  2. Dünyanın siyasi liderləri hakimiyyəti əldən verməmək üçün səfehcəsinə Allahın Padşahlığına meydan oxuyacaqlar (Zəbur 2:2—9).

  3. Allahın Padşahlığı bəşəriyyəti idarə etmək sevdasından əl çəkməyən dövlətləri məhv etməli olacaq (Dənyal 2:44; Vəhy 19:17—21). Bu sonuncu ümumdünya qarşıdurma Armageddon adlanır (Vəhy 16:14, 16).

  4. Könül xoşluğu ilə Allahın Padşahlığına tabe olan hər kəs Armageddonda sağ qalıb sülh içində yeni dünyaya qədəm qoyacaq. Bu insanların sayı milyonlarla olacaq və onlar Müqəddəs Kitabda böyük izdiham adlanan qrupu təşkil edəcək (Vəhy 7:9, 10, 13, 14).

    PADŞAHLIQ NƏ EDƏCƏK?

    İsa Məsih yer üzündə olanda Allahın Padşahlığının Padşahı kimi nələr edəcəyini göstərmişdi. O, xəstələrə və şikəstlərə şəfa verirdi (Mətta 4:23). Minlərlə insanı yedizdirirdi (Mark 6:35—44). Hətta təbiət qüvvələrini də idarə edirdi (Mark 4:37—41).

    İsa ətrafına toplaşan insanları öyrədir

    Ən əsası isə İsa Məsih insanlara sülh və birlik içində yaşamağı öyrədirdi. Onun təlimlərini təvazökarlıqla qəbul edən insanlar özlərində elə keyfiyyətlər yetişdirirlər ki, bu keyfiyyətlər onlara Padşahlığın hakimiyyəti altında əbədiyyən xoşbəxt yaşamağa kömək edəcək. Heç bir müəllim buna nail ola bilməz. İsanın təlimlərinə dair gözəl nümunələri «Mətta» kitabının 5—7 fəsillərindən oxumaq olar. Biz sizi bu fəsilləri oxumağa dəvət edirik. Orada yazılan sözlər öz-özlüyündə çox sadədir. Ancaq onlarda dərin hikmət gizlənir. Bu sözlər insanın ürəyinə təsir etməyə bilməz.

ALLAHIN PADŞAHLIĞININ VƏTƏNDAŞI OLMAQ ÜÇÜN NƏ ETMƏLİSİNİZ?

Allahın Padşahlığının vətəndaşı olmaq üçün ilk addım təhsildir. İsa Məsih duada Allaha demişdi: «Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3).

Yehova Allahı tanımaq insana çoxlu nemətlər bəxş edir. Gəlin bunlardan ikisini nəzərdən keçirək. Birincisi, insanda Allaha möhkəm iman yaranır. Sübutlara əsaslanan bu iman insanı əmin edir ki, Allahın Padşahlığı gerçəkdir və tezliklə idarə etməyə başlayacaq (İbranilərə 11:1). İkincisi, insanın Allaha və insanlara məhəbbəti artır. Allah sevgisi onu sidqi-ürəkdən Allaha itaət etməyə təşviq edir. İnsanlara olan sevgi isə İsa Məsihin növbəti əmrinə riayət etməyə təşviq edir: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Luka 6:31).

Yaradanımız bir Ata kimi, bizim yaxşılığımızı istəyir. O istəyir ki, Müqəddəs Kitabda əsl həyat adlandırılan həyatı yaşayaq (1 Timutiyə 6:19). Bu gün bizim yaşayışımız əsl həyat deyil. Milyonlarla insan əzab-əziyyətlə əlləşib-vuruşur ki, bu gündən sabaha sağ çıxsın. Əsl həyatın necə olacağını bilmək üçün Allahın Padşahlığının öz vətəndaşları üçün edəcəyi bəzi işlərə nəzər salaq.

ƏSL HƏYATA QISA BAXIŞ

  • «Onun [Padşah Məsihin] dövründə saleh adam çiçəklənəcək,.. hər yanda sülh olacaq. Səltənəti... dünyanın hüdudlarınadək uzanacaq» (Zəbur 72:7, 8, 13, 14).

  • «[Allah] yerin bir ucundan o biri ucunadək döyüşləri kəsir, kamanı qırır, nizəni sındırır» (Zəbur 46:9).

  • «Yerdə çörək bol olacaq, dağ başında zəmilər aşıb-daşacaq» (Zəbur 72:16).

  • «Onlar evlər tikib içində yaşayacaq, üzüm bağları salıb barını yeyəcək. Tikdikləri evdə özgələr yaşamayacaq, əkdiklərinin barını özgələr yeməyəcək... Seçilmişlərim əllərinin zəhmətindən doyunca zövq alacaq» (Əşiya 65:21, 22).

  • «Allahın çadırı insanlarladır... O, onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (Vəhy 21:3, 4).

İnsanlar Cənnətdə həyatdan həzz alırlar

Allahın Padşahlığının hakimiyyəti altında sülh və təhlükəsizlik, o cümlədən qida bolluğu olacaq

ƏSAS FİKİR

İSA MƏSİHİN TƏLİMLƏRİ İNSANA MƏNƏVİ VƏ RUHANİ GÜC VERİR. BU TƏLİMLƏRİ QƏBUL EDƏN HƏR KƏS ONUN ÜMUMDÜNYA HÖKUMƏTİNİN HAKİMİYYƏTİ ALTINDA SÜLH VƏ BİRLİK İÇİNDƏ YAŞAYACAQ

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş