Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g19 №  3 s. 12—13
  • Ruhanilik

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ruhanilik
  • Oyanın! 2019
  • Başlıqlar
  • Oxşar material
  • ÜMİD
  • HƏYATIN VACİB SUALLARINA CAVABLAR
  • DİGƏR MƏSLƏHƏTLƏR
  • Həyati vacib suallara kim cavab verə bilər?
    Həyati vacib suallara kim cavab verə bilər?
  • Ailələr üçün əlavə kömək
    Oyanın! 2018
  • Ruhanilik nədir? Dinə etiqad etmədən ruhani düşüncəli insan olmaq olar?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Valideynlər üçün kömək
    Oyanın! 2019
Əlavə
Oyanın! 2019
g19 №  3 s. 12—13
Qadın parkdakı skamyada oturub, düşüncələrə dalıb

Ruhanilik

Əvvəldə deyildiyi kimi, bir çox insanlar Müqəddəs Kitaba dini kitab kimi hörmət edir. Onlar öz təcrübələrində görürlər ki, Müqəddəs Kitabı oxuyub, oradakı məsləhətlərə əməl edəndə özlərini Allaha yaxın hiss edirlər və həyatın mənasını başa düşürlər.

Müqəddəs Kitabda «ruhanilik» sözü əhval-ruhiyyəni və ya həyata yanaşmanı bildirir (Yəhuda 18, 19). Cismani düşüncəli insanın fikri-zikri özündə olduğu halda, ruhani düşüncəli insan Allahın qanunlarına önəm verir (Efeslilərə 5:1).

ÜMİD

MÜQƏDDƏS KİTAB MƏSLƏHƏTİ: «Dar gündə ruhdan düşsən, gücün tükənər» (Məsəllər 24:10).

MƏĞZİ: İnsan ruhdan düşsə, həyatın çətinlikləri ilə mübarizə aparmağa gücü olmayacaq. Ümid isə bu mübarizədə insana güc verə bilər. Ümidimiz olanda başa düşürük ki, üzləşdiyimiz problemlər müvəqqətidir. Çətinlikdən sonra yaxşı nəsə olacaq.

TƏTBİQİ: Çalışın, gələcəyə nikbin baxasınız. «Birdən sabah nəsə olar» qorxusu ilə yaşamaqdansa, yaxud mükəmməl vəziyyətin yaranacağı vaxtı gözləməkdənsə, qarşınıza məqsəd qoyun və bu məqsədlərə çatmağa çalışın. Düzdür, təsadüfən nə isə baş verə bilər (Vaiz 9:11). Lakin həyatda vəziyyət, adətən, düşündüyümüzdən yaxşı olur. Müqəddəs Kitabda əkinçilikdən nümunə gətirilərək deyilir: «Toxumunu səhər çağı səp, axşama qədər qoy əlin boş durmasın, çünki bilmirsən əvvəlki cücərəcək, sonrakı cücərəcək, yoxsa hər ikisi» (Vaiz 11:6).

HƏYATIN VACİB SUALLARINA CAVABLAR

MÜQƏDDƏS KİTAB MƏSLƏHƏTİ: «Mənə dərrakə ver... Sözünün bünövrəsi həqiqətdir» (Zəbur 119:144, 160).

MƏĞZİ: Müqəddəs Kitabda, demək olar ki, hər kəsi narahat edən sualların cavabı var. Məsələn, bu kimi sualların:

  • Həyatın mənası nədir?

  • İnsanlar niyə əzab çəkir?

  • İnsan öləndə nə baş verir?

  • Həyat elə budur?

Bütün dünyada milyonlarla insan Müqəddəs Kitabın bu və digər suallara verdiyi cavabı araşdırmaqla xoşbəxtlik əldə ediblər.

TƏTBİQİ: Müqəddəs Kitabı araşdırın. Yehovanın Şahidləri bu kitabı başa düşməkdə sizə kömək edə bilər. jw.org saytına daxil olun, yaxud ibadət görüşlərimizə gəlin. Giriş pulsuzdur və qapı hər kəsin üzünə açıqdır.

DİGƏR MƏSLƏHƏTLƏR

Qadın «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» adlı videoya baxır

jw.org saytında «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» adlı videoya baxın. Video 880-dən çox dildə əlçatandır

RUHANİ TƏLƏBATINIZI DƏRK EDİN

«Allaha ehtiyacı olduğunu dərk edənlər xoşbəxtdir, çünki səmavi Padşahlıq onlarındır» (MƏTTA 5:3).

ALLAH HAQQINDA ELM ALIN

«Allahı axtarsınlar,.. tapa bilsinlər. Hərçənd O, heç birimizdən uzaq deyil» (HƏVARİLƏRİN İŞLƏRİ 17:27).

MÜQƏDDƏS KİTABI OXUYUB DÜŞÜNÜN

«O, Yehovanına qanunundan həzz alır, gecə-gündüz Onun qanununun dərinliyinə varır... Hər işində uğur qazanar» (ZƏBUR 1:2, 3).

a Müqəddəs Kitaba əsasən, «Yehova» Allahın adıdır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş