Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g20 №  2 s. 6—7
  • Əzablar Allahdandır?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əzablar Allahdandır?
  • Oyanın! 2020
  • Başlıqlar
  • Oxşar material
  • Bunu bilmək nəyə görə vacibdir?
  • Düşünün
  • Müqəddəs Kitabda deyilir
  • Mündəricat
    Oyanın! 2020
  • Müqəddəs Kitabın cavabı
    Gözətçi qülləsi (kütləvi) 2017
  • Allah əzablara nə üçün yol verir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Allah Öz bəndələrinə əzab verirmi?
    Müqəddəs Kitaba aid suallara cavab
Əlavə
Oyanın! 2020
g20 №  2 s. 6—7
Kilsədə yas mərasimində vəz edən keşiş əlində Müqəddəs Kitab tutub.

1. Əzablar Allahdandır?

Bunu bilmək nəyə görə vacibdir?

Bəzi insanlar əzabların səbəbkarının Allah olduğunu düşünüb Ondan üz döndərir.

Düşünün

Bir çox din xadimləri birbaşa və ya dolayısıyla öyrədirlər ki, əzabların səbəbkarı Allahdır. Məsələn, deyirlər:

  • Təbii fəlakətlər Allahın cəzasıdır.

  • Allah yaxşı adamları yanına tez aparır.

  • Böyük iztirablara səbəb olan müharibələrdə Allah tərəf tutur.

Bəs ola bilərmi ki, din xadimləri Allah haqqında yanlış məlumat verir? Bəlkə, Allah elə buna görə onlardan üz döndərib?

ƏLAVƏ MƏLUMAT

jw.org saytında «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» adlı videoya baxın.

Müqəddəs Kitabda deyilir

Əzabların səbəbkarı Allah deyil.

Əzabların Allahdan olması fikri Müqəddəs Kitabda Onun xüsusiyyətləri ilə bağlı deyilənlərə ziddir. Kəlamda yazılıb:

«Qayadır O, hər işi mükəmməl... Adildir, haqdır O» (QANUNUN TƏKRARI 32:4).

«Allah qətiyyən pislik etməz, Qüdrət Sahibi haqsızlıq etməz!» (ƏYYUB 34:10).

«Qüdrət Sahibi ədaləti təhrif etmir» (ƏYYUB 34:12).

Allah Onun haqda yanlış təlimlər yayan dinləri rədd edir.

Əzabların səbəbkarının Allah olduğunu öyrədən, həmçinin müharibələrdə, zorakılıqda əli olan dinlər Allahda ikrah doğurur.

«Peyğəmbərlər Mənim adımla yalandan peyğəmbərlik edir. Onları Mən göndərməmişəm, onlara heç nə buyurmamışam, onlarla danışmamışam. Sizə söylədikləri şeylər yalan vəhylərdir,.. öz uydurmalarıdır» (ƏRƏMYA 14:14).

İsa peyğəmbər dini riyakarlığı ifşa edirdi.

«Mənə “Ağa, Ağa” deyən hər kəs səmavi Padşahlığa girməyəcək, yalnız göydəki Atamın iradəsini yerinə yetirən ora girəcək. O gün çoxları mənə deyəcək: “Ağa, Ağa, məgər biz sənin adınla peyğəmbərlik etmirdik? Məgər sənin adınla cinləri qovmurduq? Məgər sənin adınla çoxlu möcüzələr göstərmirdik?” O zaman onlara deyəcəyəm: “Mən sizi tanımıram! Rədd olun, qanunsuzluğun qulluğunda duranlar!”» (MƏTTA 7:21—23).

Əzablar Allahdandır?

Təsəvvür edin ki, bir ata övladlarını böyüdür, onlara qayğı göstərir. Böyüyüb boya-başa çatandan sonra bir oğlu dikbaşlıq edib evi tərk edir və rəzil həyata qurşanır. Onun bu cür davranışına görə ata məsuliyyət daşıyır? Oğulun öz əməllərinin acı nəticəsinə görə atasını günahlandırmağa haqqı çatır? Eynilə, biz də əzablarımıza görə Allahı günahlandırmamalıyıq.

Onda belə çıxır, müqəssir özümüzük?

2-ci suala baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş