Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g20 №  2 s. 14—15
  • Əzablar nə vaxtsa bitəcək?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əzablar nə vaxtsa bitəcək?
  • Oyanın! 2020
  • Başlıqlar
  • Oxşar material
  • Bunu bilmək nəyə görə vacibdir?
  • Düşünün
  • Müqəddəs Kitabda deyilir
  • Müqəddəs Kitabın cavabı
    Gözətçi qülləsi (kütləvi) 2017
  • Əzab-əziyyət
    Oyanın! 2015
  • Təsəlli. İztirab çəkənlər üçün təsəlli
    Gözətçi qülləsi 2003
  • Allah həqiqətən də bizim qeydimizə qalırmı?
    Allah həqiqətən də bizim qeydimizə qalırmı?
Əlavə
Oyanın! 2020
g20 №  2 s. 14—15
Ailə təbiət qoynunda istirahət edir. Onlar deyib-gülür, birlikdə xoş vaxt keçirib dincəlirlər.

5. Əzablar nə vaxtsa bitəcək?

Bunu bilmək nəyə görə vacibdir?

Əgər əzabların bitəcəyinə inanmaq üçün əsasımız olsa, həyata nikbin baxacağıq və Allahla bağlı yanlış fikirlərdən azad olacağıq.

Düşünün

Çoxları əzablara son qoymaq istəyərdi, amma əllərindən heç nə gəlmir. Növbəti məqamlara diqqət yetirin.

Tibb sahəsindəki nailiyyətlərə rəğmən,..

  • Ürək xəstəlikləri ölüm hallarının başlıca səbəbi olaraq qalır.

  • Xərçəng hər il milyonlarla insanın həyatına son qoyur.

  • «Dünyada uzun illərdir mövcud olan, yeni yaranan və yenidən baş qaldıran infeksion xəstəliklər hələ də tüğyan edir», — deyə bir mütəxəssis qeyd edir («Frontiers in Immunology»).

Büdcəsi zəngin olan bəzi ölkələrdə belə,..

  • Hər il milyonlarla uşaq ölür və bu, çox vaxt yoxsul əhalinin məskunlaşdığı ərazilərin payına düşür.

  • Milyardlarla insanın yaşadığı ərazidə lazımi sanitar-gigiyena şəraiti mövcud deyil.

  • Yüz milyonlarla insan təmiz su qıtlığından əziyyət çəkir.

İnsan hüquqları barədə cəmiyyətdə məlumat getdikcə artsa da,..

  • Bir çox ölkələrdə insan alveri davam edir. BMT-nin hesabatına əsasən, cinayətkarları cəzalandırmayan ölkələr «ya problemə göz yumurlar, ya da bu cinayətlə mübarizə aparmaq üçün kifayət qədər resurslara malik deyillər».

    ƏLAVƏ MƏLUMAT

    jw.org saytından «Allahın Padşahlığı nədir?» adlı videoya baxın.

Müqəddəs Kitabda deyilir

Allah qayğımızı çəkir.

Allah bizim ağrı-acımıza, əzablarımıza biganə deyil.

«O [Allah], məzlumun dərdini rədd etmədi, sitəmindən iyrənmədi, ondan üz döndərmədi, fəryadını eşitdi» (ZƏBUR 22:24).

«Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 BUTRUS 5:7).

Əzablar sonsuzadək davam etməyəcək.

Müqəddəs Kitabda vəd olunur ki, Allahın insanlarla bağlı niyyəti gerçəkləşəcək.

«Allah... onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (VƏHY 21:3, 4).

Allah əzabların səbəbini aradan qaldıracaq.

Allah bunu qurduğu Padşahlıq vasitəsilə həyata keçirəcək. Müqəddəs Kitaba əsasən, Allahın Padşahlığı gerçək hökumətdir.

«Göylərin Allahı heç vaxt dağılmayacaq bir padşahlıq quracaq. Bu padşahlıq başqa xalqa keçməyəcək... Əbədi duracaq» (DƏNYAL 2:44).

Əzablar nə vaxtsa bitəcək?

Bəli, bitəcək. Ancaq insan gücünə yox. Hökumətlər əzabları sadəcə yüngülləşdirə bilər. Allah isə əzabların səbəbini aradan qaldırmağa qadirdir. O, Öz Padşahlığı vasitəsilə bunu mütləq edəcək.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş