Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g21 №  1 s. 4—5
  • Ailənin xoşbəxtliyi üçün hikmətli nəsihətlər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ailənin xoşbəxtliyi üçün hikmətli nəsihətlər
  • Oyanın! 2021
  • Başlıqlar
  • Oxşar material
  • Ərlər, arvadınızı sevin
  • Qadınlar, ərinizə hörmət edin
  • Həyat yoldaşınıza sadiq qalın
  • Valideynlər, övladlarınızın tərbiyəsinə ciddi yanaşın
  • Uşaqlar, valideynlərinizə qulaq asın
  • Ailə səadəti
    Müqəddəs Kitab təlimləri
  • Ailədə xoşbəxtliyə necə nail olmaq olar?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Allaha məqbul olan ailə həyatı
    Allah bizdən nə tələb edir?
  • Ailə səadəti (I hissə)
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Oyanın! 2021
g21 №  1 s. 4—5
Xoşbəxt ailə birgə bazara gəlib.

Ailənin xoşbəxtliyi üçün hikmətli nəsihətlər

Ailə, övlad Allahın bəxşişidir. O istəyir ki, ailəmiz xoşbəxt olsun. Buna görə də qədimdə yazılmış Müqəddəs Kitab vasitəsilə bizə öyüd-nəsihətlər verir. Gəlin bu öyüd-nəsihətlərdən bəzilərinə nəzər salaq.

Ərlər, arvadınızı sevin

«Ər... arvadını öz bədənini sevdiyi kimi sevməlidir. Arvadını sevən özünü sevir, axı elə bir adam yoxdur ki, öz bədəninə nifrət etsin, əksinə, insan öz bədəninin qeydinə qalır, onu əzizləyir» (EFESLİLƏRƏ 5:28, 29).

Ər ailənin başçısıdır (Efeslilərə 5:23). Yaxşı ər kobud, tələbkar olmur. O, arvadının qədrini bilir, onun maddi, emosional tələbatlarını ödəyir. Həmçinin onun xoşbəxtliyi üçün çalışır, öz dediyini yeritmir (Filippililərə 2:4). O, arvadı ilə açıq ünsiyyət edir və onu həmişə dinləyir. Onunla sərt davranmır, ona əl qaldırmır, kobud danışmır (Koloslulara 3:19).

Qadınlar, ərinizə hörmət edin

«Arvad... ərinə dərin hörmət bəsləsin» (EFESLİLƏRƏ 5:33).

Qadın ərinə hörmət edəndə, onun qərarlarını dəstəkləyəndə ailədə xoş ab-hava yaradır. Yaxşı qadın əri səhv edəndə onu alçaltmır, əksinə, həlim və hörmətcil davranır (1 Butrus 3:4). Əri ilə hansısa problem barədə danışmaq lazım gələndə bunun üçün düzgün vaxt seçir və onunla hörmətlə danışır (Vaiz 3:7).

Həyat yoldaşınıza sadiq qalın

«Kişi... arvadına bağlanacaq və onlar bir bədən olacaq» (YARADILIŞ 2:24).

Kişi ilə qadın ailə quranda onlar arasında çox məhrəm münasibət yaranır. Onlar əllərindən gələni etməlidirlər ki, bu münasibəti qorusunlar. Məsələn, bir-birinə ürəklərini açıb danışmalı, hətta kiçik şeylərlə də olsa, bir-birini sevindirməyə çalışmalıdırlar. Ərlə arvad bir-birinə sadiq qalmalı, yoldaşından başqa heç kəslə cinsi münasibətdə olmamalıdır. Çünki xəyanət insana dərin yara vurur, etibarı sarsıdır və ailəni dağıdır (İbranilərə 13:4).

Valideynlər, övladlarınızın tərbiyəsinə ciddi yanaşın

«Uşağa düzgün yolu öyrət, qocalanda da o yoldan çıxmaz» (MƏSƏLLƏR 22:6).

Allah valideynlərə övladlarını tərbiyə etməyi həvalə edib. Bu o deməkdir ki, onlar övladlarına ədəb-ərkan qaydalarını öyrətməli və onlar üçün yaxşı nümunə olmalıdırlar (Qanunun təkrarı 6:6, 7). Uşaq özünü pis aparanda valideyn özündən çıxmamalıdır. O, «eşitməyə hazır olmalı, danışmağa və hirslənməyə tələsməməlidir» (Yaqub 1:19). Əgər valideyn uşağı cəzalandırmaq qərarına gəlsə, bunu qəzəblə yox, məhəbbətlə etməlidir.

Uşaqlar, valideynlərinizə qulaq asın

«Uşaqlar,.. valideynlərinizin sözünə qulaq asın... “Atana və anana hörmət et”» (EFESLİLƏRƏ 6:1, 2).

Övladlar valideynlərinə qulaq asmalı və onların hörmətini saxlamalıdırlar. Onlar valideynləri ilə bu cür rəftar edəndə ailədə sevincin, dincliyin hökm sürməsinə töhfə verirlər. Boya-başa çatmış övladlar valideynlərinin qayğısına qalmalıdırlar. Lazım gəldikdə ev-eşiklərini təmir etməli, onlara əl tutmalıdırlar (1 Timutiyə 5:3, 4).

«Yaxşı ər oldum»

«Uşaqlıqdan aldığım tərbiyəyə görə çox tələbkar insan idim. Amma sonradan öyrəndim ki, ailə başçısı kimi arvadımın da fikirlərini nəzərə almalıyam, xudbin olmamalıyam, evdə ağalıq etməməliyəm. Allahın gözündə həyat yoldaşımla mən bir bədənik, buna görə də mən onu öz bədənim kimi sevməliyəm. Allahın Kəlamındakı hikmətli məsləhətlərin sayəsində yaxşı ər oldum. İndi ailəm xoşbəxtdir» (Rahul).

Rahul və həyat yoldaşı.

Əlavə məlumat:

Ailə həyatı haqda əlavə məsləhətlər üçün jw.org saytında MÜQƏDDƏS KİTAB TƏLİMLƏRİ > NİKAH VƏ AİLƏ bölməsinə daxil olun.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş