Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g21 №  2 s. 4—6
  • Texnologiyanın təsiri. Dostluğa

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Texnologiyanın təsiri. Dostluğa
  • Oyanın! 2021
  • Başlıqlar
  • Oxşar material
  • NƏYİ BİLMƏK LAZIMDIR?
  • NƏ EDƏ BİLƏRSİNİZ?
  • Əsil dostu necə tapmaq olar?
    Oyanın! 2016
  • Sosial media mənə necə təsir edir?
    Gənclərin sualları
  • Uşaqlar və sosial şəbəkələr. I Hissə. Uşağıma sosial şəbəkələrdən istifadə etməyə icazə verim?
    Ailələrə komək
  • Valideynlərim sosial mediadan istifadə etməyə icazə verməsələr, nə edim?
    Gənclərin sualları
Əlavə
Oyanın! 2021
g21 №  2 s. 4—6
Dünyanın müxtəlif yerlərində olan dostlar videokonfrans vasitəsilə bir-birilə əlaqə saxlayır.

Texnologiyanın təsiri. Dostluğa

Müasir dövrdə insanların bir-birilə ünsiyyət qurması çox asanlaşıb. Ayrı-ayrı qitələrdə yaşayan insanlar belə, sms, e-mail, videokonfrans və sosial media vasitəsilə bir-birilə asanlıqla əlaqə yaradır. Belə istifadə olunduqda texnologiya insana xidmət edir.

Ancaq bəzi insanlar dostları ilə, əsas etibarilə, sosial şəbəkələr vasitəsilə ünsiyyət edirlər. Belə insanlar adətən...

  • dostlarına anlayış göstərmir.

  • özlərini tənha hiss edir.

  • daha çox özlərini düşünür.

NƏYİ BİLMƏK LAZIMDIR?

Yeniyetmə qız gecə yarısı sosial şəbəkələri izləyir. Onun baxdığı paylaşım 723 000 baxış sayı toplayıb.

ANLAYIŞ

Kiminsə hisslərini başa düşmək üçün onun haqqında düşünmək lazımdır. Ancaq bütün günü mesajlaşırıqsa, yaxud sosial şəbəkələri izləyiriksə, bu, çətin ola bilər.

Əgər sizə çoxlu mesaj gəlirsə, vaxt keçdikcə dostlarınızın yazdığı mesajları cavablandırmaq ağır yükə çevriləcək. Gələn mesajlara tələm-tələsik cavab yazacaqsınız. Hansısa dostunuzun köməyə ehtiyacı olduğunu sezməyəcəksiniz.

DÜŞÜNÜN: Dostlarınıza mesaj yazarkən onların dərdinə şərik olduğunuzu necə göstərə bilərsiniz? (1 BUTRUS 3:8).

TƏNHALIQ

Bir araşdırma nəticəsində məlum olmuşdu ki, adətən sosial şəbəkədə vaxt keçirəndən sonra insanlar özlərini pis hiss edirlər. Tədqiqatçılar belə qənaətə gəlmişlər ki, başqalarının paylaşdığı şəkillərə baxandan sonra insan vaxtını hədər yerə sərf etdiyini düşünür.

Üstəlik, başqalarının maraqlı şəkillərinə baxanda insan öz həyatını onların həyatı ilə müqayisə etməyə başlayır. Ona elə gəlir ki, hamı vaxtını xoş keçirir, onun isə həyatı maraqsız keçir.

DÜŞÜNÜN: Sosial mediadan istifadə edərkən nəyə görə özünüzü başqaları ilə müqayisə etməməlisiniz? (QALATİYALILARA 6:4).

ÖZÜNÜ DÜŞÜNMƏK

Bir müəllim müşahidə edib ki, şagirdlərdən bəziləri eqoistdir və ancaq dostlarından nə isə gözləyir. Bu cür insanlar dostluq münasibətində yalnız öz mənfəətini güdür. Onlar üçün dostluq sadəcə mobil cihazlardakı tətbiqlər kimidir, lazım gələndə istifadə edirlər, lazım olmayanda isə söndürürlər.

DÜŞÜNÜN: Sosial şəbəkələrdə etdiyiniz paylaşımlar sizin rəqabətə meyilli olduğunuzu, yaxud da yalnız özünüzü düşündüyünüzü büruzə vermir? (QALATİYALILARA 5:26).

NƏ EDƏ BİLƏRSİNİZ?

ÖZÜNÜZÜ TƏHLİL EDİN

Sosial şəbəkələr sizə ağalıq yox, xidmət edəndə dostlarınızla əlaqə saxlamağa və münasibətlərinizi möhkəmləndirməyə kömək edəcək.

MÜQƏDDƏS KİTABDAN MƏSLƏHƏT: «Məhəbbət... öz xeyrini güdmür» (1 KORİNFLİLƏRƏ 13:4, 5).

Sizə uyğun gələn məsləhətləri seçin, yaxud öz fikirlərinizi yazın.

  • Canlı ünsiyyət qurun, sadəcə mesajlaşmayın.

  • Söhbət edərkən telefonu kənara qoyun, yaxud səssiz rejimə keçirin.

  • Sosial şəbəkələrdə keçirdiyiniz vaxtı azaldın.

  • Həmsöhbətinizə diqqətlə qulaq asın.

  • Çətinliyi olan dostunuza vaxt ayırın.

ÖZÜNÜZƏ SUAL VERİN:

  • Mənim əsl dostum var? Elə bir dostum ki, mən onun qeydinə qalıram, o da mənim?

  • Dostumla söhbət edərkən telefon zəngləri, mesajlar və ya bildirişlər diqqətimi tez-tez yayındırır?

  • Sosial şəbəkələrdə paylaşdığım şəkillər və ya şərhlər yalnız özümü düşündüyümü göstərir?

  • Sosial şəbəkələrdə vaxt keçirdikdən sonra özümü necə hiss edirəm?

  • Texnologiyanın mənə əsl dostlar tapmağa mane olmaması üçün nə edə bilərəm?

    MÜQƏDDƏS KİTABDAN MƏSLƏHƏT: «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (FİLİPPİLİLƏRƏ 2:4).

Emili.

«Dostluq insandan vaxt və güc tələb edir. Buna görə də adamın yaxın dostu adətən az olur. Əsas kəmiyyət deyil, keyfiyyətdir. Əsl dostlar bir-birinin xeyrini düşünür» (EMİLİ).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş