Ön söz
Kainatın, yer üzündə həyatın yaranması ilə əlaqədar müxtəlif fikirlər mövcuddur. «Oyanın!» jurnalının bu sayında bu mövzu ilə bağlı maraqlı faktlar gətirilib. Sizi bu faktlarla tanış olmağa dəvət edirik. Çünki bunun sayəsində növbəti suala daha da əminliklə cavab verəcəksiniz: Kainat kor təsadüf nəticəsində əmələ gəlib, yoxsa Yaradanın əl işidir? Bu çox vacib sualdır, çünki cavabı insanın bütün həyatını dəyişməyə qadirdir.