Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g21 №  3 s. 8—9
  • Alimlər nəyi bilmir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Alimlər nəyi bilmir?
  • Oyanın! 2021
  • Oxşar material
  • Embrioloq imanı haqda danışır
    Oyanın! 2016
  • Həyat necə əmələ gəlib?
    Əlavə mövzular
  • Həyat necə yaranıb?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Uşağınıza Yaradana qarşı inam aşılayın
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
Əlavə
Oyanın! 2021
g21 №  3 s. 8—9
Müəllim tələbələrlə müzakirə aparır.

Alimlər nəyi bilmir?

İlk baxışdan elə görünür ki, sanki alimlər Kainatın bizə məlum olan hissəsinin hər qarışını öyrəniblər. Bununla belə, onlar hələ çox sualların cavabını bilmirlər.

Elm Kainatın və həyatın başlanğıcını aşkar edə bilib? Qısaca desək, xeyr! Bəzilərinin fikrincə, kosmologiya elmi Kainatın başlanğıcını müəyyən edə bilər. Amma Dartmut Kollecində çalışan, astronomiya üzrə professor, aqnostik Marselo Qleyzer deyir: «Biz hələ də Kainatın başlanğıcını öyrənə bilməmişik».

Eynilə, «Sayens Nyus» jurnalında dərc olunmuş məqalədə həyatın başlanğıcı haqqında deyilir: «Yer üzündə həyatın necə əmələ gəldiyini müəyyən etmək qeyri-mümkündür. Yer kürəsinin erkən dövrlərində baş verənləri süxurların və fosillərin vasitəsilə öyrənmək olardı. Ancaq onların əksəriyyəti çoxdan yoxa çıxıb». Bu sözlərdən görünür ki, elm «Kainat və həyat necə yaranıb?» sualına hələ ki cavab verməyib.

Sizdə sual yarana bilər: «Bəs yaxşı, yer üzündə həyatı kim yaradıb?» Həmçinin sizi başqa suallar da düşündürə bilər: «Əgər hikmətli Yaradan varsa, onda nəyə görə O, insanların əzab çəkməsinə yol verir? Nəyə görə bir-birinə zidd gedən bu qədər din var? Nəyə görə Allah “mömin” insanların pis əməllərinə göz yumur?»

Elm bu suallara cavab verə bilməz. Amma bu o demək deyil ki, bu sualların cavabı yoxdur. Bir çox insanlar suallarına Müqəddəs Kitabdan cavab tapıblar.

Müqəddəs Kitabı araşdıran bəzi alimlər Yaradanın varlığına inanır. jw.org saytına daxil olaraq onların nəyə görə belə qənaətə gəldiyi barədə oxuya bilərsiniz. Saytda «Həyatın əmələ gəlməsi» başlığı altındakı silsilə videolara baxa bilərsiniz.

Elm və Müqəddəs Kitab onları əmin etdi

Kimyaçı Qeorqiy Koydan

«Mən çox vaxt işimlə əlaqədar olaraq, molekul yaratmaq üçün müxtəlif kimyəvi maddələri birləşdirirəm. Bu, şahmat oyununa bənzəyir. Belə ki, bir neçə addımı əvvəlcədən planlaşdırmaq lazımdır. Əgər addımlardan birini buraxsan, molekul parçalana bilər. İşim öz-özlüyündə çətindir. Amma bu, canlı hüceyrənin daxilində gedən, mürəkkəb kimyəvi molekullar əmələ gətirən minlərlə kimyəvi reaksiyalarla müqayisədə sadədir. Məhz bu məni Böyük Kimyaçının, Yaradanın varlığına inandırır.

Müqəddəs Kitabı öyrənəndə başa düşdüm ki, bu, adi kitab deyil. Bu kitab, demək olar, 2000 ildir ki, yazılıb qurtarıb. Amma oradakı məsləhətlər bu gün də öz dəyərini itirməyib. Orada ailədə, işdə, cəmiyyətdə yaranan problemləri yoluna qoymaqla bağlı yazılanların, həqiqətən də, insana böyük köməyi dəyir. Mən belə bir qənaətə gəldim ki, bu cür məsləhətləri yalnız ali zəkaya sahib olan Kəs verə bilər».

Embrioloq Yan-De Syu

«Döl inkişaf etdikcə bütün hüceyrələr birgə fəaliyyət göstərib müəyyən hüceyrələri sinir, əzələ, sümük toxumasına və digər toxumalara, həmçinin qan hüceyrələrinə çevirir, ən nəhayətdə isə insan orqanizmi əmələ gəlir. Hüceyrələrin birləşərək dölü necə əmələ gətirdiyini tam öyrənə bilməmişik. Mənim fikrimcə, həyatın hikmətli Yaradanı var.

“Zəbur” kitabının 139-cu fəslinin 15 və 16-cı ayələrində dölün ana bətnində inkişafı barədə yazılıb. Bu sözlər alimlərin son onilliklər ərzində aşkara çıxardığı faktlarla həmahəngdir. Necə ola bilər ki, bu proses qədim dövrdə bu qədər dəqiqliklə təsvir olunsun? Şübhə yoxdur ki, bu sözləri qələmə alan kəsə məlumatı Yaradan əyan etmişdi».

«Rosio Pikado Herero: Kimya müəllimi imanı haqda danışır» adlı (türk.) videoya baxın. Videonu jw.org saytında tapa bilərsiniz.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş