Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g22 №  1 s. 10—12
  • 3. Doğmalarınızla münasibəti qoruyun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 3. Doğmalarınızla münasibəti qoruyun
  • Oyanın! 2022
  • Başlıqlar
  • Oxşar material
  • NƏYƏ GÖRƏ VACİBDİR?
  • Nəyi bilməlisiniz?
  • Nə edə bilərsiniz?
  • Dost seçimində hikmətli olun
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Məhəbbət olmayan dünyada dostluğu qoruyun
    Gözətçi qülləsi 2009
  • «Oyanın!» jurnalının bu sayında
    Oyanın! 2022
  • Övladlarınıza Allah sevgisi aşılayın
    Gözətçi qülləsi 2022
Əlavə
Oyanın! 2022
g22 №  1 s. 10—12
Xoşbəxt yaşlı ər-arvad qucaqlaşır.

TƏLATÜMLÜ DÜNYADA

3 | Doğmalarınızla münasibəti qoruyun

NƏYƏ GÖRƏ VACİBDİR?

Dünyadakı hadisələrə görə narahatlıq artdıqca insanların doğmaları ilə münasibətləri də istər-istəməz gərilir.

  • İnsanlar özlərini dostlarından təcrid edir.

  • Ər-arvadlar arasında dava-dalaş artır.

  • Valideynlər övladlarının problemləri ilə ya az maraqlanır, ya da ümumiyyətlə maraqlanmır.

Nəyi bilməlisiniz?

  • Dostların rolu əvəzsizdir, çünki onlar çətin vəziyyətlərdə insanı sarsılmağa qoymur.

  • Dünyada baş verənlər ucbatından yaranan stres ailənizdə gözlənilməz problemlərə səbəb ola bilər.

  • Xəbər buraxılışlarında eşitdikləri xoşagəlməz hadisələr övladlarınızı düşündüyünüzdən çox qorxuda bilər.

Nə edə bilərsiniz?

Müqəddəs Kitabda deyilir: «Əsl dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır» (Məsəllər 17:17).

Dostlarınızdan kömək istəyin. Onlar sizə dayaq ola bilər, məsləhət verə bilər. Dar günün dostları insana hər bir çətinliyə sinə gərməyə güc verə bilər.

XOŞ GÜZƏRAN MÜMKÜNDÜR? Məsləhətlər

Təlatümlü vaxtlarda doğmalarınızla münasibəti qorumaq üçün növbəti addımları atın

AİLƏ TELLƏRİNİ MÖHKƏMLƏNDİRİN

Xoşbəxt yaşlı ər-arvad qucaqlaşır.

Ailə tellərini möhkəmləndirin

Müqəddəs Kitabda deyilir: «İki nəfər bir nəfərdən yaxşıdır... Əgər biri yıxılsa, digəri yoldaşını qaldıracaq» (Vaiz 4:9, 10). Ərlə arvad iki rəqib komandanın yox, eyni komandanın oyunçularına bənzəyir. Onların məqsədi eynidir: birlikdə qələbə çalmaq.

  • Diqqətli olun ki, hirsinizi bir-birinizin üstünə tökməyəsiniz. Bir-birinizə qarşı səbirli olun.

  • Ən azı həftədə bir dəfə həyat yoldaşınızla problemlərinizi müzakirə edin. Çalışın problemi həll edəsiniz, bir-birinizi hədəfə almayasınız.

  • Birlikdə sevdiyiniz işləri görün.

  • Birgə keçirdiyiniz xoş anları xatırlayın, məsələn, toy şəkillərinə baxın və ya digər xoş xatirələri yada salın.

«Düzdür, ərlə arvadın fikri hər şeydə üst-üstə düşmür. Amma bu o demək deyil ki, onlar əl-ələ verib problemi həll edə bilməzlər. Cütlük birgə qərar verə bilər, sonra isə bu qərarı həyata keçirmək üçün əllərindən gələni edə bilər» (Deyvid).

DOSTLARLA MÜNASİBƏTİ QORUYUN

  • Müxtəlif irqlərdən olan qadınlar deyib-gülür, birgə xoş vaxt keçirirlər.

    Dostlarla münasibəti qoruyun

    Dostlarınızdan kömək almaqla yanaşı, düşünün görün siz onlara necə kömək edə bilərsiniz. Başqalarına dayaq olanda insan özü də güc tapır.

  • Hər gün bir neçə dostunuzla əlaqə saxlayıb hal-əhval tutun.

  • Eyni çətinliklərdən keçmiş dostlarınızdan soruşub maraqlanın: Onlar bu çətinlikləri necə aşıblar?

«Həyatın keşməkeşli anlarında dost bir bələdçi kimi insana yol göstərir, bəzən elə özünün də bildiyin şeyləri yadına salaraq səni düzgün istiqamətə yönəldir. Dostlar bir-birinə bel bağlayırlar, arxayındırlar ki, dar gündə bir-birinə dayaq olacaqlar» (Nikol).

ÖVLADLARINIZA DAYAQ OLUN

Valideynlər iki uşağı ilə birgə körpüdə oturub mənzərəni seyr edirlər.

Övladlarınıza dayaq olun

Müqəddəs Kitabda deyilir: «Hər bir insan eşitməyə hazır olmalı, danışmağa... tələsməməlidir» (Yaqub 1:19). Ola bilsin, övladlarınız əvvəl-əvvəl qorxu və narahatlıqlarını dilə gətirmək istəməsinlər. Amma səbirlə dinləsəniz, onlar ürəklərini sizə açıb-boşaldacaqlar.

  • Elə şərait yaradın ki, uşaqlar ürəklərindən keçəni sizə açıb deyə bilsinlər. Bəzi uşaqlara valideynlə üzbəüz oturub söhbət etmək çətindir. Onlar süfrə arxasında əyləşəndə, harasa gedəndə daha sərbəst olurlar və valideynləri ilə açıq danışırlar.

  • Diqqət yetirin ki, övladlarınız xoşagəlməz xəbərlərə çox qulaq asmasınlar.

  • Uşaqları ailənizin təhlükəsizliyi üçün gördüyünüz tədbirlərdən xəbərdar edin.

  • Fövqəladə hallarda nə edəcəyinizi planlaşdırın və uşaqlarınızla birgə məşq edin.

«Övladlarınızla söhbət edin. Qoyun ürəklərindən keçənləri açıb danışsınlar. Ola bilsin, onlar qorxu, təlaş, qəzəb hissi keçirirlər, ancaq bunu gizlədirlər. Onlara bildirin ki, siz də eyni hissləri keçirirsiniz. Həmçinin bu hisslərlə necə mübarizə apardığınız barədə danışın» (Betani).

«Xoşbəxt ailəm» adlı videodan səhnə. Xoşbəxt ər-arvad əl-ələ tutub cığırla gedir.

ƏTRAFLI MƏLUMAT. «Xoşbəxt ailəm» adlı videoya baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş