Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g23 №  1 s. 6—8
  • Okeanlar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Okeanlar
  • Oyanın! 2023
  • Başlıqlar
  • Oxşar material
  • Okean problemləri
  • Planetimizin özünübərpa xüsusiyyəti
  • Həll yolları
  • Müqəddəs Kitabın verdiyi ümid
  • Mündəricat
    Oyanın! 2023
  • «Oyanın!» jurnalının bu sayında
    Oyanın! 2023
  • Ön söz
    Oyanın! 2023
Oyanın! 2023
g23 №  1 s. 6—8
Rəngarəng balıq, mərcan və dəniz bitkiləri ilə əhatə olunmuş okeanda üzən akvalanqçı.

Georgette Douwma/Stone via Getty Images

PLANETİMİZİN GƏLƏCƏYİ NECƏ OLACAQ?

OKEANLAR

OKEANLAR bizi təkcə çoxlu qida ilə yox, həmçinin dərman vasitələrinin hazırlanmasında istifadə olunan xeyli maddələrlə təmin edir. Yer kürəsindəki oksigenin yarıdan çoxu okeanlarda əmələ gəlir. Üstəlik, onlar insanların xaric etdiyi karbon qazı tullantılarını udur. Bundan əlavə, okeanlar iqlimi tənzimləyir.

Okean problemləri

İqlim dəyişikliyi mərcan riflərinin, molyuskların və suda yaşayan digər canlıların həyatı üçün təhlükəlidir. Alimlər ehtimal edir ki, qarşıdakı 30 il ərzində dənizdəki həyatın dörddə birini təşkil edən riflərin, demək olar, hamısı məhv olmaq təhlükəsi ilə üzləşəcək.

Mütəxəssislərin hesablamalarına görə dəniz quşlarının 90 faizindən çoxu okeandakı plastik tullantıları yeyir. Bu tullantılar ucbatından hər il milyonlarla dəniz canlısı məhv olur.

BMT-nin baş katibi Antonio Quterreş 2022-ci ildə bu sözləri demişdi: «Vaxtında okeanları təmiz saxlamadığımız üçün bu gün “Okean riski” adlandırdığım böyük təhlükə ilə üz-üzəyik».

Planetimizin özünübərpa xüsusiyyəti

Okeanlar və oradakı canlılar özlərini təmizləmə və bərpaetmə xüsusiyyəti ilə yaradılıb. Amma onlar insanların vurduğu zərərlərlə mübarizə apara bilmirlər. Bir kitabda izah olunur ki, insanlar okeanları çirkləndirməsələr, «okeanlar özlərini təmizləyə bilərlər» («Ending the Climate Crisis in One Generation»). Gəlin bir neçə nümunəyə baxaq:

  • Fitoplankton adlanan kiçik orqanizmlər qlobal istiləşmənin əsas səbəbi hesab olunan karbon dioksidi udub özündə saxlayır. Fitoplankton təkbaşına bütün ağaclar, otlar və qurudakı bitkilər qədər karbon dioksid qazını özündə saxlaya bilir.

  • Mikroblar ölü balıqların cəsədləri ilə qidalanır və beləcə, okeanı çirklənmədən təmizləyir. Sonra həmin mikroblar digər dəniz canlılarına yem olurlar. Bir institutun veb-saytında yerləşən məlumata əsasən bu proses sayəsində «okeanlar təmiz qalır» («Smithsonian Institution Ocean Portal»).

  • Okean canlılarının çoxu həzm sistemləri sayəsində mərcanlara, molyusklara və digər canlılara zərər vuran turşuların azalmasına kömək edirlər.

    BİLİRSİNİZ?

    Dəniz otu və okeana faydası

    Şəkildə dalğaların sahilə çırpıldığı təsvir olunur. Dənizin dibi, dənizdəki otlar və dəniz canlıları görünür. Dalğalar sahilə yaxınlaşdıqca dənizdəki otlar dalğaların ölçüsünü və sürətini azaldır, çöküntüləri sudan çıxarır. Balıqlar və digər dəniz canlılar otların arasında üzür. Sahilə çatan su təmiz, dalğalar isə sakitdir.

    Dəniz otları suyun altında böyüyür və dənizdəki qum qatını tənzimləyir. Onlar həm fırtınalı dalğaların, həm də çimərliklərdə subasmaların qarşısını alaraq mərcanları sağlam saxlayır və sahil xətlərini qoruyur.

Həll yolları

Şəkillər: 1) Kişi təkrar istifadə edilə bilən çantadan ərzaqları mətbəxdəki masaya boşaldır. 2) Bir qadın mətbəxdəki çanaqda təkrar istifadə edilə bilən su şüşəsini doldurur.

Təkistifadəlik yox, davamlı istifadə üçün nəzərdə tutulan çantalardan və su şüşələrindən istifadə etsək, okeanlarımızın plastik tullantılardan təmizlənməsində bizim də payımız olacaq

Okeanda tullantılar yoxdursa, onu təmizləməyə də ehtiyac yoxdur. Buna görə də mütəxəssislər tövsiyə edirlər ki, təkistifadəlik plastik əşyaları işlədib atmaqdansa, davamlı istifadə olunan çantalar, alətlər və qablar istifadə edək.

Amma hər şey bununla bitmir. Bu yaxınlarda bir ekoloji təşkilat 112 ölkənin çimərliklərindən il ərzində okean dalğalarının sahilə vurduğu 9200 ton zibil yığıblar. Bu, hər il okeana atılan zibillərin mində biridir.

Bir hesabata əsasən «[okeanların] turşulaşması, demək olar ki, qarşısıalınmaz həddə çatıb». İnsanlar o qədər fosil yanacaq yandırırlar ki, okeanları təmiz saxlamaq bacarığı ilə yaradılan dəniz canlıları bu təmizliyi qoruya bilmirlər («National Geographic»).

Müqəddəs Kitabın verdiyi ümid

«Yer üzü xilqətinlə doludur: Bax, dəniz — nə böyük, nə əngin! Orada saysız canlılar, xırda, iri məxluqlar qaynaşır» (Zəbur 104:24, 25).

Yaradanımız okeanları özlərini təmizləmə xüsusiyyəti ilə yaradıb. Düşünün: Sizcə, dəniz və oradakı canlılar barədə hər şeyi bilən Allah okeanlara vurulan zərəri aradan qaldırmağa qadir deyil? Bu nəşrin 15-ci səhifəsindəki «Allah planetimizi qoruyacağına söz verib» adlı məqaləyə baxın.

DAHA ƏTRAFLI

Okeanda üzən qrind delfinləri.

Blue Planet Archive/Doug Perrine

Alimlər bir dəniz canlısını müşahidə etməklə zərərli kimyəvi maddələrdən istifadə etmədən böyük gəmiləri bığayaqlılardan təmizləməyi öyrəniblər. jw.org saytından «Qrind delfininin öz-özünü təmizləyən dərisi» adlı məqaləni oxuyun.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş