Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g23 №  1 s. 9—11
  • Meşələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Meşələr
  • Oyanın! 2023
  • Başlıqlar
  • Oxşar material
  • Meşə problemləri
  • Planetimizin özünübərpa xüsusiyyəti
  • Həll yolları
  • Müqəddəs Kitabın verdiyi ümid
  • Mündəricat
    Oyanın! 2023
Oyanın! 2023
g23 №  1 s. 9—11
Tropik meşədə asma körpüdə gəzən qadın.

PLANETİMİZİN GƏLƏCƏYİ NECƏ OLACAQ?

MEŞƏLƏR

MEŞƏLƏR Yer kürəsinin «ağciyəri və həyatı təmin edən mənbəyi» adlanır. Bunun əsaslı səbəbi var. Ağaclar insan üçün zərərli olan karbon dioksidi udur və əvəzində nəfəs almağımız üçün həyati vacib element olan oksigeni ifraz edir. Heyvanların və bitkilərin təxminən 80 faizi meşələrdə yaşayır. Meşələrsiz həyat mövcud ola bilməzdi.

Meşə problemləri

Hər il milyardlarla ağac kəsilir. Buna səbəb əsasən kənd təsərrüfatı sahələrini genişləndirməkdir. 1940-cı illərin sonlarından bu yana dünyadakı rütubətli ekvatorial meşələrin yarısı məhv olub.

Meşə məhv olanda, bütün ekosistem də, yəni oradakı bitkilər və heyvanlar da məhv olur.

Planetimizin özünübərpa xüsusiyyəti

Bəzi məhv edilmiş meşələrin ərazilərində təbii bərpa və inkişaf prosesi müşahidə olunur. Bu yaxınlarda ekoloqlar onları heyran edən bir prosesin şahidi olublar. Məhv olunmuş meşə əraziləri qısa müddətdə özünü təbii yolla bərpa edib və sağlam meşəyə çevriliblər. Gəlin bəzi nümunələrə nəzər salaq:

  • Tədqiqatçılar əkinçilik üçün məhv edilmiş və sonra tərk edilmiş meşə ərazilərinə baxış keçiriblər. Amerikada və Qərbi Afrikada 2200 belə sahə tədqiq edilib. Məlum olub ki, meşələr 10 ildən də az müddətdə bərpa olunmağa başlayır.

  • Bir elmi jurnaldakı məlumata görə təxminən 100 il ərzində məhv olunmuş meşələr tam olaraq əvvəlki vəziyyətinə qayıda bilir («Science»).

  • Bu yaxınlarda Braziliyadakı alimlər meşələrin həm təbii yolla bərpasını, həm də insanların iştirakı ilə bərpasını tədqiq ediblər.

  • Bu tədqiqatın nəticəsi ilə bağlı bir jurnalda deyilir: «Tədqiqatçılar ağac əkməyin vacib olmadığını biləndə çox sevindilər». Araşdırmalar nəticəsində məlum oldu ki, müşahidə olunan ərazilərdə heç bir ağac əkilmədən cəmi 5 il ərzində «təbii yolla ağaclar əmələ gəlib» («National Geographic»).

    BİLİRSİNİZ?

    Kənd təsərrüfatından meşəyə

    Əkinçilik üçün ağaclardan təmizlənmiş və sonra tərk edilmiş ərazini göstərən şəkil. On ildən sonra torpaq bərpa oluna bilər. Yüz il və ya daha uzun müddət sonra meşə əvvəlki vəziyyətinə tam qayıda bilər.

    Kənd təsərrüfatı işləri üçün təmizlənmiş və sonra tərk edilmiş meşə ərazilərinin təbii yolla özünü bərpa etmək xüsusiyyəti var. Eyni şeyi başqa yollarla məhv olmuş meşələr haqda da demək olar.

Həll yolları

Bütün dünyada mövcud olan meşələri qorumaq və zərər görmüş meşələri bərpa etmək üçün tədbirlər görülür. Belə ki, Birləşmiş Millətlər Təşkilatının bir mənbəsinə əsasən, son 25 il ərzində «dünyada meşələrin qırılması təxminən 50 faiz azalıb».

Amma bu tədbirlər meşələrimizi qorumaq üçün kifayət etmir. Qlobal Meşə Nəzarəti Qrupunun dərc etdiyi hesabatda deyilir: «Son bir neçə il ərzində tropik meşələrin məhv edilməsi ilə bağlı göstərici, demək olar ki, dəyişməyib».

Bəzi şirkətlər qeyri-qanuni yolla ağacları kəsərək milyardlarla dollar qazanc əldə edir. Bu tamahkarlıq tropik meşələrin məhv olunmasına gətirib çıxarır.

 Meşədə ağaclar üzərində qiymətləndirmə aparan işçi.

Meşəmühafizə şöbəsinin işçiləri meşələri qorumaq üçün bəzi qoca ağacları kəsib yerinə təzələrini əkirlər

Müqəddəs Kitabın verdiyi ümid

«Yehova Allaha yerdə gözəl görünüşlü və yeməli meyvələri olan cürbəcür ağaclar... bitirdi» (Yaradılış 2:9).

Yaradan bütün meşələri özünübərpa xüsusiyyəti ilə yaradıb. Bunun sayəsində insanlar meşələrdən daima yararlana bilirlər. O, meşələrimizi və onların möhtəşəm yaradılmış ekosistemini qoruyub saxlamaq istəyir.

Müqəddəs Kitabda deyilir ki, Allah xudbin insanların planetimizi və oradakı həyatı məhv etməsinə izin verməyəcək. Bu nəşrin 15-ci səhifəsindəki «Allah planetimizi qoruyacağına söz verib» adlı məqaləyə baxın.

a Yehova Allahın adıdır (Zəbur 83:18).

DAHA ƏTRAFLI

Ər-arvad yerüzü cənnətdən həzz alır.

Haradan bilirik ki, insanların yerin resurslarından yanlış istifadə etməsi planetimizin məhvinə gətirib çıxarmayacaq? jw.org saytında «Allah Yer kürəsini nəyə görə yaradıb?» adlı videoya baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş