Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g23 №  1 s. 15
  • Allah planetimizi qoruyacağına söz verib

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allah planetimizi qoruyacağına söz verib
  • Oyanın! 2023
  • Oxşar material
  • «Oyanın!» jurnalının bu sayında
    Oyanın! 2023
  • Yer kürəsi dağılacaq?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Planetimizi kim xilas edəcək?
    Əlavə mövzular
  • Ön söz
    Oyanın! 2023
Əlavə
Oyanın! 2023
g23 №  1 s. 15
Dağlarla və meşələrlə əhatə olunmuş göl.

Oleh_Slobodeniuk/E+ via Getty Images

Allah planetimizi qoruyacağına söz verib

«Yer kürəsi düşündüyümüzdən qat-qat möhkəmdir».

İqlim dəyişikliyi ilə bağlı beynəlxalq tədqiqat qrupu bu qənaətə gəlib. Əgər siz Allahın qayğıkeş Yaradan olduğuna inanırsınızsa, bu elmi nəticə sizə Allahın planetimizi bir çox sahələrdə özünübərpa xüsusiyyəti ilə yaratdığını xatırladacaq.

Bununla belə, insanlar yerə o qədər zərər vurublar ki, planetimizin özünü bərpa etməsi üçün təbii proseslər kifayət etmir, bunun üçün daha çox şeyə ehtiyac var. Haradan bilirik ki, Allah bu məsələ ilə bağlı bir tədbir görəcək?

Görün aşağıdakı ayələr Yer kürəsinin məhv olmayacağına, hətta daha da abadlaşacağına bizi necə əmin edir.

  • Planetimizi Allah yaradıb. «Başlanğıcda Allah göyü və yeri yaratdı» (Yaradılış 1:1).

  • Planetimizin sahibi Allahdır. «Yer, onun üzərindəki hər şey... Yehovanındıra» (Zəbur 24:1).

  • Allah planetimizi özünübərpa xüsusiyyəti ilə yaradıb. «Yeri möhkəm təməllər üzərində qurmusan, heç vaxt yerindən tərpənməz» (Zəbur 104:5).

  • Allah vəd edir ki, planetimizdə həmişə yaşayış olacaq. «Var olan Allah, Yerə quruluş verən... onu boş yerə deyil, yaşayış üçün [yaradıb]» (Əşiya 45:18).

  • Allah vəd edir ki, insanlar Yer kürəsində əbədiyyən yaşayacaqlar. «Salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar» (Zəbur 37:29).

Allah Yer kürəsini elə yaradıb ki, insanlar ona zərər vurmadıqları halda həyatdan həzz ala bilərlər. Müqəddəs Kitabda deyilir ki, Yehova Allah təyin etdiyi vaxtda planetimizə zərər vuranları, onu tələf edənləri məhv edəcək (Vəhy 11:18).

Müqəddəs Kitabda vəd olunur ki, Allah planetimizi sağlam, gözəl cənnətə çevirəcək və əlini açıb «hər bir məxluqu istəyinə» çatdıracaq (Zəbur 145:16).

a Yehova Allahın adıdır (Zəbur 83:18).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş