Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 51
  • Rut və Naomi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Rut və Naomi
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • Rut və Naimə
    Müqəddəs Kitab dünyasına səyahət
  • «Sən hara getsən, mən də ora gedəcəyəm»
    İman örnəkləri
  • «Rut» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2005
  • «Ləyaqətli qadın»
    İman örnəkləri
Əlavə
Müqəddəs Kitab hekayələri
my hekayə 51
Rut Naomiyə deyir: “Sən hara getsən, mən də ora gedəcəyəm”

Hekayə 51

Rut və Naomi

MÜQƏDDƏS YAZILARDA «Rut» adlı bir kitab var. Bu kitabda bir ailə haqqında bəhs edilir. O vaxtlar İsraili hakimlər idarə edirdi. Cavan qadın Rut, Allahın xalqı olan israillilərdən deyil. O, Moav torpağındandır. Yaşlı qadın isə Naomidir. O, Ruta Yehovanı tanımağa kömək edir. Rut həqiqi Allah Yehova haqqında öyrəndikcə Onu ürəkdən sevməyə başlayır.

Naomi israillidir. İsraildə qıtlıq olanda o, əri və iki oğlu ilə Moav torpağına köçmüşdü. Orada onun əri vəfat edir. Sonra oğulları Moav qızları ilə evlənir. Gəlinlərinin adı Rut və Orpadır. Amma 10 ildən sonra oğulları da ölür. Naomi və gəlinləri buna çox kədərlənirlər. Bəs indi Naomi nə etsin?

Bir gün Naomi öz xalqının yanına qayıtmaq qərarına gəlir. Rut ilə Orpa qayınanaları ilə qalmaq istədikləri üçün onunla bərabər yola düşürlər. Amma bir qədər getdikdən sonra Naomi onlara deyir: ‘Evinizə qayıdın və ananızla yaşayın’.

Naomi onları öpüb vidalaşır. Gəlinləri Naomini çox sevdikləri üçün ağlayıb deyirlər: ‘Yox, səninlə bərabər xalqının yanına gedəcəyik’. Amma Naomi deyir: ‘Mənim qızlarım, siz qayıtmalısınız. Evinizə getsəniz daha yaxşı olar’. Orpa evlərinə qayıdır, Rut isə qayıtmaq istəmir.

Naomi ona deyir: ‘Orpa qayıtdı. Sən də get’. Rut cavab verir: ‘Məni səndən ayrılmağa məcbur etmə! Qoy səninlə gedim. Hara getsən ora gedəcəyəm, harada yaşasan mən də orada yaşayacağam. Xalqın mənim xalqım, Allahın mənim Allahım olacaq. Sən harada ölsən, mən də orada öləcəyəm, səni harada basdırsalar, bil ki, məni də orada basdıracaqlar’. Rut belə deyəndə Naomi onu daha dilə tutmur.

Beləliklə bu iki qadın gəlib İsraildə yaşayırlar. İndi arpa biçinidir. Rut zəmidə işləməyə başlayır. Boaz adlı bir kişi ona zəmisində başaq yığmağa icazə verir. Bilirsən Boazın anası kimdir? Yerixolu Raxav.

Bir gün Boaz Ruta deyir: ‘Sənin haqqında hər şeyi və Naomiyə etdiyin yaxşılıqları eşitmişəm. Bilirəm ki, ata-ananı və öz diyarını qoyub, tanımadığın xalq arasında yaşamağa gəlmisən. Qoy Yehova Allah sənə bunun əvəzini versin!’

Rut cavab verir: ‘Ağam, mənə qarşı çox xeyirxahsan. Belə xoş rəftarın məni ürəkləndirdi’. Rut Boazın çox xoşuna gəlir və bir qədər vaxtdan sonra onlar evlənirlər. Naomi buna necə də sevinir! Rutla Boazın Oved adlı oğulları doğulanda isə onun sevinci daha da artır. Oved Davudun babası olur. Bir neçə hekayədən sonra Davud haqqında daha çox öyrənəcəyik.

«Rut» kitabı.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş