Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 61
  • Davud padşah olur

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Davud padşah olur
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • Davud və Talut
    Müqəddəs Kitab dünyasına səyahət
  • Davud qaçmağa məcbur olur
    Müqəddəs Kitab hekayələri
  • 1 İşmuilin məzmunu
    Müqəddəs Kitab
  • «Mənə sənin iradənə əməl etməyi öyrət»
    Gözətçi qülləsi 2012
Əlavə
Müqəddəs Kitab hekayələri
my hekayə 61
Davud gecənin zülmətində Şaul padşahı çağırır

Hekayə 61

Davud padşah olur

ŞAUL yenidən Davudu tutmağa çalışır. Buna görə 3 000 nəfər ən yaxşı əsgərini seçib Davudu axtarmağa yollanır. Davud bundan xəbər tutanda Şaulun və onun düşərgəsinin yerini öyrənmək üçün adamlarını göndərir. Sonra onların ikisindən soruşur: ‘Şaulun düşərgəsinə mənimlə hansınız gedəcəksiniz?’

Avişay ‘mən gedəcəyəm’ deyə cavab verir. O, Davudun bacısı Seruyanın oğludur. Şaul və adamları yatarkən, Davudla Avişay sakitcə düşərgəyə girirlər. Onlar Şaulun başının yanındakı nizəni və su qabını götürürlər. Hamı bərk yatdığından onları nə görən, nə də eşidən olur.

Davudla Avişayı görürsən? Onlar düşərgədən çıxıb, indi bir dağın başındadırlar. Davud oradan İsrailin ordu başçısını çağırır: ‘Avner, nə üçün ağan padşahı qorumursan? Bir bax, gör onun nizəsi ilə su qabı haradadır?’

Şaul yuxudan oyanır. O, dərhal Davudun səsini tanıyıb soruşur: ‘Davud, bu sənsən?’ Şəkildə Şaul ilə Avneri görürsən?

Davud ‘bəli, mənəm, ağam padşah’ deyir və sonra soruşur: ‘Məni nə üçün tutmağa çalışırsan? Sənə nə pislik etmişəm? Ey padşah, budur sənin nizən! Qoy adamlarından biri gəlib onu aparsın’.

Şaul padşah Davudun səsini eşidir

Şaul boynuna alır: ‘Mən səhv etmişəm. Ağılsız olmuşam’. Bundan sonra Davud öz yolu ilə gedir, Şaul da evinə qayıdır. Amma Davud öz-özünə fikirləşir: ‘Günlərin birində Şaul məni öldürəcək. Gərək başımı götürüb Filişt torpağına qaçım’. O belə də edir. Davud filiştliləri inandırır ki, guya indi onların tərəfindədir.

Bir qədər vaxtdan sonra filiştlilər İsrail xalqına qarşı müharibəyə çıxırlar. Döyüşdə Şaul ilə Yonatan ölür. Davud buna çox kədərlənir və həzin bir mahnı yazır: ‘Ey qardaşım Yonatan, sənin üçün ürəyim yanır. Sən mənə çox əziz idin!’

Bu hadisədən sonra Davud İsrailin Xevron şəhərinə qayıdır. Orada Şaulun oğlu İş-Boşeti padşah seçmək istəyənlərlə Davudu padşah etmək istəyən adamlar arasında bərk çəkişmələr gedir. Sonda Davudun adamları üstün gəlir və o, padşah olur. Həmin vaxt onun 30 yaşı var idi. Davud yeddi il yarım Xevronda padşahlıq etmişdi. Orada onun Amnon, Avşalom və Adoniya adlı oğulları olur.

Vaxt keçir və Davud adamları ilə Yerusəlim adlı gözəl bir şəhəri zəbt edir. Bu döyüşə Davudun bacısı Seruyanın digər oğlu Yoav başçılıq edir. Davud Yoavı mükafatlandırır: onu ordusunun başçısı edir. İndi Davud Yerusəlim şəhərində padşahlıq etməyə başlayır.

1 Şamuel 26:1-25; 27:1-7; 31:1-6; 2 Şamuel 1:26; 3:1-21; 5:1-10; 1 Salnamələr 11:1-9.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş