Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 64
  • Süleyman məbəd tikir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Süleyman məbəd tikir
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • Yehovanın məbədi
    Müqəddəs Kitab dünyasına səyahət
  • Süleyman hikmətlə hökmranlıq edir
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • O, sənin üçün yaxşı nümunə, yoxsa xəbərdarlıqdır?
    Gözətçi qülləsi 2011
  • Süleymanın var-dövləti və şan-şöhrəti
    Gözətçi qülləsi 2011
Əlavə
Müqəddəs Kitab hekayələri
my hekayə 64
Yeni tikilmiş məbəddə Süleyman Yehova Allaha dua edir

Hekayə 64

Süleyman məbəd tikir

DAVUD, ölümündən əvvəl, Yehovanın məbədini tikmək üçün Allahdan aldığı göstərişləri oğlu Süleymana danışır. Süleyman padşahlığının dördüncü ilində məbədi tikməyə başlayır. Bu tikinti yeddi il yarımdan sonra başa çatır. Məbədin tikintisində on minlərlə adam işləyir və məbəd üçün külli miqdarda qızıl və gümüş xərclənir.

İbadət çadırında olduğu kimi, məbəddə də iki əsas otaq var. Amma bu otaqlar ibadət çadırındakı otaqlardan iki dəfə böyükdür. Süleyman Əhd sandığını məbədin içəri otağına, ibadət çadırında saxlanılan başqa əşyaları isə o biri otağa qoyur.

Məbəd tikilib qurtardıqdan sonra böyük bayram təşkil edilir. Şəkildə gördüyün kimi, Süleyman məbədin qarşısında diz çöküb Yehovaya dua edir: ‘Sən bütün göylərə sığmadığın halda mənim tikdiyim bu məbədəmi sığacaqsan?! Amma, ey Allahım, xalqın buraya üz tutub dua edəndə, xahiş edirəm, onu dinlə!’

Süleyman duasını qurtardıqda göydən od düşüb qurban kəsilmiş heyvanları yandırır. Sonra Yehova Allahın nuru bütün məbədi doldurur. Bu, Allahın duanı eşitdiyinə, Süleymanın tikdiyi məbəddən və onun duasından razı qaldığına işarə edir. İndi xalq ibadət etmək üçün çadıra deyil, məbədə gəlir.

Yaşlı Süleyman padşah arvadlarından biri bütə sitayiş edərkən yanında durub

Süleyman uzun müddət müdrikliklə rəhbərlik edir və xalq xoşbəxt yaşayır. Amma sonra o, başqa ölkələrdən olan və Yehovaya ibadət etməyən bir çox qadınlarla evlənir. Görürsən, onlardan biri bütə sitayiş edir? Bu qadınlar Süleymanı yoldan çıxarırlar, axırda o da başqa allahlara sitayiş etməyə başlayır. Bilirsən bu, Süleymana necə təsir edir? O qəddarlaşır və xalqla yaxşı rəftar etmir. Xalqın gözəl günlərinə son qoyulur.

Yehova Allah Süleymana bərk qəzəblənib deyir: ‘Padşahlığı sənin əlindən alıb başqa adama verəcəyəm. Bunu sənin sağlığında deyil, oğlun padşah olarkən edəcəyəm. Amma bütün padşahlığı və xalqı oğlunun əlindən almayacağam’. Gəl görək bu sözlər necə yerinə yetir.

1 Salnamələr 28:9-21; 29:1-9; 1 Padşahlar 5:1-18; 2 Salnamələr 6:12-42; 7:1-5; 1 Padşahlar 11:9-13.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş