Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 82
  • Mordokay və Ester

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Mordokay və Ester
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • Əstər xalqını xilas edir
    Müqəddəs Kitab dünyasına səyahət
  • O, ağılla, cəsarətlə və fədakarcasına davrandı
    İman örnəkləri
  • O, Allahın xalqının müdafiəsinə qalxdı
    İman örnəkləri
  • «Ester» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2006
Əlavə
Müqəddəs Kitab hekayələri
my hekayə 82
Ziyafət vaxtı məlikə Ester padşah Axaşveroşa Hamanın israillilərə qarşı sui-qəsd hazırladığını deyir

Hekayə 82

Mordokay və Ester

GƏL səninlə, Ezranın Yerusəlimə getməsindən bir neçə il əvvələ qayıdaq. Mordokay və Ester Fars padşahlığında yaşayan ən adlı-sanlı israillilərdir. Ester padşahın arvadı, onun əmisi oğlu Mordokay isə padşahdan sonra ikinci adamdır. Gəl onların belə yüksək mövqeyə necə qalxdıqlarını öyrənək.

Ester balaca ikən valideynləri ölür. Buna görə də onu Mordokay böyüdür. Fars padşahı Axaşveroşun Şuşan şəhərində sarayı var. Mordokay da padşah əyanlarından biridir. Bir gün padşahın arvadı Vaşti ərinin sözünə qulaq asmadığından padşah özünə yeni bir arvad seçmək qərarına gəlir. Heç bilirsən o kimi bəyənir? Bəli, gənc və gözəl Esteri.

Haman Mordokaya ona təzim etmədiyinə görə qəzəblənir

Şəklə bax. Adamların baş əydiyi bu qürurlu insan Hamandır. O, Fars padşahlığının ən nüfuzlu əyanıdır. Oturan isə Mordokaydır. Haman istəyir ki, Mordokay da ona baş əysin. Amma Mordokay bunu etmək fikrində deyil. O hesab edir ki, belə pis adama baş əymək düzgün deyil. Haman buna bərk hirslənir və gör nə edir.

Haman padşaha israillilər barədə yalan danışır: ‘Onlar pis xalqdır, sənin qanunlarına da əməl etmirlər. Onların kökünü kəsmək lazımdır’. Axaşveroş arvadı Esterin israilli olduğundan xəbərsizdir. Buna görə Hamana qulaq asıb israilliləri bir gündə məhv etmək üçün fərman verir.

Mordokay bu qanunu eşidəndə çox pis olur və Esterə xəbər göndərir: ‘Padşahla mütləq danışıb ona yalvar ki, bizi ölümdən qurtarsın’. Amma Fars padşahlığında bir qanun var: padşahın çağırışı olmadan heç kim onun hüzuruna gələ bilməz. Ester isə çağırılmadan padşahın hüzuruna gəlir. Padşah Esteri görəndə öz qızıl əsasını ona tərəf uzadır. Bu o deməkdir ki, Ester bu hərəkətinə görə öldürülməyəcək. Ester padşahı və Hamanı böyük ziyafətə dəvət edir. Padşah Esterdən nə istədiyini soruşur. O deyir: ‘Əgər padşah Hamanla sabah da verdiyim ziyafətə gəlsə, istəyimi onda deyəcəyəm’.

Ziyafət zamanı Ester padşaha deyir: ‘Xalqımı və məni öldürmək istəyirlər’. Padşah qəzəblənib soruşur: ‘Bunu etməyə kimin cəsarəti çatar?!’

‘Xalqımın düşməni bu pis Hamandır!’ deyə Ester cavab verir.

İndi padşah daha çox hirslənir. O, Hamanın öldürülməsinə əmr verir. Bundan sonra Mordokayı padşahlıqda ikinci adam təyin edir. Mordokay yeni bir fərmanın verilməsinə nail olur. Bu qanun israillilərə, həmin o təyin olunmuş gündə özlərini müdafiə etməyə imkan verir. Mordokay indi çox nüfuzlu adam olduğundan çoxları israillilərə kömək edir və onları düşmənlərinin əlindən qurtarır.

«Ester» kitabı.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş