Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 88
  • Yəhya İsanı vəftiz edir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yəhya İsanı vəftiz edir
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • İsa peyğəmbər vəftiz olunur
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Peyğəmbər özünə şagird toplayır
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İsa vəftiz olur
    İsa Məsihin həyatı və xidməti
  • İlk şagirdlər
    İsa Məsihin həyatı və xidməti
Əlavə
Müqəddəs Kitab hekayələri
my hekayə 88
İsa Yəhya tərəfindən vəftiz olunandan sonra İordan çayından çıxır

Hekayə 88

Yəhya İsanı vəftiz edir

BAŞINA göyərçin enən adama bax! Bu, İsadır. İndi onun otuza yaxın yaşı var. Yanındakı isə Yəhyadır. Biz artıq onun haqqında bilirik. Məryəm qohumu Elizaveti görməyə gedəndə Elizavetin qarnındakı uşağın sevincdən tərpəndiyi yadındadırmı? Həmin uşaq Yəhyadır. Bəs indi İsa və Yəhya nə edirlər?

Yəhya bir az əvvəl İsanı İordan çayında vəftiz etdi. Vəftizi belə edirlər: əvvəlcə adamı suya batırır, sonra isə çıxarırlar. Yəhya xalqı vəftiz etdiyi üçün onu Vəftizçi Yəhya adlandırırlar. Bəs nəyə görə o, İsanı vəftiz edir?

Bunu İsanın özü ondan xahiş edir. Yəhya, pis əməllərinə görə peşman olduqlarını göstərmək istəyən adamları vəftiz edir. Məgər İsa pis iş görüb ki, peşman da olsun? Xeyr, o, göydən gəldiyi və Allahın Oğlu olduğu üçün heç zaman günah işlətməyib. Deməli, İsa başqa bir səbəbə görə Yəhyanın onu vəftiz etməsini istəyir. Gəl bu haqda öyrənək.

İsa dülgər idi. Dülgər ağacdan müxtəlif əşyalar, məsələn, stol, stul və oturacaqlar düzəldir. Məryəmin əri Yusif dülgər olduğu üçün, İsaya da bu sənəti öyrətmişdi. Lakin Yehova İsanı yer üzünə dülgərlik etmək üçün göndərməmişdi. O, İsaya xüsusi iş tapşırmışdı və budur, həmin işi yerinə yetirməyin vaxtı çatıb. Beləliklə, İsa Atasının istəyini yerinə yetirməyə gəldiyini göstərmək üçün Yəhyanın yanına vəftiz olunmağa gəlir. Bu, Allahı razı salırmı?

Müqəddəs ruh göyərçin şəklində göydən yerə enir

Bəli, çünki İsa sudan çıxan zaman göydən bir səs gəlir: ‘Bu Mənim oğlumdur, ondan çox razıyam’. O zaman sanki göylər açılır və bir göyərçin İsanın başına enir. Amma bu əsl göyərçin deyil. O sadəcə belə görünür. Əslində bu, Allahın müqəddəs ruhudur.

İndi İsaya çox şey haqqında düşünmək lazımdır. Buna görə də, o, 40 günlüyə sakit bir yerə çəkilir. Orada Şeytan İsaya yaxınlaşır və onu üç dəfə sınağa çəkir. Şeytan istəyir ki, İsa Allahın qanunlarını pozsun. Amma İsa bunu etmir.

Bundan sonra İsa qayıdır və ilk davamçılarını, yəni şagirdlərini seçir. Onlardan bəzilərinin adı belədir: Andrey, Peter (başqa adı Şimon), Filip və Natanel (başqa adı Bar-Talmay). Sonra İsa yeni şagirdləri ilə Qalileya vilayətinə gedir. Onlar Qalileyada Natanelin doğma kəndi Qanada qalırlar. Burada İsa böyük bir toy məclisinə gəlir və ilk möcüzəsini göstərir. Bilirsən bu hansı möcüzədir? O, suyu şəraba çevirir.

Matta 3:13-17; 4:1-11; 13:55; Mark 6:3; Yəhya 1:29-51; 2:1-12.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş