Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 106
  • Həbsxanadan azad edilirlər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həbsxanadan azad edilirlər
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • Onları heç nə susdura bilmir
    Müqəddəs Kitab dünyasına səyahət
  • Savadsız, sadə adamlar
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • «Hökmdarımız Allaha itaət etməliyik»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Qorxuya necə üstün gələ bilərik?
    Böyük Müəllimdən öyrən
Əlavə
Müqəddəs Kitab hekayələri
my hekayə 106
Mələk zindanın qapılarını açır və İsa Məsihin həvarilərini azadlığa buraxır

Hekayə 106

Həbsxanadan azad edilirlər

HƏBSXANANIN qapısını açan mələyə bax. Bu mələk İsanın həvarilərini azad edir. Gəl görək onlar həbsxanaya nəyə görə düşmüşdülər.

Şagirdlərin üzərinə müqəddəs ruhun tökülməsindən qısa bir vaxt keçib. Bir gün günorta çağı Peterlə Yəhya Yerusəlimdəki məbədə gedirlər. Orada, düz qapının ağzında anadangəlmə şikəst bir adam oturub. Dilənmək üçün onu hər gün məbədə gətirirlər. Bu adam Peterlə Yəhyanı görəndə onlardan pul istəyir. Səncə, həvarilər nə edirlər?

Onlar ayaq saxlayıb bu adama baxırlar. Peter deyir: ‘Pulum yoxdur, amma olanımı sənə verirəm. İsanın adı naminə, ayağa qalx və gəz!’ Sonra Peter şikəstin sağ əlindən tutub qaldırır, o da yerindən sıçrayıb gəzməyə başlayır. Bunu görən camaat bu möcüzəyə heyran qalır.

Peter deyir: ‘Biz bu möcüzəni İsanı dirildən Allahın gücü ilə etdik’. Peterlə Yəhya danışarkən din başçılarından bəziləri onlara yaxınlaşırlar. Onlar yaman qəzəbləniblər, çünki Peter və Yəhya İsanın dirildiyini xalqa danışırlar. Din başçıları həvariləri tutub həbsxanaya salırlar.

Növbəti gün din başçıları böyük iclas keçirirlər. Onlar Peteri, Yəhyanı və sağalmış adamı bu iclasa gətirib soruşurlar: ‘Siz bu möcüzəni hansı qüvvə ilə etdiniz?’

Peter deyir ki, onlar bu möcüzəni İsanı dirildən Allahın qüvvəsi ilə etdilər. Din başçıları nə edəcəklərini bilmirlər, çünki həqiqətən möcüzə baş verib. Bu adamlar həvarilərə İsa haqqında danışmağı qadağan edib onları buraxırlar.

Günlər keçir, həvarilər İsa haqqında danışmağa və xəstələri sağaltmağa davam edirlər. Onların etdikləri möcüzələrin sədası aləmə yayılır. Yerusəlimin ətrafındakı balaca şəhərlərdən adamlar öz xəstələrini həvarilərin yanına sağaltmağa gətirirlər. Bundan xəbər tutan din başçıları paxıllıqdan həvariləri tutub yenidən həbsxanaya saldırırlar. Amma həvarilər orada çox qalmırlar.

Bir şəklə bax, gecə yarısı Allahın bir mələyi həbsxananın qapısını açır. Mələk həvarilərə deyir: ‘Məbədə gedin və insanlarla danışmağa davam edin’. Səhərisi gün din başçıları həvarilərin dalınca həbsxanaya adam göndərirlər. Bu adamlar gələndə həvarilər artıq həbsxanada yox idi. Ancaq bir qədər vaxtdan sonra həvariləri məbəddə camaatı öyrədən tapırlar. Onları tutub Sinedrion zalına gətirirlər.

Din başçıları qəzəblə deyirlər: ‘Məgər sizə qadağan etmədik ki, bir də İsa haqqında öyrətməyəsiniz? Amma siz təliminizi bütün Yerusəlimə yaymısınız’. Həvarilər onlara cavab verirlər: ‘Biz insanlardan çox Allaha qulaq asmalıyıq’. Həvarilər ‘xoş xəbəri’ insanlara danışmağa davam edirlər. Onlar bizə əla nümunə qoyublar, elə deyilmi?

Həvarilərin işləri 3-5.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş