Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 114
  • Nəhayət pisliyə son qoyulacaq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nəhayət pisliyə son qoyulacaq
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • Yer üzündə yeni Cənnət
    Müqəddəs Kitab hekayələri
  • Bütün müharibələrə son qoyan müharibə
    Məsihi həyatı və ibadəti iş dəftəri 2019
  • Müqəddəs Kitabda yazılanlar yerinə yetir
    Müqəddəs Kitab hekayələri
Müqəddəs Kitab hekayələri
my hekayə 114
İsa Məsih və onun səmavi ordusu ağ atların belində

Hekayə 114

Nəhayət pisliyə son qoyulacaq

ŞƏKİLDƏ sən nə görürsən? Hə, bunlar ağ atlılardır. Amma gör onlar haradadırlar! Atlılar göydə buludların üstündədirlər! Aa, məgər göydə at olur?

Yox, yox, bunlar əsl at deyil. Çünki at buludların üstü ilə qaça bilməz. Ancaq Müqəddəs Kitabda göydəki atlardan danışılır. Bəs bu necə ola bilər?

Əvvəllər müharibələrdə atlardan istifadə edirdilər. Müqəddəs Kitab göydəki atlardan danışanda onu demək istəyir ki, Allah yerdəki insanlarla müharibə aparacaq. Bilirsən, bu müharibə necə adlanır? Har-Megidon. Bu müharibə yer üzündəki bütün pis işlərin kökünü kəsəcək.

Har-Megidon müharibəsini İsa aparacaq. Yadındadırsa, Yehova Allah İsanı Öz hökumətinin Padşahı seçmişdi. Buna görə də İsanın başında tac var. Onun əlindəki qılınc göstərir ki, o, Allahın düşmənlərinin hamısını öldürəcək. Nə yaxşı ki, Allah pis insanların hamısını məhv edəcək!

Gəl 10-cu hekayəni açaq. Oradakı şəkildə sən nə görürsən? Düzdür, bu böyük Daşqındır. Daşqında pis adamlar ölmüşdülər. O Daşqını kim etmişdi? Yehova Allah. İndi isə gəl 15-ci hekayəyə baxaq. Bəs orada nə görürsən? Sodom və Homorra şəhərləri od-alov içindədir. Bunu da Allah etmişdi.

Gəl indi 33-cü hekayəni açaq. Görürsən, misirlilərin atları və döyüş arabaları ilə nə baş verir? Onları suda kim batırdı? Yehova Allah. O bunu Öz xalqını qorumaq üçün etdi. İndi isə 36-cı və 76-cı hekayələrə baxaq. Orada nə görürük? Pis əməllərinə görə Yehova hətta Öz xalqını da cəzalandırdı.

Pisliyə son qoymaq üçün Yehovanın göydəki ordusunu yerə göndərməsi heç də təəccüblü deyil. Təsəvvür edirsən bu nə deməkdir? O biri səhifəni çevir, birlikdə oxuyaq.

Vəhy 16:16; 19:11-16.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş