Səni kim yaradıb?
1 Göyləri və yeri Allah yaratdı (Təkvin 1:1).
2 Allahın ismi var. Onun ismi Yeqovadır (Yeşaya 42:8).
Yeqova göylərdə yaşayır. O, ruhdur. Sən Onu görə bilməzsən (Yeşaya 66:1; Yəhya 1:18; 4:24).
3 Yeqova Allah göylərdə çoxlu mələklər yaratdı. Onlar da ruhdurlar. Onların hamısı yaxşı idilər. Keçmişdə, insanlar onları görə bilsinlər deyə, mələklər bə’zən insan simasına dönə bilirdilər (İbranilərə 1:7).
4 Yeqova insanlardan çox əvvəl heyvanları yaratdı (Təkvin 1:25).
5 Yeqova həmçinin Adəm adlı kişini və onun arvadı Həvvanı yaratdı (Təkvin 1:27).
Allah onları gözəl bir bağda və ya cənnətdə yerləşdirdi. O, Adəmə yalnız bir arvad yaratdı. Kişi yalnız özünün yeganə arvadı ilə ömür sürməli idi (Təkvin 2:8, 21, 22, 24).
6 İnsan candır (Təkvin 2:7).
7 Heyvanlar candırlar (Təkvin 1:24).