Göylər Padşahı yer üzünə xeyir-dua gətirir
41 Yeqova İsanı göylərdə Padşah tə’yin etdi (Yeşaya 9:6; Daniel 7:13, 14; Həvarilərin işləri 2:32—36).
42 O, bütün Yer kürəsi üzərində rəhbərlik edəcək (Daniel 7:14; Matta 28:18).
43 Pis adamların axırı necə olacağını xatırlayırsanmı? (Məzmurlar 37:9, 10; Luka 13:5).
44 Günah işlədən ilk mələkin adı yadındadırmı? İsa onu və başqa pis mələkləri rədd edəcəkdir. Onların bütləri və şəkilləri məhv ediləcəkdir (İbranilərə 2:14; Vəhy 20:2, 10).
45 İsa Məsih itaətkar insanlar üçün çoxlu xeyirxah işlər edəcəkdir (İbranilərə 5:9).
46 Bir daha kismə xəstələnməyəcək (Yeşaya 33:24; Vəhy 22:1, 2).
İsa xəstələrə necə şəfa verdiyini xatırlayırsanmı?
47 Hamının ehtiyacı ödəniləcək (Yeşaya 65:17, 21—23).
48 Allah, hətta ölən adamları da yadda saxlayır. O, İsanı istifadə edəcək ki, onları yenidən həyata qaytarsın. Bu, dirilmə adlanır (Yəhya 5:28; 11:25).
49 Pis insanların hamısı məhv edildikdən sonra, artıq heç kim ölməyəcək. Hətta vəhşi heyvanlar təhlükəli olmayacaqlar. Hər bir kəs daim xoşbəxt olacaq (Vəhy 21:4; Yeşaya 65:25; Məzmurlar 37:11, 29).