Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • T-16 s. 2—6
  • Ölən əzizlərimiz üçün hansı ümid var?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ölən əzizlərimiz üçün hansı ümid var?
  • Ölən əzizlərimiz üçün hansı ümid var?
  • Başlıqlar
  • Oxşar material
  • Ölüm nədir və insan öləndə nə baş verir?
  • İnsanlar yenidən necə yaşaya bilərlər?
  • Əzizlərimiz öləndə
  • Ölən əzizlərimizlə nə baş verir?
    Əbədi həyata aparan bilik
  • Ölənlər haradadırlar?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Öləndən sonra insan hara gedir?
    Müqəddəs Kitab təlimləri
  • İnsan öləndə nə baş verir?
    Böyük Müəllimdən öyrən
Əlavə
Ölən əzizlərimiz üçün hansı ümid var?
T-16 s. 2—6

Ölən əzizlərimiz üçün hansı ümid var?

Əyyub çox illər öncə belə bir sual vermişdir: «İnsan ölsə, dirilərmi?» (Əyyub 14:14). Ehtimal ki, siz də nə vaxtsa bu haqda düşünmüsünüz. Ölən əzizlərinizlə burada, Yer üzündə, ən yaxşı şəraitlərdə yenidən görüşməyin mümkün olduğunu bilsəydiniz, hansı hissləri keçirərdiniz?

Müqəddəs Kitabda və’d edilir: «Sənin ölülərin yaşayacaq, bədənləri diriləcək». Orada həmçinin deyilir: «Salehlər ölkəni mülk olaraq alacaq, onlar orada əbədi məskən salacaq» (Yeşaya 26:19; Məzmur 37:29).

Bu və’dlərə həqiqətən də e’tibar edə bilmək üçün, bə’zi əsas suallara cavab tapmaq tələb olunur: «İnsanlar nə üçün ölürlər? Ölülər haradadırlar? Və nə üçün əmin ola bilərik ki, onlar yenidən yaşaya biləcəklər?»

Ölüm nədir və insan öləndə nə baş verir?

Müqəddəs Kitab aydın göstərir ki, insanların ölməsi Allahın ilk niyyətinə daxil deyildi. O, ilk insan cütü olan Adəmlə Həvvanı yaratdı, onları Yer üzündə, Eden adlanan gözəl Cənnət bağında yerləşdirdi və onlara dünyaya uşaqlar gətirmək, həmçinin Cənnətin hüdudlarını genişləndirmək tapşırığını verdi. Onlar yalnız Allahın göstərişlərinə riayət etmədikləri halda öləcəkdilər (Yaradılış 1:28; 2:15-17).

Adəmlə Həvva Allahın xeyirxahlığını qiymətləndirməyib itaətsizlik etdikləri üçün qabaqcadan deyilən cəzanı çəkməli oldular. Allah Adəmə dedi: «Torpağa qayıdacaqsan, çünki oradan götürülmüsən; ona görə ki yerin torpağısan, torpağa da çevriləcəksən» (Yaradılış 3:19). Adəm yaradılmazdan əvvəl mövcud deyildi: o, torpaq idi. İtaətsizliyi, yə’ni günahı ucbatından torpağa — yoxluq vəziyyətinə dönməyə məhkum edildi.

Buna görə də, ölüm həyatın sonu deməkdir. Müqəddəs Kitab bu fərqi belə izah edir: «Günahın əvəzi ölüm, Allahın ən’amı isə Rəbbimiz Məsih İsada əbədi həyatdır» (Romalılara 6:23). Müqəddəs Kitab ölümün tam şüursuzluq vəziyyəti olduğunu göstərərək deyir: «Dirilər öləcəklərini bilir, ancaq ölülər heç nə bilmir» (Vaiz 9:5). İnsan öləndə nə baş verdiyini Müqəddəs Kitab belə izah edir: «Onun ruhu çıxar, özü torpağa dönər; həmən o gündə düşüncələri yox olar» (Məzmur 146:3, 4, KM).

Bəs əgər Edendə verilən əmri yalnız Adəmlə Həvva pozmuşdularsa, onda nə üçün biz hamımız ölürük? Çünki, biz hamımız Adəmin itaətsizliyindən sonra doğulmuşuq və ondan günahı və ölümü miras almışıq. Müqəddəs Kitab izah edir: «Necə ki, günah tək bir adam [Adəm] vasitəsilə və ölüm günah vasitəsilə dünyaya girdi, eləcə də ölüm bütün insanlara keçdi» (Romalılara 5:12; Əyyub 14:4).

Kim isə: «Məgər insanda ölümdən sonra yaşamağa davam edən ölməz can yoxdurmu?» deyə soruşa bilər. Çoxları bunu öyrədir və hətta ölümün başqa bir həyata açılan qapı olduğunu söyləyirlər. Lakin bu fikir Müqəddəs Kitaba əsaslanmır. Əksinə, Allahın Kəlamı öyrədir ki, insanın özü candır; əslində can — bütün mə’nəvi və fiziki xüsusiyyətləri ilə birgə insanın özüdür (Yaradılış 2:7 (KM), 1 Korinflilərə 15:45). Müqəddəs Kitabda, həmçinin deyilir: «Suç işlədən can, öləcək olan odur» (Yezekel 18:4, KM). Müqəddəs Kitabın heç bir yerində bədən öldükdən sonra yaşamağa davam edən canın mövcudluğu haqda tə’lim yoxdur.

İnsanlar yenidən necə yaşaya bilərlər?

Günah və ölüm dünyaya daxil olduqdan sonra, Allah ölənləri dirilmə vasitəsilə həyata qaytarmaq niyyətini açıqladı. Müqəddəs Kitabda izah edilir: «İbrahim Allahı [oğlu] İshaqı ölümdən diriltməyə qadir saydı» (İbranilərə 11:17-19). İbrahimin əminliyi əsassız deyildi, çünki Müqəddəs Kitab Küll-İxtiyar Allah haqqında deyir: «Allah isə ölülərin deyil, dirilərin Allahıdır, çünki Onun yanında hamı diridir» (Luka 20:37, 38).

Bəli, Küll-İxtiyar Allah istədiyi insanları yalnız diriltmək qüvvəsinə deyil, həmçinin arzusuna malikdir. İsa Məsih demişdir: «Buna təəccüblənməyin, çünki elə bir saat gəlir ki, qəbirlərdə olanların hamısı Onun səsini eşidəcəklər və qəbirlərindən çıxacaqlar» (Yəhya 5:28; Həvarilərin işləri 24:15).

Bu sözləri dedikdən qısa müddət sonra, İsa İsrailin Nain şəhərindən gənc bir oğlanın cənazəsini çıxaran izdihama rast gəldi. Ölən gənc dul qadının yeganə övladı idi. Qadının bu qədər kədərli olduğunu görərək, İsa mütəəssir oldu. O, ölünün cəsədinə müraciət edərək əmr etdi: «Ey gənc, sənə deyirəm: Dur!» Gənc qalxıb oturdu və İsa onu anasına verdi (Luka 7:11-17).

Dul qadınla baş verən hadisədə olduğu kimi, İsa Yəhudi sinaqoqunun rəisi Yairin evinə baş çəkəndə də böyük sevinc oldu. Yairin 12 yaşlı qızı ölmüşdü. İsa onun evinə gələndə, ölən uşağa yaxınlaşıb dedi: «Ey qız, qalx!» Və qız qalxdı! (Luka 8:40-56).

Daha sonra İsanın dostu Lazar öldü. İsa Lazarın evinə çatanda, o, artıq dörd gün idi ki, ölmüşdü. Onun bacısı Marta böyük kədər içində olmasına baxmayaraq, öz ümidini bildirib dedi: «Bilirəm ki, dirilmə günü — qiyamət günündə — diriləcəkdir». Lakin İsa qəbrə yaxınlaşdı və daşı kənara çəkməyi əmr edib dedi: «Lazar, çölə çıx!» O da çıxdı! (Yəhya 11:11-44).

İndi isə düşünün: Ölü olduğu dörd gün ərzində Lazar hansı vəziyyətdə idi? Lazar göydə cənnətdə olduğu və ya cəhənnəm odunda iztirab çəkdiyi barədə heç bir söz demədi. Əgər orada olsaydı, o, bu haqda mütləq deyərdi. Yox, ölən Lazar tamamilə şüursuz vəziyyətdə idi. Və əgər İsa onu həyata qaytarmasaydı, o, «dirilmə günü — qiyamət günündə» diriləcəyi vaxta qədər bu vəziyyətdə qalmalı olacaqdı.

Düzdür, İsanın etdiyi bu mö’cüzələr yalnız müvəqqəti fayda gətirdi: onun diriltdiyi adamlar yenidən öldülər. Lakin o, bununla ölüləri Allahın qüvvəsi ilə həyata qaytarmağın mümkün olduğunu 1 900 il bundan qabaq sübut etdi! İsa bu mö’cüzələri etməklə Allahın Padşahlığının rəhbərliyi altında Yer üzündə nələr baş verəcəyini kiçik miqyasda göstərdi.

Əzizlərimiz öləndə

Düşmənimiz olan ölüm zərbə endirdikdə, dirilməyə ümidimiz olsa belə, çox sarsıntı keçirə bilərik. İbrahim həyat yoldaşının yenidən yaşayacağına inanırdı, lakin biz oxuyuruq ki, «İbrahim yas tutub ağlamaqdan ötrü Saranın cəsədinin yanına getdi» (Yaradılış 23:2). Bəs İsanın reaksiyası haqqında nə demək olar? Lazar öləndə o, «ruhən acıdı, ürəyi çox sıxıldı» və sonra isə «ağladı» (Yəhya 11:33, 35). Buna görə də, sevdiyimiz insan öləndə ağlamaq zəiflik əlaməti deyil.

Uşağın ölümü ana üçün xüsusilə əzabvericidir. Buna görə Müqəddəs Kitab e’tiraf edir ki, ana dərin kədər hissi keçirə bilər (2 Padşahlar 4:27). Əlbəttə, bu, uşağını itirən ata üçün də ağırdır. Oğlu Avşalom öləndə Davud «kaş sənin yerinə mən öləydim» deyə, fəryad edirdi (2 Şamuel 18:33).

Bununla belə, dirilməyə inandığınız üçün kədəriniz təsəllisiz qalmayacaq. Müqəddəs Kitabın dediyi kimi, «ümidsiz olan başqaları kimi» kədərlənməyəcəksiniz (1 Saloniklilərə 4:13). Bunun əvəzinə dua vasitəsilə Allaha yaxınlaşacaqsınız və Müqəddəs Kitabın əmin etdiyi kimi, Allah da ‘sizə dayaq olsacaq’ (Məzmur 55:22).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş