Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bsi07 s. 11—12
  • Müqəddəs Yazıların kitabı nömrə 28 Huşə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Yazıların kitabı nömrə 28 Huşə
  • «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
  • Başlıqlar
  • Oxşar material
  • BİZƏ FAYDASI
  • «Huşə» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2007
  • Peyğəmbərlərdən nümunə götürün — Huşə
    Müqəddəs ibadətimiz 2013
  • Peyğəmbərlər kimi fədakar olun!
    Gözətçi qülləsi 2016
«Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
bsi07 s. 11—12

Müqəddəs Yazıların kitabı nömrə 28 Huşə

Yazan: Huşə

Yazıldığı yer: Samariya (vilayət)

Yazılması başa çatıb: b. e. ə. 745-ci ildən sonra

Əhatə etdiyi vaxt: b. e. ə. 804-cü ildən əvvəl — 745-ci ildən sonra

İBRANİ Yazılarının son 12 kitabı adətən kiçik peyğəmbərlər adlanır. Onlar, hamısı bir yerdə götürüldükdə, «Yeşaya» və ya «Yeremya» kitablarından kiçik olsa da, bu, orada yazılan xəbərin az əhəmiyyətli olduğunu göstərmir. Qədim yəhudilər onları bir tumara yığıb «On iki» adlandırırdılar. Yəqin ki, onları itirməmək üçün belə toplamışdılar, çünki kiçik tumar asanlıqla itə bilərdi. Bu kitabların hər birində olduğu kimi, birinci kitab da onu yazanın, yə’ni Huşənin adını daşıyır. Huşə Hoşaiyanın qısaldılmış formasıdır, mə’nası «Yahın xilas etdiyi; Yah xilas edib» deməkdir.

2 Kitabda Beerinin oğlu olmasından başqa Huşənin özü haqqında heç bir mə’lumat verilmir. O, əsasən İsrail haqqında peyğəmbərlik edir, Yəhudanın adını ötəri çəkirdi; Huşə Yerusəlim haqqında heç danışmır, ancaq İsrailin ən böyük qəbiləsi Efrayimin adını 37 dəfə, İsrailin paytaxtı Samariyanın adını 6 dəfə çəkir.

3 Kitabın ilk ayəsindən bəlli olur ki, Huşə görünməmiş uzun bir müddət ərzində, İsrail padşahı II Yarovamın padşahlığının son illərindən Yəhuda padşahı Xizqiyanın hakimiyyətinə kimi Yehovanın peyğəmbəri olmuşdur. Onun xidmətə başladığı il b. e. ə. 804-cü ildən gec olmamış, b. e. ə. 745-ci ildən sonrayadək 59 ildən az olmayaraq davam etmişdir. Şübhəsiz, onun xidməti II Yerovamın və Xizqiyanın hakimiyyəti illərinə də təsadüf edir. Bu dövrdə Yehovanın Amos, Yeşaya, Mikeya, Oded və başqa sadiq xidmətçiləri də olmuşdur (Amos 1:1; Yeşaya 1:1; Mik. 1:1; 2 Saln. 28:9).

4 Yunanca Müqəddəs Yazılarda bu kitabdan bir neçə dəfə sitat gətirilməsi onun doğruluğunu təsdiq edir. İsa Yerusəlimə hökm e’lan edəndə Huşə 10:8 ayəsindən sitat gətirmişdi: «O zaman dağlara: “Üstümüzə yıxılın!” və təpələrə: “Bizi örtün!” deməyə başlayacaqlar» (Luka 23:30). Eyni parça qismən Vəhy 6:16 ayəsində də sitat gətirilir. Matta bu kitabdakı peyğəmbərliyin yerinə yetməsini göstərəndə Huşə 11:1 ayəsindən sitat gətirir: «Öz oğlumu Misirdən çağırdım» (Mat. 2:15). Huşənin bütün İsrailin bərpası barədə peyğəmbərliyi, Yəhudanın işğalından əvvəl on qəbiləli padşahlıqdan bir çoxlarının ora köçməsi və sürgündən qayıdanlar içində onların da nəvə-nəticələrinin olması ilə yerinə yetdi (Huşə 1:11; 2 Saln. 11:13-17; 30:6-12, 18, 25; Ezra 2:70). Ezranın günlərindən kitab İbrani Yazılarında ‘Rəbbin Huşə vasitəsilə söylədiyi söz’ kimi özünün hüquqi yerini tutmuşdur (Huşə 1:2, KM).

5 Yehova nə üçün Huşəni İsrailə peyğəmbər göndərmişdi? Çünki İsrail əhdi pozaraq Yehovaya xəyanət etmiş, Baala ibadət edərək murdarlanmışdı. Və’d olunmuş diyarda İsrail əkinçiliklə məşğul olmağa başladı. Bununla o, ­kən’anlıların təkcə həyat tərzini deyil, həm də dinini mənimsəyib, məhsuldarlıq allahı Baala ibadət edirdi. Huşənin günlərində İsrail Yehovadan tamamilə üz döndərib pozğunluqla, sərxoşluqla müşayiət olunan ayinlər keçirirdi. Bu ayinlər zamanı mə’bəd fahişələri ilə əxlaqsızlıq edilirdi. İsrail düşünürdü ki, onun firavanlığı Baaldan asılıdır. O, Yehovaya layiq deyildi, Ona xəyanət etdiyi üçün cəzalanmalı idi. Yehova xalqa maddi rifahın Baaldan gəlmədiyini göstərəcəkdi, buna görə də Huşəni, tövbə etməsələr onları nə gözlədiyindən xəbərdar etməyə göndərdi. II Yerovam öləndən sonra İsrail tarixində ən dəhşətli dövr başlandı. Bir neçə padşahın qətlə yetirildiyi, zorakılığın baş alıb getdiyi dövr assuriyalıların 740-cı ildə İsraili istila etməsinədək davam etdi. Bu dövrdə bir-biri ilə mübarizə aparan iki qrup yaranmışdı, biri Misirlə, digəri isə Assuriya ilə ittifaqa girmək istəyirdi. Onların heç biri Yehovaya güvənmirdi.

6 Huşənin yazı üslubu çox maraqlıdır. Çox vaxt onun sözlərindən mülayimlik, qayğıkeşlik yağır, dönə-dönə Yehovanın məhəbbət dolu xeyirxahlığını və mərhəmətini vurğulayır. O, xalqda müşahidə etdiyi peşmançılığa işarə edən hər xırda hərəkətin təfərrüatına varır. Hərdən isə onun sözləri sərt və çılğındır. Ahəngdarlığın olmaması onun sözlərinin gücünü, kəsərini artırır. O ürəyinin dərinliklərindəki hissləri ifadə edir, tez-tez bir fikirdən başqasına keçir.

7 Peyğəmbərliyə başlayanda Allah Huşəyə ‘xəyanətkar arvad almağı’ əmr etdi (1:2). Əlbəttə ki, bunu etməkdə Yehovanın məqsədi vardı. Yehova İsrailə ərinə xəyanət edən, zinakar arvadı kimi baxırdı. Buna baxmayaraq, Allah onu sevdiyini göstərib, düz yola qaytarmağa çalışır. Allah bunu Huşənin arvadı Qomerin timsalında dəqiqliklə göstərdi. Görünür, birinci uşağı dünyaya gətirəndən sonra o, ərinə xəyanət etməyə başladı, digər uşaqları artıq zinadan doğdu (2:5-7). Bu ondan bəllidir ki, birinci uşağı dünyaya gətirəndə Qomerin ‘ona [Huşəyə] oğul doğduğu’ yazılıb, ancaq digər iki uşağın doğulmasından danışılanda peyğəmbərin adı çəkilmir (1:3, 6, 8). 3-cü fəslin 1-3–cü ayələrindən görünür ki, sonra Huşə Qomeri, qulu alan kimi, geri satın alır. Bu da xalq zinadan dönüb tövbə edəndən sonra Yehovanın onu geri qəbul etməsi ilə əlaqələndirilir.

8 Huşənin peyğəmbərliyinin ilk növbədə ünvanlandığı İsrailin onqəbiləli şimal padşahlığı, həm də ən böyük qəbilənin adı ilə Efrayim adlanırdı. Kitabda bu adların hər ikisi işlənilir.

BİZƏ FAYDASI

14 Huşə kitabı Yehovanın peyğəmbərliklərinə imanımızı möhkəmləndirir. Huşənin İsrail və Yəhudaya dair dediyi hər şey düz çıxdı. Qonşu bütpərəst xalqlardan olan oynaşları İsraildən üz döndərdi və b. e. ə. 740-cı ildə Assuriya qasırğa kimi onun başının üstünü alıb, məhv etdi (Huşə 8:7-10; 2 Pad. 15:20; 17:3-6, 18). Ancaq Huşə qabaqcadan söyləmişdi ki, Yehova Yəhudaya mərhəmət göstərib onu xilas edəcək, ancaq silah gücündən istifadə etməyəcək. Bu peyğəmbərlik, Yehovanın mələyi Yerusəlimə hədə-qorxu gələn 185 000 Assuriya döyüşçülərini qıranda yerinə yetdi (Huşə 1:7; 2 Pad. 19:34, 35). Yəhuda da hökmdən kənarda qalmamışdı. Huşə 8:14 ayəsində Yehova deyirdi: «Mən onun şəhərlərinə od göndərəcəyəm, qalalarını alov yeyəcək». Bu sözlər b. e. ə. 609-607-ci ildə Navuxodonosor Yəhuda və Yerusəlimi talan edəndə yerinə yetdi (Yer. 34:6, 7; 2 Saln. 36:19). Yehova Yəhuda və İsraili bir yerə toplayıb, b. e. ə. 537-ci ildə sürgün olunduqları ‘ölkədən çıxarması’ ilə Huşənin İsrailin bərpası haqqında söylədiyi bütün peyğəmbərlikləri yerinə yetdi (Huşə 1:10, 11; 2:14-23; 3:5; 11:8-11; 13:14; 14:1-9; Ezra 2:1; 3:1-3).

15 Yunanca Müqəddəs Yazılarda Huşənin peyğəmbərliyinə istinad edilməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir. Məsələn, dirilmədən bəhs edərkən Pavel Huşə 13:14 ayəsinə əsaslanıb deyir: «Ölüm! Sənin neştərin hanı? Ölülər aləmi! Sənin qələbən hanı?» (1 Kor. 15:55). Mərhəmət tapan qablara qarşı Yehovanın misilsiz xeyirxahlığından danışarkən, Pavel Huşə 1:10 və 2:23 ayələrindən sitat gətirir: «Necə ki, Hoşeyanın kitabında deyilir: “Xalqım olmayanı xalqım, sevimlim olmayanı sevimlim adlandıracağam; Və vaqe olacaq ki, onlara: “Xalqım deyilsiniz” deyildiyi yerdə onlar yaşayan Allahın oğulları adlandırılacaqlar”» (Rom. 9:25, 26). Peter də Huşə kitabından eyni parçanı öz sözləri ilə ifadə edir: «Siz bir zamanlar xalq deyildiniz, indi isə Allahın xalqısınız. Mərhəmətə nail olmamışdınız, indi isə mərhəmətə nail oldunuz» (1 Pet. 2:10).

16 Beləliklə, Huşənin peyğəmbərliyi təkcə Zerubbabilin günlərində yəhudilərin Yerusəlimə dönməsi ilə deyil, həm də Yehovanın mərhəmət göstərərək ‘yaşayan Allahın sevimli oğulları’ olan ruhani İsraili toplaması ilə yerinə yetdi. Allah Huşəyə bu oğullar üçün qoyduğu tələbləri də açıqladı. Allaha müəyyən ayinləri yerinə yetirərək özünü zahirən dindar göstərmək lazım deyil, Huşə 6:6 ayəsində (sonralar İsa bu sözləri Matta 9:13 və 12:7 ayələrində təkrar etmişdir) bu barədə yazılmışdır: «Mən sizdən qurban deyil, Məhəbbət istəyirəm. Yandırma qurbanlarından çox Allahı tanımağınızı istəyirəm».

17 Açıq-açığına ərinə xəyanət edən Huşənin arvadının nümunəsi göstərir ki, Yehova ona arxa çevirib, bütpərəstliyə və yalan ibadətə üz tutaraq ruhani cəhətdən zina edənlərə nifrət edir. Yanlış yola düşən hər kəs səmimi qəlbdən tövbə edib, Yehovaya qayıtmalı və ‘buğalar yerinə ağzından çıxan şükürləri təqdim etməlidir’ (Huşə 14:2; İbr. 13:15). Belə insanlar ruhani İsrailin yerdəki hissəsi ilə birlikdə Huşə 3:5 ayəsində yazılmış Padşahlıq və’dinin yerinə yetməsinə sevinəcəklər: «Sonra İsrail övladları dönüb özlərinin Allahı Rəbbi və padşahı Davudu axtaracaq. Son günlərdə lərzə içində Rəbbə və Onun xeyirxahlığına doğru yönələcəklər».

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş