Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 5/03 s. 1—4
  • Vaxt və Müqəddəs Yazılar (Dərs 2) (Hissə 2)

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Vaxt və Müqəddəs Yazılar (Dərs 2) (Hissə 2)
  • Müqəddəs ibadətimiz 2003
  • Oxşar material
  • Bilirsiniz?
    Gözətçi qülləsi 2022
Müqəddəs ibadətimiz 2003
km 5/03 s. 1—4

Vaxt və Müqəddəs Yazılar (Dərs 2) (Hissə 2)

18. a) “İl” kimi tərcümə olunan ibrani sözünün mə’nası nəyə görə qanuna uyğundur? b) Günəş ili nədir?

18 İl. Müqəddəs Kitab nöqteyi-nəzərindən vaxtı tədqiq edərkən “il” anlayışına gəlib çıxdıq. Bu anlayış, bəşər tarixinin lap başlanğıcından xatırladılır (Tək. 1:14). İbrani dilində “il”, yə’ni şaná sözü “təkrar etmək, yenidən etmək” sözündən əmələ gəlir və vaxt tsikli haqqında mə’na daşıyır. Bu, qanuna uyğundur, çünki ilin fəsilləri tsikli hər il təkrarlanır. Yer üzündə hesablanan il, Yerin Günəş ətrafında vurduğu tam bir dövrəyə bərabərdir. Bu isə 365 gün, 5 saat, 48 dəqiqə və 46 saniyə, yə’ni 365 və 1/4 gün təşkil edir. Bu dövr günəş ili adlanır.

19. a) Müqəddəs Kitab dövrlərində il nə zaman başlanırdı? b) Sonradan Yehova tərəfindən tə’sis edilən müqəddəs il nədir?

19 Müqəddəs Kitab ili. Qədim Müqəddəs Kitab hesablamasına əsasən il payızdan başlanırdı. Bu əsasən də kənd təsərrüfatı nöqteyi-nəzərindən əlverişli idi: il bizim təqvimə əsasən oktyabr ayının əvvəlində əkin-biçindən başlanır və məhsulun yığılması ilə başa çatırdı. Nuh da ilin başlanğıcını payızdan hesablayırdı. O qeyd etmişdi ki, Tufan “ikinci ayda”, daha doğrusu, oktyabrın ikinci və noyabrın birinci yarısında başlamışdı (Tək. 7:11). Bir çox xalqlar bu günə qədər ilin başlanğıcını payızdan hesablayırlar. Eramızdan əvvəl 1513-cü ildə Misirdən çıxan zaman, Yehova israillilərə abib (nisan) ayını “ayların başlanğıcı” hesab etməyi tapşırdı, beləliklə də yazda başlanan və qurtaran müqəddəs il tə’sis olundu (Çıx. 12:2). Lakin müasir dövrdə israillilər payızdan, yə’ni tişri ayından başlanan kənd təsərrüfatı təqvimindən istifadə edirlər.

20. Qəməri il günəş ili ilə necə uyğunlaşdırılmışdır və ay-günəş ili nədir?

20 Ay-Günəş ili. Məsihin vaxtına qədər bir çox xalqlar qəməri ildən istifadə etmişlər. Bu zaman qəməri il günəş ilinə müvafiq gəlsin deyə, müxtəlif üsullardan istifadə edilirdi. Adətən qəməri il 354 gün davam edir və 12 qəməri aydan ibarətdir. Təzə Ayın çıxmasından asılı olaraq, ay ya 29, ya da 30 gün davam edir. Beləliklə də qəməri il, 365 və 1/4 gün davam edən Günəş ilindən 11 və 1/4 gün qısadır. Yəhudilər də qəməri ildən istifadə edirdilər. Müqəddəs Kitabda onların qəməri ili günəş ili və ilin fəsilləri ilə necə uyğunlaşdırdıqları barədə heç nə deyilmir, lakin ehtimal ki, lazım gələndə onlar əlavə aylar daxil edirdilər. Eramızdan əvvəl V əsrdə, Meton tsikli adlanan təqvim sistemi yaradıldı. Bu sistem təqvimin günlərini eyni hüdud daxilində saxlamağa imkan verirdi. Bu sistemə əsasən, 19 illik təqvim sisteminə yeddi əlavə ay daxildir. İbrani təqvimində əlavə ay on ikinci aydan — adar ayından sonra gəlir və veadar, yə’ni “ikinci adar” adlanır. Beləliklə qəməri təqvim Günəşin hərəkəti ilə uyğunlaşdırılır; 12 və ya 13 aydan ibarət olan illər ay-günəş illəri adlanır.

21. a) Yuli təqvimi nədir? b) Nəyə görə Qriqori təqvimi Yuli təqvimindən daha dəqiqdir?

21 Yuli və Qriqori təqvimləri. Təqvim — böyük vaxt intervallarının hesablanması sistemidir və əsasını göy cisimlərinin hərəkəti ilə əlaqədar olan dövri təbiət hadisələri təşkil edir. Yuli təqvimi, romalıların tətbiq etdikləri qəməri təqvimi ay-günəş təqvimi ilə əvəz etmək üçün, b. e. ə. 46-cı ildə Yuli Sezar tərəfindən tərtib edilmişdir. Yuli təqvimindəki il 365 gündən ibarətdir, lakin hər dördüncü ilə (bu, uzun il adlanır) daha bir gün əlavə edilir. Beləliklə də uzun il 366 gündən ibarət olur. Lakin vaxt ötdükcə müəyyən olundu ki, Yuli təqvimi üzrə ilin uzunluğu günəş ilinin uzunluğundan təxminən 11 dəqiqə artıq sürür. Eramızın XVI əsri üçün üst-üstə əlavə 10 gün yığıldı. 1582-ci ildə papa XIII Qriqori mövcud olan təqvimə cüz’i dəyişiklik daxil etdi və həmin təqvim Qriqori təqvimi adlandı. Papa xüsusi fərman dərc etdi. Həmin fərmana əsasən 1582-ci ildə günlərin sayı on sutka irəli çəkildi və oktyabrın 4-dən sonrakı gün 15 oktyabr e’lan edildi. Qərara alındı ki, yüzlüklərinin sayı 4-ə bölünməyən əsrlər uzun illər sayılmasın. Məsələn, 1900-cü il uzun il sayılmırdı, çünki 19 ədədi 4-ə bölünmür; 2000-ci il isə uzun il olmuşdur, çünki 20 ədədi 4-ə bölünür. Bu gün Qriqori təqvimi dünyanın bir çox ölkələrində qəbul olunub.

22, 23. Peyğəmbərlik ilinin uzunluğu nə qədərdir?

22 Peyğəmbərlik “ili”. Müqəddəs Kitabın peyğəmbərliklərində “il” sözü altında çox vaxt cəmi 360 gündən — hər biri 30 gündən ibarət olan 12 aylıq dövr nəzərdə tutulur. Hezekiel 4:5, 6 ayələrinin bir nüfuzlu mənbədə necə şərh olunduğuna diqqət yetirin: “Güman etməliyik ki, Hezekiel vaxtı 360 gündən ibarət olan illərlə hesablayırdı. Bu, nə günəş, nə də qəməri ili ilə uyğun gəlirdi. Bu, demək olar ki, hər ayı 30 gündən ibarət olan ortaq ildir”a.

23 Peyğəmbərlik ili həmçinin “vaxt” adlanır. Vəhy 11:2, 3 və 12:6, 14 ayələrini tədqiq edərək, hesablamaq olar ki, bir “vaxt” 360 gün təşkil edir. Bə’zi peyğəmbərliklərdə isə il simvolik olaraq “gün” kimi ifadə edilir (Hez. 4:5, 6).

24. Bir çox qədim xalqlarda hesab nədən başlanırdı?

24 Sıfırıncı ilin olmaması. Yunan, Roma və yəhudi kimi qədim xalqlar arasında sıfır anlayışı olmamışdır. Onlar hər şeyi birdən saymağa başlayırdılar. Məktəbdə Roma rəqəmlərini öyrəndiyiniz vaxtı yadınıza salın (I, II, III, IV, V, X və s.), sizə sıfır yazmağı öyrətmişdilərmi? Xeyr, çünki romalılarda bu cür rəqəm yox idi. Bu səbəbdən eramızdakı illərin hesablanması sıfırdan deyil, birdən başlanır. Sıra sayları da eyni tərzdə yaranmışdı, məsələn, birinci (1-ci), ikinci (2-ci), üçüncü (3-cü), onuncu (10-cu), yüzüncü (100-cü) və sairə. Müasir riyaziyyatda hesab həmişə sıfırdan başlanır. Sıfır, ehtimal ki, hindular tərəfindən ixtira edilmişdir.

25. Sıra sayları miqdar saylarından nə ilə fərqlənir?

25 Buna görə də söhbət sıra saylarından gedəndə tam ədəd əldə etmək üçün həmişə həmin rəqəmdən bir çıxmaq lazımdır. Misal üçün, biz XX əsrin hansısa tarixindən danışırıq. Bu, həmin tarixə qədər tam 20 yüzilliyin keçdiyinimi bildirir? Yox, tam 19 yüzillik və bir neçə il keçmişdir. Müqəddəs Kitabda tam ədədləri ifadə etmək üçün, müasir riyaziyyatda olduğu kimi, miqdar sayları tətbiq olunur, məsələn, 1, 2, 3, 10, 100 və sairə. Onlar da tam ədədlər adlanır.

26. a) Eramızdan əvvəl 607-ci ilin 1 oktyabrından eramızın 1914-cü ilinin 1 oktyabrına qədər nə qədər vaxt keçdiyini necə hesablamaq olar? b) Eramızdan əvvəl 607-ci ilin 1 oktyabrının üzərinə 2 520-ni necə gəlmək olar?

26 Eramız sıfırıncı deyil, birinci ildən başlandığı (b. e. 1-ci ili), eramızdan əvvəlki illər də sıfırdan deyil, birinci ildən hesablandığı üçün (b. e. ə. 1-ci il), ili göstərən hər-hansı rəqəm sıra sayı olacaq. Nümunə üçün, eramızın 1990-cı ilini götürək. Bu tarix göstərir ki, eramızın başlanğıcından tam 1 989 il keçmişdir. Əgər bu tarixi 1990-cı ilin 1 iyulundan hesablasaq, bu onu göstərəcəkdir ki, eramızın başlanğıcından 1 989 il və altı ay keçmişdir. Eyni prinsip eramızdan əvvəlki tarixə də tətbiq edilir. Əgər bilmək istəsəniz ki, eramızdan əvvəl 607-ci ilin 1 oktyabr tarixindən eramızın 1914-cü ilinin 1 oktyabrına qədər nə qədər vaxt keçib, 1913-cü ilin (və növbəti ilin ilk doqquz ayının) üzərinə 606 il (və əvvəlki ilin son üç ayını) əlavə etmək lazımdır. Nəticədə 2 519 il (və 12 ay), yə’ni 2 520 il alınır. Və ya əgər eramızdan əvvəl 607-ci ilin 1 oktyabrının üzərinə 2 520 il gəliriksə, unutmayın ki, 607-ci il sıra sayı ilə göstərilir və deməli, tam 606 il nəzərdə tutulur. Eramızdan əvvəl 607-ci ilin 31 dekabrından deyil, eramızdan əvvəl 607-ci ilin 1 oktyabrından saydığımız üçün, 606-nın üzərinə eramızdan əvvəl 607-ci ilin sonuncu üç ayını əlavə etmək lazımdır. İndi 2 520-dən 606 və 1/4-i çıxırıq. Yerdə qalır 1 913 və 3/4. Beləliklə, əgər eramızdan əvvəl 607-ci ilin 1 oktyabrından 2 520 il saysaq, 1 913 və 3/4 il (artıq bizim erada) alınır. Tam 1 913 il keçdikdən sonra eramızın 1914-cü ili başlanır, onun üzərinə ilin dörddə üç hissəsini əlavə etdikdə isə eramızın 1914-cü ilinin 1 oktyabrına gəlib çıxırıqb.

27. Əsas tarix nə deməkdir və bu tarixlər nəyə görə bu qədər vacibdir?

27 Müqəddəs Kitab xronologiyasında əsas tarixlər. Müqəddəs Kitabın e’tibara layiq xronologiyası öz təməlini müəyyən əsas tarixlər üzərində qurur. Əsas tarix — doğruluğuna şübhə oyatmayan və Müqəddəs Kitabda təsvir edilən hər-hansı bir hadisəyə müvafiq gələn qədim təqvim tarixidir. Əgər əlimizdə bu cür “dayaq nöqtəsi” varsa, Müqəddəs Kitabın bir çox hadisələrinin vaxtını müəyyən edə bilərik. Müqəddəs Kitabın verdiyi dəqiq mə’lumatlar isə, məsələn, insan həyatının uzunluğu və ya padşahların hökmranlıq müddəti haqqındakı mə’lumatlar növbəti hesablamalar üçün əsas kimi xidmət edir. Beləliklə, bu dəqiq tarixdən başlayaraq və Müqəddəs Kitabın e’tibarlı xronoloji mə’lumatlarından istifadə edərək, Müqəddəs Yazılarda təsvir edilmiş bir çox hadisələrin tarixini müəyyənləşdirə bilərik.

28. İbranicə Müqəddəs Yazılar üçün əsas tarix hansıdır?

28 İbranicə Müqəddəs Yazılar üçün əsas tarix. İstər Müqəddəs Kitabda, istərsə də dünyəvi tarixdə əksini tapmış məşhur hadisə, Kirin başçılığı altında Midiya və fars qoşunları tərəfindən Babil şəhərinin işğal olunmasıdır. Müqəddəs Kitabın bu barədə verdiyi mə’lumatı Daniel 5:30 ayəsində tapmaq olar. Bir çox tarixi mənbələrə (məsələn, Siciliyalı Diodor, Yuli Afrikananın, Kesariyalı Yevsevinin, Ptolemeyin əsərlərinə, həmçinin Babil lövhəciklərinin üzərindəki yazılara) əsasən, Kir Babil şəhərini b. e. ə. 539-cu ildə işğal edib. Nabonidin salnaməsində, bu hadisənin ayı və günü xatırlanır (lakin ili xatırlanmır). Beləliklə, dünyəvi tarixçilər tərəfindən Babilin yıxılmasının tarixi Yuli təqviminə görə eramızdan əvvəl 539-cu ilin oktyabrın 11-nə, Qriqori təqviminə görə isə oktyabrın 5-nə təsadüf edirc.

29. Kir özünün məşhur fərmanını nə zaman verdi və bunun sayəsində nə mümkün oldu?

29 İşğal edilmiş Babil üzərindəki hökmranlığının birinci ili zamanı, Kir yəhudilərin Yerusəlimə qayıtmaları haqqında məşhur fərman vermişdir. Müqəddəs Kitabın mə’lumatına əsasən belə bir nəticəyə gəlmək olar ki, fərman b. e. ə. 538-ci ilin sonuna yaxın və ya b. e. ə. 537-ci ilin baharına yaxın verilmişdir. Bu ona uyğun olardı ki, ‘yeddinci ayda’, tişri ayında və ya ehtimal ki, b. e. ə. 537-ci ilin oktyabr ayının 1-də yəhudilər vətənlərinə qayıtdıqları zaman, Yehovaya təmiz ibadəti bərpa etmək üçün Yerusəlimə toplaşmışdılar (Ezra 1:1-4; 3:1-6)d.

30. Əsas tarixin köməyi ilə, həmçinin yerinə yetmiş peyğəmbərlikləri tədqiq etməklə İsanın nə zaman doğulduğunu və nə zaman vəftiz olunduğunu necə müəyyən etmək olar?

30 Yunanca Müqəddəs Yazılar üçün əsas tarix. Yunanca Müqəddəs Yazılar üçün əsas tarix, imperator Avqustu əvəz edən qeysər Tiberinin hakimiyyətə gəldiyi vaxt hesab olunur. İmperator Avqust eramızın 14-cü ilinin avqustun 17-də (Qriqori təqvimi ilə) vəfat etmişdir, eramızın 14-cü ilinin sentyabrın 15-də isə, Roma senatı Tiberini imperator e’lan etdi. Luka 3:1, 3 ayələrində deyilir ki, Vəftizçi Yəhya xidmətinə Tiberinin (Tiberiusun) hakimiyyətinin 15-ci ilində başladı. Avqustun öldüyü vaxtdan hesablasaq, onda Tiberinin hakimiyyətinin 15-ci ili eramızın 28-ci ilinin avqust ayında başlamış və 29-cu ilinin avqust ayında başa çatmışdır. Bundan tezliklə sonra, Vəftizçi Yəhyadan altı ay kiçik olan İsa, vəftiz olunmağa gəldi. Həmin vaxt o, “otuz yaşlarında idi” (Luka 3:2, 21-23; 1:34-38). Bu, Daniel 9:25 ayəsindəki peyğəmbərliyə müvafiqdir. Həmin peyğəmbərlikdə deyilir ki, “Yerusəlimi əvvəlki halına qoymaq və bina etmək üçün əmrin çıxmasından” Məsihin gəlişinə kimi 69 “həftə” keçəcək (peyğəmbərlik həftəsi 7 ildən ibarətdir, bunun da cəmi 483 il edir)e. “Əmr”, b. e. ə. 455-ci ildə Artakserks (Əliuzun) padşah tərəfindən verilmiş və həmin il bir qədər sonra, Yerusəlimə yola düşən Nehemya tərəfindən həyata keçirilmişdir. 483 il keçdikdən sonra, eramızın 29-cu ilinin ikinci yarısında İsa Vəftizçi Yəhya tərəfindən vəftiz olundu və elə həmin vaxt Allahın müqəddəs ruhu ilə məsh edildi. Beləliklə o, Məsih oldu. İsanın eramızın 29-cu ilinin ikinci yarısında vəftiz olunub xidmətinə başlaması başqa peyğəmbərliyə də müvafiq gəlir. Həmin peyğəmbərlikdə deyilir ki, İsa “həftənin ortasında”, daha doğrusu illik həftənin ortasında (üç il yarımdan sonra) ölümə məhkum ediləcək (Dan. 9:27). İsa yazda öldüyü üçün, onun üç il yarım davam edən xidməti təxminən eramızın 29-cu ilinin payızında başlanmış olmalı idif. Qeyd etmək lazımdır ki, dəlillərin bu iki xətti İsanın b. e. ə. 2-ci ilin payız fəslində doğulmasına təsdiq kimi xidmət edir, belə ki, Luka 3:23 ayəsində deyilir ki, İsa, öz işinə başladığı zaman, otuz yaşlarında idig.

31. a) Nəyə görə insanlara elə gəlir ki, vaxt axınının sür’əti dəyişir? b) Bu gənclərə hansı üstünlüyü verir?

31 Vaxt necə sür’ətlə hərəkət edir. Biz vaxtı güdəndə, tez-tez saata baxıb nə isə gözləyəndə, vaxt həddindən artıq yavaş gedir. Lakin başımız işə qarışdıqda, vaxtın necə keçdiyini heç hiss etmirik. Uşaqlara elə gəlir ki, vaxt yavaş gedir, böyüklərə və yaşlılara isə əksinə. Bu nəyə görə belədir? Biryaşlı uşaq üçün yaşadığı daha bir il, həyat təcrübəsinin 100 faiz artması deməkdir. 50 yaşlı insanın həyatında isə bir il, 2 faiz artım deməkdir. Uşaq üçün bir il çox uzun gəlir. Yaşlı insana isə, əgər o fəaldırsa və yaxşı sağlamlığı varsa, elə gəlir ki, getdikcə illər daha sür’ətlə keçir. O, Süleymanın sözlərinin mə’nasını daha yaxşı anlamağa başlayır: “Günəş altında yeni bir şey yoxdur”. Gənc insanların qarşısında, onlar üçün tez keçməyəcək formalaşma illəri durur. Bu materialist dünya ilə birgə “yeli tutmağa çalışmaq” əvəzinə, yeniyetmələr həmin illəri dəyərli ruhani təcrübə toplayaraq faydalı surətdə yaşaya bilərlər. Süleymanın bu sözləri vaxtında deyilən sözlərdir: “Pis günlər gəlmədən və: Onlardan zövq almıram, deyəcəyin illər yaxınlaşmadan... gəncliyinin günlərində səni Yaradanı xatırla” (Vaiz 1:9, 14; 12:1, 2).

32. Yehovanın vaxta hansı nöqteyi-nəzərlə baxdığını insanlar daha yaxşı necə başa düşə biləcəklər?

32 İnsanların əbədi yaşayacaqları vaxt. Heç bir şeyə baxmayaraq, irəlidə ağır günlərin geridə qalacağı sevincli günlər gəlir. Salehliyi sevənlər və ‘vaxtları Allahın əlində olanlar’, Onun Padşahlığının hökmranlığı altında qurulacaq əbədi həyatı sevinclə gözləyə bilərlər (Məz. 31:14-16; Mat. 25:34, 46). O zaman ölüm mövcud olmayacaq (Vəhy 21:4). İşsizlik, xəstəlik, sıxıntı və fanilik geridə qalacaq. Hamının, insanın kamil qabiliyyətlərinin istifadə olunmasını tələb edən və dərin məmnunluq hissi gətirən maraqlı, cəlbedici işi olacaq. İllər, yaxşılıq bilən insanların kamil zehnində olduqca xoş xatirələr qoyaraq, getdikcə daha tez uçacaq. Minilliklər bir-birinin ardınca geridə qaldıqca, insanlar şübhəsiz ki, Yehovanın vaxta hansı nöqteyi-nəzərlə baxdığını daha yaxşı başa düşəcəklər: “[Onun] gözlərində min il keçən dünənki gün... kimidir” (Məz. 90:4).

33. Vaxta dair Yehova hansı xeyir-duaları buyurmuşdur?

33 Bizim bugünkü insan nöqteyi-nəzərimizdən vaxt axınına nəzər salsaq və Allahın və’d etdiyi saleh yeni dünya barədə düşünəndə razılaşmamaq olmaz ki, insanların həmən o gün əldə edəcəkləri xeyir-dualar həqiqətən də möhtəşəm olacaq: “Çünki Rəbb orada bərəkəti, əbədi həyatı buyurdu” (Məz. 133:3).

[Haşiyələr]

a J. van Qoduver, “Biblical Calendars”, 1961, s. 75.

b “Müqəddəs Yazıların dərk edilməsi”, c. 1, s. 458, ing.

c “Müqəddəs Yazıların dərk edilməsi”, c. 1, s. 453, 454, 458; c. 2, s. 459, ing.

d “Müqəddəs Yazıların dərk edilməsi”, c. 1, s. 568, ing.

e “Müqəddəs Yazıların qeydlərlə Yeni Dünya Tərcüməsi”ndə Daniel 9:24 ayəsinə verilən haşiyəyə baxın, ing.

f “Müqəddəs Yazıların dərk edilməsi”, c. 2, s. 899-902, ing.

g “Müqəddəs Yazıların dərk edilməsi”, c. 2, s. 56-58, ing.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş