Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 7
  • İsa və münəccimlər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa və münəccimlər
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • Münəccimlər körpəni görməyə gəlir
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • «Müdrik adamlar» kimdir? Onları «Beytləhm ulduzu» gətirmişdi?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Ulduz yol göstərir
    Müqəddəs Kitab hekayələri
  • Yehova İsanı qoruyur
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 7

Fəsil 7

İsa və münəccimlər

ŞƏRQDƏN bir neçə adam gəlir. Bu adamlar ulduzların hal və hərəkətini yozmağı bacardıqlarını iddia edən münəccimlərdir. Onlar şərqdə, ölkələrində yeni bir ulduz görmüş və onun ardınca düz Yerusəlimə qədər yüzlərlə kilometr yol qət etmişlər.

Yerusəlimə çatdıqda onlar soruşurlar: «Yəhudilərin təzəcə anadan olmuş padşahı haradadır? Biz şərqdə olanda onun ulduzunu gördük və ona təzim etməyə gəlmişik».

Yerusəlimdə olan padşah Hirod bunu eşidəndə təşvişə düşür. O, böyük kahinləri toplayıb onlardan Məsihin harada doğulacağını xəbər alır. Onlar Müqəddəs Yazılara əsasən, cavab verirlər: «Betlehem şəhərində». Sonra Hirod münəccimləri yanına çağırıb onlara deyir: «Gedin, uşağı yaxşı-yaxşı axtarın və tapan kimi mənə xəbər verin ki, mən də gəlib ona təzim edim». Əslində, o, uşağı öldürmək istəyir.

Onlar yola düşdükdən sonra qəribə bir şey baş verir. Şərqdə gördükləri ulduz onların qabağınca gedir. Görünür ki, bu qeyri-adi bir ulduzdur, axı o, münəccimlərə yol göstərmək üçün göndərilib. Ulduz gəlib Yusiflə Məryəmin qaldıqları evin üzərində dayananacan onlar onun dalınca gedirlər.

Münəccimlər evə girirlər. Onlar Məryəmlə balaca İsanı görəndə diz çöküb uşağa təzim edirlər. Sonra torbalarından qızıl, ağ buxur və ətirli qatran çıxarıb ona təqdim edirlər. Onlar geriyə qayıdıb uşağın yerini Hiroda bildirmək istəyəndə yuxuda Allahdan xəbərdarlıq alırlar ki, bunu etməsinlər. Buna görə də öz ölkələrinə başqa yolla qayıdırlar.

Sizcə, münəccimlərə yol göstərən bu ulduzu kim göndərmişdi? Yadınızdadır, o, münəccimləri birbaşa Betlehemə, İsanın olduğu yerə yox, əvvəlcə Yerusəlimə, İsanı öldürmək istəyən padşah Hirodun yanına gətirmişdi. Əgər Allah işə qarışıb münəccimlərə xəbərdarlıq verməsəydi, Hirod İsanı öldürəcəkdi. Əslində, İsanın ölümünü arzulayan kəs Allahın düşməni olan Şeytan İblis idi. Bu niyyətinə yetişmək üçün həmin ulduzu o göndərmişdi. Matta 2:1—12; Mikeya 5:2.

▪ Münəccimlərin gördüyü ulduzun qeyri-adi olması nədən bəlli olur?

▪ Münəccimlər İsanı harada tapırlar?

▪ Münəccimlərə yol göstərmək üçün ulduzu Şeytanın göndərdiyi nədən aydın olur?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş