Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 16
  • İbadət uğrunda qeyrət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İbadət uğrunda qeyrət
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • İbadət uğrunda qeyrət
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İsa Məsih yer üzünə nə üçün gəlmişdir?
    İsa Məsihin həyatı və xidməti
  • İsa Məsih Yehovanın evinin qeyrətini çəkir
    Müqəddəs Kitab dünyasına səyahət
  • Müjdə Cəlilədə vüsət alır
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 16

Fəsil 16

İbadət uğrunda qeyrət

MƏRYƏMİN İsadan savayı da oğulları var: Yaqub, Yusif, Şimon və Yəhuda. Çox güman ki, onlar İsa Məsih və onun şagirdləri ilə birlikdə Kapernahuma qayıdan baş zəruri şeyləri götürmək üçün əvvəl Nazaret şəhərindəki evlərinə gəlirlər.

Görəsən, İsa nə üçün xidmətinə Kana, Nazaret və ya Qalileyanın yuxarı hissəsinin başqa bir yerində davam etməyib, Kapernahuma gedir? Birincisi, ona görə ki, Kapernahum böyük şəhərdir və əlverişli mövqedə yerləşib. İkincisi də, İsanın şagirdlərinin əksəriyyəti Kapernahumda və onun ətrafında yaşayır. Belə olduqda onlar öz evlərindəcə qalıb İsa Məsihdən təlim ala bilərlər.

Bir neçə ay sonra İsa özü danışacaq ki, Kapernahumda olanda çoxlu möcüzə göstərib. İndi isə eramızın 30-cu ilinin baharıdır. O, yoldaşları ilə birgə yenidən səfərə çıxır. Onlar Yerusəlimə Pasxa bayramına gedirlər. Yerusəlimdə şagirdləri onu başqa bir yöndən tanıyacaqlar.

Allahın Qanununa əsasən, israillilər bayramda heyvan qurbanları gətirməlidirlər. Buna görə də alverçilər camaatın rahatlığı üçün Yerusəlimdə heyvan və quş bazarı açıblar. Amma onlar alış-verişi Allaha ibadət edilən yerdə, birbaşa məbədin içində edir, üstəlik, qiymətləri qaldırıb adamları soyurlar.

İsa Məsih bunu görəndə bərk hiddətlənir. O, kəndirdən bir qamçı düzəldib alverçiləri məbəddən qovur. Sərrafların masalarını çevirib pullarını dağıdır. Göyərçin satanların üstünə qışqırır: «Bunları yığışdırın buradan! Bəsdir! Atamın evini bazara çevirmisiniz!»

Şagirdlər bunu görəndə Allahın Oğlu barəsindəki: «Sənin evin üçün çəkdiyim qeyrət məni yandırıb-yaxacaq» peyğəmbərliyi onların yadına düşür. Yəhudilər isə İsadan soruşurlar: «Hansı əlamətlə bizə sübut edə bilərsən ki, bunları etməyə ixtiyarın var?» İsa belə cavab verir: «Bu məbədi dağıdın, mən onu üç günə bərpa edərəm».

Yəhudilər elə bilirlər ki, İsa məbədin binasından danışır, buna görə də soruşurlar: «Bu məbəd qırx altı ilə tikilib, sən onu üç günə necə bərpa edəcəksən?» Ancaq İsa məbəd deyərkən öz bədənini nəzərdə tuturdu. Üç il sonra o öləcək və diriləcək. Həmin vaxt şagirdləri bu sözləri xatırlayacaqlar. Yəhya 2:12—22; Matta 13:55; Luka 4:23.

▪ Kana şəhərindəki toydan sonra İsa haralara gedir?

▪ İsa nə üçün hiddətlənir və nə edir?

▪ Onun bu hərəkətini görəndə şagirdlərin yadına nə düşür?

▪ «Bu məbəd»lə bağlı İsa nə deyir və bunun mənası nədir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş