Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 44
  • İsa müdhiş fırtınanı ram edir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa müdhiş fırtınanı ram edir
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • İsa peyğəmbər fırtınanı ram edir
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İsa bizi qoruya bilər
    Böyük Müəllimdən öyrən
  • İsa Məsih suyun üstü ilə gəzir
    Müqəddəs Kitab dünyasına səyahət
  • Gəmi qəzaya uğrayır
    Müqəddəs Kitab hekayələri
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 44

Fəsil 44

İsa müdhiş fırtınanı ram edir

İSA MƏSİH həmin günü bərk yorulmuşdu. O, əvvəlcə gölün sahilində xalqa təlim vermiş, sonra isə danışdığı məsəllərin mənasını ayrıca şagirdlərinə izah etmişdi. Axşam düşəndə o, şagirdlərinə deyir: «Gəlin o biri sahilə üzək».

Qalileya gölünün şərq sahilində Dekapol bölgəsi yerləşir. «Dekapol» sözü yunanca deka — «on» və polis — «şəhər» sözlərindən əmələ gəlib. Bu bölgənin şəhərləri yunan mədəniyyətinin mərkəzidir, həmçinin orada xeyli yəhudi də yaşayır. İsanın bu ərazidə fəaliyyəti qısamüddətli olub. İndi görəcəyik ki, bu dəfə də onun orada çox qalmağına mane olurlar.

Bəli, şagirdlər İsanı qayığa alıb yola düşürlər. Amma bu, başqalarının diqqətindən yayınmır və bir azdan digər qayıqlar da onların ardınca üzür. Qarşı tərəfdəki sahil bir elə də uzaq deyil, çünki Qalileya gölünün uzunluğu təxminən 21 kilometr, ən geniş yeri isə 12 kilometrdir.

İsa çox yorğundur. Onlar sahildən bir qədər aralandıqdan sonra o, qayığın arxa hissəsində uzanır və başını yastığa qoyub yatır. Həvarilərdən bir neçəsi Qalileya gölündə uzun müddət balıqçılıq etmiş təcrübəli dənizçilərdir. Qayığı məhz onlar idarə edirlər.

Lakin bu dəfə yol asan olmur. Qalileya gölü dəniz səviyyəsindən 210 metr aşağı olduğu üçün gölün səthi üzərindəki havanın temperaturu gölü əhatə edən dağlardakı temperaturdan istidir. Bu səbəbdən orada arabir güclü külək əsir və göldə qəfil fırtına qalxır. İndi də həmin şey baş verir. Güclü dalğalar qayığa çırpınıb içəri tökülür və qayıq az qalır ki batsın. Amma İsa şirin yuxuya dalıb.

Bu təcrübəli dənizçilər var gücləri ilə qayığı idarə etməyə çalışırlar. Əlbəttə, bu onların rastlaşdığı ilk fırtına deyil, amma bu səfər onlar tamam əldən düşürlər. Onlar batmaqdan qorxaraq İsanı durğuzurlar. «Müəllim, məgər səni narahat etmir ki, biz batırıq? — onlar qışqırırlar: — Ağa, batırıq, bizi xilas et!»

İsa qalxıb küləyə və suya əmr edir: «Dayan! Sakit ol!» Güclü külək yatır, göl sakitləşir. İsa şagirdlərinə sual verir: «Niyə qorxdunuz? Hələ də imanınız yoxdur?»

Şagirdlərin canını vahimə bürüyür: «Bu kimdir ki, hətta küləyə və suya əmr edir, onlar da itaət edirlər?!» — deyə bir-birindən soruşurlar.

Görün, İsa necə böyük qüdrət sahibidir! Padşahımızın təbiət qüvvələri üzərində hökmü olduğunu bilmək bizə həqiqi təsəlli verir. Bu o deməkdir ki, səmavi Padşahlıq Yer planetini idarə edərkən heç bir təbii fəlakət insanlara xətər yetirməyəcək!

Beləcə, fırtına yatır və bir azdan İsa şagirdləri ilə sağ-salamat gölün şərq sahilinə çatır. Ola bilsin, digər qayıqların üzdüyü yerdə fırtına bir o qədər güclü olmayıb və onlar evlərinə salamat qayıdıblar. Mark 4:35—5:1; Matta 8:18, 23—27; Luka 8:22—26.

▪ Dekapol nədir və o, harada yerləşir?

▪ Qalileya gölündə güclü fırtınaların səbəbi nədədir?

▪ Şagirdlər fırtına ilə bacarmadıqlarını görəndə nə edirlər?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş