Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 83
  • Fəriseyin evində

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Fəriseyin evində
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • Allahın süfrəsində kimlər əyləşəcək?
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Toy ziyafəti məsəli
    İsa Məsihin həyatı və xidməti
  • Hər şeydə birinci olmaq istəyirsən?
    Böyük Müəllimdən öyrən
  • Sadə mərasimdən səmavi Padşahımız haqda nə öyrənirik?
    Gözətçi qülləsi 2019
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 83

Fəsil 83

Fəriseyin evində

İSA MƏSİH hələ də bu məşhur fəriseyin evindədir. O, bədəninə su yığılan adamı təzəcə sağaldıb. İndi isə baxıb görür ki, qonaqlar süfrədə ən yaxşı yerləri seçirlər. Buna görə də onlara təvazökarlıq dərsi verir:

«Kimsə səni toy məclisinə dəvət edəndə yuxarı başa keçmə. Ola bilsin, məclisə səndən daha adlı-sanlı bir adam çağırılıb. Belə olduqda toy yiyəsi gəlib sənə deyəcək: “Yerini bu adama ver”. Onda sən xəcalətlə aşağı başa keçməli olacaqsan».

İsa məsləhət görür: «Səni bir yerə çağıranda, aşağı başda otur. Məclis yiyəsi gəlib sənə deyəcək: “Qardaş, keç yuxarı başa”. Onda bütün qonaqların qarşısında hörmətin birə-beş artacaq». İsa sözünü belə tamamlayır: «Çünki özünü yüksəldən alçaldılacaq, özünü alçaldan isə yüksəldiləcək».

Sonra İsa onu dəvət etmiş fəriseyə hansı qonaqlığın Allaha xoş olduğunu danışır: «Qonaqlıq verəndə evinə dostlarını, qohum-qardaşını və ya varlı-hallı qonşularını çağırma. Gün gələr, onlar da səni öz evlərinə dəvət edərlər, onda əvəz-əvəz olarsınız. Qonaqlıq verəndə evinə kasıbları, şikəstləri, çolaqları, korları çağır. Bax, onda ürəyin şad olacaq, çünki bu adamların sənə verməyə heç nələri yoxdur».

Fağırları çağırmaqla ev sahibi xoşbəxt olacaq, çünki İsanın sözünə görə, o, «salehlər diriləndə əvəzini alacaq». İsanın tərifəlayiq nahar haqqında dedikləri qonaqlardan birinə başqa növ yeməyi xatırladır. Həmin adam deyir: «Allahın padşahlığında çörək yeyən nə xoşbəxtdir!» Heyf ki, hamı bu gözəl ümidi layiqincə qiymətləndirmir və bu, İsanın danışdığı məsəldən yaxşı görünür:

«Bir adam böyük bir ziyafət düzəldirdi və evinə çoxlu qonaq dəvət etmişdi. Ziyafət vaxtı gələndə bu adam nökərini göndərdi ki, onlara desin: “Hər şey hazırdır, gəlin”. Amma onların hamısı bir nəfər kimi bəhanə gətirməyə başladı. Biri belə dedi: “Mən bir tarla almışam, gərək gedib ona baxım. Xahiş edirəm, məni üzürlü hesab et”. Başqası belə dedi: “Beş cüt kəl almışam, onları yoxlamağa gedirəm. Allah xatirinə, məni üzürlü say”. Başqa birisi dedi: “Təzəcə evlənmişəm, buna görə də gələ bilmərəm”».

Əslində, bütün bunlar boş bəhanədir! Tarlanı, yaxud kəli alanda yoxlayırlar, sonradan gedib baxmaq bir o qədər də zəruri deyil. Evlilik də kimsəni belə vacib dəvəti qəbul etməkdən çəkindirməməlidir. Buna görə də ev yiyəsi qəzəblənib nökərinə deyir:

«“Durma, tez şəhərin baş küçələrinə və dalanlarına çıx, kasıbları, şikəstləri, korları və axsaqları yığ bura gətir”. Bir azdan nökər gəlib dedi: “Ağa, əmrini yerinə yetirdim, amma hələ bir az da yer qalıb”. Ağa nökərə dedi: “Yollarda, cığırlarda kimi tapsan hamını məcbur edib bura gətir ki, evim dolsun. Bunu bilin ki, əvvəldən dəvət etdiyim qonaqlardan heç biri mənim axşam yeməyimin dadına baxmayacaq”».

Bu məsəl nəyi açıqlayır? Ziyafəti verən «Ağa» Yehova Allahı təmsil edir; qonaqları gedib çağıran «nökər» İsa Məsihdir; «böyük ziyafət» isə səmavi Padşahlığa girmək imkanıdır.

Padşahlıqda olmaq dəvətini ilk öncə alanlar İsanın dövründəki yəhudi din xadimləri idi. Lakin onlar dəvəti rədd etdilər. Buna görə də eramızın 33-cü ilinin Əllinci gün bayramından başlayaraq ikinci dəvət səsləndi. Bu dəvət fağır, nifrət hədəfi olan yəhudilərə verildi. Amma Allahın Padşahlığındakı 144 000 yeri tutmaq üçün bu adamlar azlıq edir. Bu səbəbdən üç il yarım sonra, eramızın 36-cı ilində sünnətsiz qeyri-yəhudilərə də dəvət verildi. Bu adamların toplanması bizim dövrümüzə qədər davam edir. Luka 14:1—24.

▪ İsa təvazökarlıqla bağlı hansı dərsi verir?

▪ Allaha xoş olan qonaqlıq nədir və onu verən nə üçün xoşbəxt olacaq?

▪ Dəvət olunanların bəhanələri nəyə görə əsassız idi?

▪ İsanın «böyük ziyafət» məsəli nəyi açıqlayır?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş