Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • pr böl. 4 s. 16—19
  • Xristian dünyası Allaha və Müqəddəs Kitaba xəyanət edib

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xristian dünyası Allaha və Müqəddəs Kitaba xəyanət edib
  • Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Kitaba zidd olan nəzəriyyələr
  • Allahsız əməllər
  • İsanın davamçısı deyillər
  • Yerusəlim Xristian dünyasını təmsil edir?
    Pak ibadət dirçəlir!
Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
pr böl. 4 s. 16—19

Bölmə 4

Xristian dünyası Allaha və Müqəddəs Kitaba xəyanət edib

1 Bir çox ölkələrdə insanlar, Müqəddəs Kitaba riayət etdiklərini iddia edən şəxslərin pis hərəkətlərinə görə, bu kitabla maraqlanmır və ona hörmət etmirlər. Bə’zi ölkələrdə, Müqəddəs Kitabın müharibəyə təşviq etdiyini, ağ adamların kitabı və müstəmləkəçiliyə tərəfdar olduğunu söyləyirlər. Lakin bunlar yanlış nöqteyi-nəzərlərdir.

2 Yaxın Şərqdə yazılmış Müqəddəs Kitab, uzun müddət ərzində xristianlıq adı ilə həyata keçirilən müstəmləkəçi müharibələrinə və acgözlüklə mənfəət əldə etmək istismarına tərəfdar deyil. Əksinə, Müqəddəs Kitabı oxuduqda və İsanın həqiqi məsihçiliyə dair verdiyi tə’limlərlə tanış olduqda, görəcəksiniz ki, Müqəddəs Kitab müharibəni, əxlaqsızlığı və insanların istismarını kəskin surətdə mühakimə edir. Günah Müqəddəs Kitabda deyil, tamahkar insanlardadır (1 Korinflilərə 13:1-6; Yaqub 4:1-3; 5:1-6; 1 Yəhya 4:7, 8). Buna görə də, Müqəddəs Kitabın xeyirxah məsləhətlərinə zidd gedən acgöz insanların pis hərəkət tərzlərinin bu kitabdakı xəzinədən fayda almaqda sizə mane olmasına yol verməyin.

3 Müqəddəs Kitabın məsləhətlərinə riayət etməyən insanların sırasına Xristian dünyasına mənsub olan xalqlar və ölkələr də daxildir. “Xristian dünyası”, dünyada xristianlığın üstünlük təşkil edən hissəsi adlanır. Bu, əsas e’tibarilə, eramızın təxminən dördüncü əsrindən bəri özünün kilsə sistemləri ilə qabaqcıl mövqe tutan qərb dünyasıdır. Xristian dünyası artıq əsrlər boyudur ki, Müqəddəs Kitaba sahibdir və onun din xadimləri, Müqəddəs Kitaba əsasən tə’lim verdiklərini və Allahın nümayəndələri olduqlarını iddia edirlər. Lakin Xristian dünyasının din xadimləri və missionerləri həqiqəti öyrədirlərmi? Əməlləri ilə, Allahı və Müqəddəs Kitabı doğrudan da təmsil edirlərmi? Həqiqətən də Xristian dünyasında məsihçilik üstünlük təşkil edirmi? Xeyr. Dördüncü əsrdən — qabaqcıl dini mövqe tutduğu vaxtdan bəri, Xristian dünyası Allahın və Müqəddəs Kitabın düşməni olduğunu göstərmişdir. Bəli, tarixi sübutlar, göstərir Xristian dünyasının Allaha və Müqəddəs Kitaba xəyanət etdiyini göstərir.

Müqəddəs Kitaba zidd olan nəzəriyyələr

4 Xristian dünyasının əsas nəzəriyyələri Müqəddəs Kitaba deyil, Yunan, Misir, Babil və başqa ölkələrin qədim əfsanələrinə əsaslanır. İnsanın canının ölməzliyi, odlu cəhənnəmdə daimi işgəncə, məhşər və Üç üqnum (bir Allahda üç şəxs) kimi tə’limlər Müqəddəs Kitabda yoxdur.

5 Məsələn, pis adamların cəhənnəm odunda daima işgəncə çəkəcəkləri haqda tə’limin üzərində düşünün. Siz bu fikrə necə baxırsınız? Bir çoxları bununla razılaşa bilmirlər. Onlar, Allahın insanları dözülməz ağrılara düçar edərək daim işgəncə verməsinin məntiqəuyğun olmadığını düşünürlər. Belə qəddar fikir Müqəddəs Kitabda təsvir olunan Allaha yaraşmır, çünki “Allah məhəbbətdir” (1 Yəhya 4:8). Müqəddəs Kitab aydın surətdə göstərir ki, bu cür tə’lim Qadir Allahın heç ‘ağlından belə keçməmişdir’ (Yeremya 7:31; 19:5; 32:35).

6 Xristian dünyasının kilsələri də daxil olmaqla, bu gün bir çox dinlər öyrədir ki, insan öləndən sonra göyə qalxan və ya cəhənnəmə gedən ölməz cana sahibdir. Bu, Müqəddəs Kitabın tə’limi deyil. Əksinə, Müqəddəs Kitab aydın şəkildə bəyan edir: “Yaşayanlar bilirlər ki, öləcəklər; fəqət ölülər bir şey bilməzlər... çünki getməkdə olduğun ölülər diyarında iş və düşüncə, bilgi və hikmət yoxdur” (Vaiz 9:5, 10). Eyni zamanda məzmurçu da qeyd edir ki, ölümdən sonra insan “torpağa dönür; həmən o gündə düşüncələri yox olur” (Məzmur 146:4).

7 Həmçinin xatırlayın ki, Adəmlə Həvva, Allahın qanununu pozarkən onlara verilən cəza ölməzlik deyildi. Bu, cəza yox, mükafat olardı! Bunun əvəzinə onlara bildirdi ki, alındıqları torpağa dönəcəklər. Allah Adəmin nəzərinə bunları çatdırdı: “Çünki torpaqsan və torpağa dönəcəksən” (Təkvin 3:19). Beləliklə, insan canının ölməzliyinə dair tə’lim Müqəddəs kitabda yoxdur; Xristian dünyası bu tə’limi özündən əvvəl yaşamış xristian olmayan xalqlardan götürmüşdür.

8 Bundan əlavə, Xristian dünyasının Üç üqnum ehkamı Allahı, üç şəxsdən ibarət olan sirli bir Allah kimi təsvir edir. Lakin Müqəddəs Kitabda bu tə’lim də yoxdur. Misal üçün, İşaya 40:25 ayəsində Allah aydın surətdə bildirir: “Məni kimə bənzədəcəksiniz ki, mən ona bərabər olum?” Cavab birdir: Heç kim Ona bərabər ola bilməz. Eyni zamanda, Məzmur 83:18 ayəsində sadəcə belə deyilir: “Sən ki, ismin Rəbdir [“Yehovadır”, YD], bütün dünya üzərində yalnız sən Ucasan”. (Həmçinin İşaya 45:5; 46:9; Yəhya 5:19; 6:38; 7:16 ayələrinə də baxın.)

9 Müqəddəs Kitabda Allah və Onun niyyətləri haqda olan tə’limlər aydın, asan başa düşülən və məntiqə uyğundur. Amma Xristian dün­ya­sı­nın kilsə tə’limləri belə deyil. Daha dəhşətlisi də odur ki, onların tə’limi Müqəddəs Kitaba zidd gedir.

Allahsız əməllər

10 Xristian dünyası, öyrətdiyi yalan ehkamlardan əlavə, öz əməlləri ilə də Allaha və Müqəddəs Kitaba xəyanət etmişdir. Din xadimlərinin və kilsələrin ötən əsrlər boyu etdikləri və bizim zəmanəmizdə də davam etdirdikləri işlər, Müqəddəs Kitabın Allahının tələblərinə və məsihçiliyin Banisi olan İsa Məsihin öyrətdiklərinə və davranış tərzinə tamamilə zidd gedir.

11 Misal üçün, İsa öz davamçılarına bu dünyanın siyasi işlərinə qarışmamağı və onun müharibələrində iştirak etməməyi öyrədirdi. İsa onlara həmçinin sülhsevər olmağı, qanunlara itaət etməyi, qabaqcadan yaranan mənfi fikirlərdən uzaq olaraq insanları sevməyi, başqasını həyatdan məhrum etmək əvəzinə öz həyatını fəda etməyə hazır olmağı da öyrədirdi (Yəhya 15:13; Həvarilərin işləri 10:34, 35; 1 Yəhya 4:20, 21).

12 Bundan əlavə, İsa öyrədirdi ki, başqa insanlara göstərilən məhəbbət sayəsində həqiqi məsihçiləri, özünü məsihçi kimi qələmə verən yalançı məsihçilərdən fərqləndirmək mümkün olacaq. İsa, onun davamçısı olacaq adamlara deyirdi: “Sizə bir-birinizi sevəsiniz deyə yeni bir əmr verirəm: sizi sevdiyim kimi siz də bir-birinizi sevin. Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək” (Yəhya 13:34, 35; 15:12).

13 Buna baxmayaraq, Xristian dünyasının din xadimləri əsrlər boyu siyasətə qoşulur və ölkələrində baş verən müharibələrə tərəfdar olurlar. Onlar, bizim əsrdə baş verən iki dünya müharibəsində olduğu kimi, hətta Xristian dünyası daxilində gedən müharibələrdə də bir-biri ilə vuruşan tərəflərə tərəfdar olurlar. Həmin toqquşmalar zamanı hər iki tərəfin ruhaniləri qələbə üçün dua edir və eyni zamanda bir ölkənin din üzvləri, həmin dinə mənsub olub, lakin başqa ölkədə yaşayanları öldürürlər. Lakin Müqəddəs Kitab belə davrananların Allahın deyil, Şeytanın övladları olduqlarını göstərir (1 Yəhya 3:10-12, 15). Beləliklə, din xadimləri və onların yolunu izləyənlər özlərini İsanın davamçısı adlandırsalar da, davamçılarına “qılıncını yerinə qoy” deyən İsa Məsihin tə’limlərinə tamamilə zidd davranırlar (Matta 26:51, 52).

14 İmperializm dövründə Xristian dünyasına mənsub olan ölkələr əsrlər boyu başqa xalqları istismar edib, əsarət altına alaraq zülm edən zaman, kilsələr bu siyasi qüvvələrlə əməkdaşlıq edirdilər. Belə vəziyyət Afrikada əsrlər boyu davam etmişdir. Qərb ölkələrinin zor gücünə nüfuz dairələrinə parçalandığı zaman, məsələn, “tiryək” müharibələri və ya İxetuan üsyanı vaxtı, bunlara Çin də mə’ruz qalmışdı.

15 Tarixin “orta əsrlər” dövründə, Xristian dünyasının dinləri başqa cür düşünən insanların tə’qib, işgəncə və e’dam olunmasına belə başçılıq etmişlər. Bir neçə əsr davam edən inkvizisiya dövründə, heç bir günahı olmayan, alicənab insanların işgəncə olunması və öldürülməsi kimi qəddar hərəkətlərə qanuni icazə verilmişdir. Bu cinayətləri icra edənlər din xadimləri və onların davamçıları idilər; onların hamısı məsihçi olduqlarını iddia edirdilər. Onlar, sadə xalq oxuya bilməsin deyə, hətta Müqəddəs Kitabı da məhv etməyə çalışırdılar.

İsanın davamçısı deyillər

16 Xeyr, Xristian dünyasına mənsub olan xalqlar və kilsələr İsanın davamçısı deyildilər və indi də deyillər. Onlar Allaha xidmət etmirlər. Allahın ilham verdiyi Kəlam onlar haqqında deyir: “Onlar iddia edirlər ki, Allahı tanıyırlar, amma öz əməlləri ilə bunu inkar edirlər; çünki məkruh və itaətsizdirlər və heç bir yaxşı iş görməyə yaramazlar” (Titusa 1:16).

17 İsa demişdir ki, yalan dini etdiyi işlərdən, yə’ni onun bəhrələrindən ayırd etmək olar. O xəbərdarlıq etmişdir: “Yalançı peyğəmbərlərdən qorunun; onlar yanınıza qoyun cildində gələrlər, amma daxildə vəhşi qurddurlar. Onları bəhrələrindən tanıyacaqsınız... Beləliklə, hər yaxşı ağac xeyirli meyvə verər; pis ağac isə çürük meyvə verər. Yaxşı ağac çürük meyvə verə bilməz; pis ağac da xeyirli meyvə verə bilməz. Xeyirli meyvə verməyən hər ağac kəsilər və oda atılar. Beləliklə onları [yalançı peyğəmbərləri] bəhrələrindən tanıyacaqsınız” (Matta 7:15-20).

18 Beləliklə, Xristian dünyasının dinləri, Müqəddəs Kitaba inandıqlarını, Allahdan qorxduqlarını və İsanın davamçıları olduqlarını iddia etsələr də, onların tə’lim və əməlləri, bu iddianın yalan olduğunu göstərir. Onlar Allaha və Müqəddəs Kitaba xəyanət etmişlər. Onlar bununla, milyonlarla insanın onlara nifrət etməsinə və Həqq-Təalaya inanmamasına səbəb olmuşlar.

19 Lakin Xristian dünyasının din xadimlərinin və kilsələrinin, eləcə də Xristian dünyasına mənsub olmayan başqa dinlərin müvəffəqiyyətsizliyə uğraması, Müqəddəs Kitabın müvəffəqiyyətsizliyə uğraması demək deyil. Bu, həmçinin Allahın müvəffəqiyyətsizliyə uğraması da demək deyil. Əksinə, Müqəddəs Kitab bizə xəbər verir ki, həm bizim, həm də gələcəyimizin qayğısına qalan Həqq-Təala mövcuddur. Bu kitab, düzgün davranmaq və yer üzündə ədalət və sülhün qalib gəldiyini görmək istəyən səmimi qəlbli insanları Allahın necə mükafatlandıracağını göstərir. Eyni zamanda Müqəddəs Kitab bizə izah edir ki, Allah pislik və iztirablara nə üçün yol verir və öz yaxınlarına ziyan vuran, eləcə də Ona xidmət etdiklərini iddia edən, əslində isə bunu etməyən insanlardan yer üzünü O, necə təmizləyəcək.

[Oyrənilmə üçün olan suallar]

1, 2. Bə’zi insanlar Müqəddəs Kitaba nəyə görə hörmət etmirlər, lakin Müqəddəs Kitab nə deyir?

3. Tarixi sübutlar Xristian dünyası haqqında nəyi göstərir?

4, 5. Kilsələr, Müqəddəs Kitaba zidd olan hansı nəzəriyyələri öyrədir?

6. Müqəddəs Kitab, canın ölməzliyi tə’liminin yalan olduğunu necə sübut edir?

7. Adəmlə Həvva Allahın qanununu pozduqlarına görə hansı cəzanı aldılar?

8. Müqəddəs Kitab, Xristian dünyasının Üç üqnum haqqında olan nəzəriyyəsinin yalan olduğunu necə sübut edir?

9. Müqəddəs Kitabın tə’limləri və Xristian dünyasının kilsə nəzəriyyələri barədə nə demək olar?

10, 11. Xristian dünyasının kilsə tə’limləri Müqəddəs Kitabın tə’limlərindən nə ilə fərqlənir?

12. İsanın sözlərinə görə, həqiqi məsihçilər hansı xüsusiyyətlə tanınmalı idilər?

13, 14. Xristian dünyasına mənsub olan kilsələrinin Allahın nümayəndəsi olmadıqlarını nə göstərir?

15. Xristian dünyası tərəfindən hansı cinayətkarlıqlar icra edilirdi?

16, 17. Biz nəyə görə deyə bilərik ki, kilsələr İsanın yolunu davam etdirmirlər?

18. Xristian dünyasının tə’limləri və davranışları nəyə səbəb oldu?

19. Xristian dünyasının müvəffəqiyyətsizliyə uğraması, Allahın və Müqəddəs Kitabın müvəffəqiyyətsizliyə uğraması deməkdirmi?

[17-ci səhifədə olan şəkillər]

Dantenin “Cəhənnəm” əsəri.

▲Hinduizmin Üç üqnumu.

▲Xristian dünyasının Üç üqnumu.

Misirin Üç üqnumu.▶

[18-ci səhifədə olan şəkil]

Hər iki tərəfin din xadimləri, İsanın tə’limlərinə zidd olaraq, müharibələrə tərəfdar olurdular.

[İcazə ilə]

Doré’s illustration of Barrators-Giampolo for Dante’s Divine Comedy

Courtesy of The British Museum

Museo Egizio, Turin

U.S. Army photo

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş