Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • pr böl. 8 s. 29—31
  • Yer üzündə qurulacaq Cənnətdə əbədi həyat!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yer üzündə qurulacaq Cənnətdə əbədi həyat!
  • Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
  • Başlıqlar
  • Oxşar material
  • İnsanlar arasında mükəmməl sülh
  • İnsanlarla heyvanlar arasında sülh
  • Mükəmməl sağlamlıq və əbədi həyat
  • Ölülər həyata qaytarılacaqlar
  • Yer üzü — bolluq içində Cənnət
  • Hamı üçün yaxşı ev
  • Siz yer üzü Cənnətdə əbədi yaşaya bilərsiniz
  • Allahın qurduğu valehedici yeni dünya
    Allah həqiqətən də bizim qeydimizə qalırmı?
  • Yaxın gələcəyimizə dair peyğəmbərliklər
    Gözətçi qülləsi 2009
  • Sülh içində yeni dünya bir zaman gələcəkmi?
    Sülh içində yeni dünya. Bir zaman gələcəkmi?
  • Siz xoşbəxt bir gələcəyə sahib ola bilərsiniz!
    Əbədi həyata aparan bilik
Əlavə
Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
pr böl. 8 s. 29—31

Bölmə 8

Yer üzündə qurulacaq Cənnətdə əbədi həyat!

1 Allah yer üzündən pislik və iztirabları yox edib, səmavi Padşahlığının sevən rəhbərliyi altında yeni dünyanı qurarkən, həyat necə olacaq? Allah və’d edir ki, əlini açacaq “və hər yaşayanı diləyinə görə” doyuracaqdır (Məzmur 145:16).

2 Siz nə haqda arzu edə bilərsiniz? Xoşbəxt həyat, maraqlı iş, maddi bolluq, gözəl mühit, insanlar arasında sülh, həmçinin ədalətsizlik, xəstəlik, əziyyət və ölümdən yaxa qurtarmaq, elə deyilmi? Bəs sevindirici ruhani ümid barədə necə? Bütün bunlar tezliklə Allahın Padşahlığının hökmranlığı altında həyata keçəcək. Bu e’cazkar xeyir-duaların yeni dünyada olacağı barədə Müqəddəs Kitab peyğəmbərliklərinin dediklərinə diqqət yetirin.

İnsanlar arasında mükəmməl sülh

3 “[Allah] Yerin ucuna qədər cəngləri durdurar; yayı qırar və mizrağı parçalar; cəng arabalarını atəşdə yandırar” (Məzmur 46:9).

4 “Qılınclarını kotan dəmirləri və mizraqlarını bağça bıçaqları edəcəklər: millət millətə qarşı qılınc qaldırmayacaq və artıq cəng etməyi öyrənməyəcəklər” (İşaya 2:4).

5 “Həlimlər dünyanı miras alacaqlar və sülh bolluğunda ləzzət tapacaqlar” (Məzmur 37:11).

6 “Bütün dünya istirahət edir və susmuş; birdən [“insanlar”, YD] tərənnümlə coşarlar” (İşaya 14:7).

İnsanlarla heyvanlar arasında sülh

7 “Qurd quzu ilə bərabər yaşayacaq və pələng oğlaqla bərabər yatacaq; və buzov və gənc aslan və bəslənmiş öküz bir yerdə olacaq; və onları balaca bir uşaq otaracaq. Və inəklə ayı otlayacaq; onların balaları birlikdə yatacaq; və aslan öküz kimi saman yeyəcək. Və əmzikdəki uşaq qara ilanın yuvası üzərində oynayacaq və süddən kəsilmiş uşaq əlini zəhərli ilanın yuvası üzərinə qoyacaq... zərər verməyəcəklər və həlak etməyəcəklər” (İşaya 11:6-9).

8 “Çöl heyvanları ilə və göylərin quşları ilə və torpaqda sürünənlərlə o gün onlar üçün əhd kəsəcəyəm... və onları təhlükəsizlikdə yaşadacağam” (Hoşea 2:18).

Mükəmməl sağlamlıq və əbədi həyat

9 “O zaman korların gözləri açılacaq, karların da qulaqları açılacaq. O zaman topal adam maral kimi sıçrayacaq və dilsizin dili tərənnüm edəcək” (İşaya 35:5, 6).

10 “Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi” (Vəhy 21:4).

11 “Orada yaşayan: “Xəstəyəm”, deməyəcək” (İşaya 33:24).

12 “Əti [“bədəni”, YD] uşağınkından körpə olar; gəncliyi günlərinə dönər” (Eyub 33:25).

13 “Allahın ən’amı... Rəbbimiz Məsih İsada əbədi həyatdır” (Romalılara 6:23).

14 “Ona iman edənlərin... hamısının əbədi həyatı” olacaq (Yəhya 3:16).

Ölülər həyata qaytarılacaqlar

15 “Həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır” (Həvarilərin işləri 24:15).

16 “Elə bir saat gəlir ki, qəbirlərdə [Allahın yaddaşında] olanların hamısı Onun səsini eşidəcəklər və qəbirlərindən çıxacaqlar” (Yəhya 5:28, 29).

17 “Dəniz, özündə olan ölüləri təslim etdi; ölüm və ölülər aləmi də özlərində olan ölüləri təslim etdilər” (Vəhy 20:13).

Yer üzü — bolluq içində Cənnət

18 “Bərəkət yağmurları olacaq. Və səhra ağacı meyvəsini verəcək və yer məhsulunu verəcək və öz torpaqları üzərində təhlükəsiz olacaqlar” (Hezekiel 34:26, 27).

19 “Yer üzü məhsulunu verdi; Allah, bizim Allahımız bizə xeyir-dua verəcəkdir” (Məzmur 67:6).

20 “Çöl və quraq yer şadlanacaq; və əhalisiz yer sevinəcək və nərgiz kimi çiçəklənəcək” (İşaya 35:1).

21 “Dağlar və təpələr önünüzdə tərənnüm edəcəklər; və çölün bütün ağacları əl çalacaqlar. Çalı yerinə şam ağacı bitəcək; gicitkən yerinə mərsin ağacı bitəcək” (İşaya 55:12, 13).

22 “Mənimlə bərabər cənnətdə olacaqsan” (Luka 23:43).

Hamı üçün yaxşı ev

23 “Evlər tikəcəklər və yaşayacaqlar... Onlar tikib də başqası yaşamayacaq; onlar əkib də başqası yeməyəcək... seçdiklərim öz əllərinin işindən istifadə edəcəklər. Boş yerə əmək verməyəcəklər və fəlakət üçün doğmayacaqlar” (İşaya 65:21-23).

24 “Hər kəs öz asması altında və öz əncir ağacı altında oturacaq; və onları qorxudan olmayacaq” (Mika 4:4).

Siz yer üzü Cənnətdə əbədi yaşaya bilərsiniz

25 Gələcəyə aid necə də e’cazkar ümiddir! Bugünkü problemlərin Allahın yeni dünyasında həmişəlik keçmişdə qalacağına ümid möhkəmləndikcə, həyat, doğrudan da həqiqi mə’na kəsb edir! “Əvvəlki şeylər anılmayacaq və fikrə gəlməyəcək” (İşaya 65:17). Həmin vaxt həyatın əbədi olacağını bilmək necə də təsəllivericidir: “[Allah] ölümü əbədiyyən” yox edəcək (İşaya 25:8).

26 Siz artıq belə yaxın olan bu yeni dünyada — Cənnətdə əbədi yaşamaq istəməzdinizmi? Siz soruşa bilərsiniz: Bəs nə etməliyəm ki, bu dünya sona çatmazdan əvvəl Allahın lütfünü qazanıb, Onun yeni dünyasına sağ keçim? İsa sizin nə etməli olduğunuzu Allaha etdiyi duasında göstərmişdir: “Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar” (Yəhya 17:3).

27 Buna görə də, Müqəddəs Kitabı əldə edin və bu broşürada oxuduqlarınızı yoxlayın. Müqəddəs Kitab həqiqətlərini öyrənən və öyrədən insanları axtarın. Müqəddəs Kitaba zidd öyrədən və davranan ikiüzlü dinlərdən ayrılın. Artıq indidən Allahın iradəsini yerinə yetirən milyonlarla başqa insanlarla birlikdə, Allahın yer üzü cənnətdə insanların əbədi yaşamaları haqqında olan niyyətində necə iştirak edə biləcəyinizi öyrənin. Allahın müqəddəs ruhu vasitəsilə yazılmış Kəlamında yaxın gələcək haqqında yazılanları səmimi qəlbdən qəbul edin: “Dünya və onun ehtirası keçib gedir, amma Allahın iradəsini yerinə yetirən əbədi yaşayır” (1 Yəhya 2:17).

[Oyrənilmə üçün olan suallar]

1, 2. Allahın Padşahlığının hökmranlığı altında həyat necə olacaq?

3-6. Yeni dünyada insanların sülh içində yaşayacaqlarına dair hansı əminliklər var?

7, 8. İnsanlarla heyvanlar arasında necə sülh olacaq?

9-14. Yeni dünyada sağlamlığın necə olacağını təsvir edin.

15-17. Ölənlər üçün hansı ümid var?

18-22. Yer üzündə hansı dəyişikliklər olacaq?

23, 24. Hansı zəmanət var ki, hamı üçün kifayət qədər yaxşı evlər olacaq?

25. Gələcəyə dair hansı e’cazkar ümidimiz var?

26. Allahın yeni dünyasında əbədi yaşamaq üçün nə lazımdır?

27. Allahın niyyətində iştirak etmək üçün siz nə etməlisiniz?

[31-ci səhifədə olan şəkil]

Allahın yer üzü Cənnəti bərpa etmək niyyəti tezliklə həyata keçəcək.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş