Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • rq d. 3 s. 6—7
  • İsa Məsih kimdir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa Məsih kimdir?
  • Allah bizdən nə tələb edir?
  • Oxşar material
  • Allahın müjdəsində İsa peyğəmbərin rolu
    İlahi müjdə
  • Məsih nəyin naminə iztirab çəkib öldü?
    Gözətçi qülləsi (kütləvi) 2016
  • İsa peyğəmbər nəyin naminə ölüb?
    Müqəddəs Kitaba aid suallara cavab
Allah bizdən nə tələb edir?
rq d. 3 s. 6—7

Dərs 3

İsa Məsih kimdir?

İsa nəyə görə Allahın “ilk doğulan” Oğlu adlanır? (1)

O, nəyə görə “Kəlam” adlanır? (1)

İsa nəyə görə yer üzünə insan kimi gəldi? (2-4)

O, nəyə görə mö’cüzələr göstərirdi? (5)

İsa yaxın gələcəkdə nə edəcəkdir? (6)

1. İsa yer üzünə gəlməzdən əvvəl ruhani şəxsiyyət kimi göydə yaşayırdı. O, Allahın xəlq etdiyi ilk varlıqdır, buna görə də Allahın “ilk doğulan” Oğlu adlanır (Koloslulara 1:15; Vəhy 3:14). İsa, həmçinin Allahın şəxsən yaratdığı yeganə Oğludur. İsa yer üzünə insan kimi gəlməzdən əvvəl, Yehova onu yerdə və göydə yaratdığı bütün başqa işlərində “me’mar” kimi istifadə etmişdir (Süleymanın məsəlləri 8:22-31, MKŞ; Koloslulara 1:16, 17). Həmçinin Allah onu Özünün baş nümayəndəsi kimi də istifadə etmişdir. Elə buna görə İsa “Kəlam” adlanır (Yəhya 1:1-3; Vəhy 19:13).

2. Allah öz Oğlunun həyatını Məryəmin bətninə köçürərək, onu yer üzünə göndərdi. Buna görə də İsanın insan atası olmamışdır. Elə bu səbəbdən İsa günahı və qeyri-kamilliyi miras almadı. Allah İsanı yer üzünə göndərdi ki, 1) insanlara Allah haqqında həqiqəti öyrətsin (Yəhya 18:37), 2) kamil nöqsansızlığı qoruyaraq, təqlid etməyimiz üçün nümunə qoysun (1 Peter 2:21), 3) bəşəriyyəti günah və ölümdən azad etmək üçün həyatını qurban versin. Bu nəyə görə lazım idi? (Matta 20:28).

3. Allahın sözündən çıxaraq, ilk insan — Adəm, Müqəddəs Kitabda “günah” adlanan işi icra etdi. Buna görə də Allah Adəmə ölüm hökmü kəsdi (Təkvin ­3:17-19). Allahın normalarına müvafiq olmadığı üçün Adəm kamilliyi itirdi. O, tədricən qocaldı və öldü. O, günahı bütün övladlarına ötürdü. Biz də, məhz buna görə qocalır, xəstələnir və ölürük. Bəşəriyyəti necə xilas etmək olardı? (Romalılara 3:23; 5:12).

4. İsa, Adəm kimi kamil insan idi. Lakin Adəmdən fərqli olaraq, İsa həmişə, hətta ən sərt sınaqlar qarşısında belə Allaha itaətkar qaldı. Buna görə də o öz kamil insan həyatını qurban verərək, Adəmin günahının əvəzini ödəyə bildi. Bu haqda Müqəddəs Kitabda “fidiyə” kimi bəhs olunur. Beləliklə də, Adəmin övladlarının ölüm hökmündən azad olmaq imkanları yarandı. İsaya iman gətirən bütün insanların günahları bağışlanır və onlar əbədi həyatı almaq ümidinə malik olurlar (1 Timoteyə 2:5, 6; Yəhya 3:16; Romalılara 5:18, 19).

5. Yer üzündə yaşayarkən İsa xəstələrə şəfa verir, acları doyurur və fırtınaları yatırırdı. İsa, hətta ölüləri də dirildirdi. O, bu mö’cüzələri nəyə görə göstərirdi? 1) Əziyyət çəkən insanlara yazığı gəlirdi və onlara kömək etmək istəyirdi. 2) Göstərdiyi mö’cüzələr sübut edirdi ki, o, Allahın Oğludur. 3) Bu mö’cüzələr, yer üzərində Padşah kimi idarə edəcəyi zaman, onun itaətkar bəşəriyyət üçün edəcəyi işləri göstərirdi (Matta 14:14; Mark 2:10-12; Yəhya 5:28, 29).

6. İsa öldü, Allah tərəfindən ruhani şəxsiyyət kimi dirildildi və göyə qayıtdı (1 Peter 3:18). Bir qədər sonra isə, Allah onu Padşah vəzifəsinə tə’yin etdi. Tezliklə İsa yer üzündəki bütün pislikləri və iztirabları aradan qaldıracaq (Məzmur 37:9-11; Süleymanın məsəlləri 2:21, 22).

[7-ci səhifədə olan şəkillər]

İsanın xidməti öyrətməkdən, mö’cüzələr göstərməkdən və bizim uğrumuzda canını qurban verməkdən ibarət idi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş