Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • rq d. 10 s. 20—21
  • Allahın nifrət etdiyi əməllər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın nifrət etdiyi əməllər
  • Allah bizdən nə tələb edir?
  • Oxşar material
  • Allahın dostları pis işlərdən çəkinirlər
    Sən Allahın dostu ola bilərsən!
  • Qumar
    «Oyanın!» Qumar
  • Qumar oynamaq günahdır?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Sizə aidiyyəti olan məsələ
    Gözətçi qülləsi 2006
Əlavə
Allah bizdən nə tələb edir?
rq d. 10 s. 20—21

Dərs 10

Allahın nifrət etdiyi əməllər

Allahın gözündə pis sayılan şeylərə necə münasibət bəsləməliyik? (1)

Cinsi mə’nada hansı davranış tərzi düzgün deyil (2)

Məsihçi yalana (3), qumar oyunlarına (3), oğurluğa (3), zorakılığa (4), spiritizmə (5), sərxoşluğa (6) necə yanaşmalıdır?

İnsan pis vərdişlərdən necə azad ola bilər? (7)

1. Allahın xidmətçiləri xeyirxahlığı sevirlər. Lakin onlar pisliyə nifrət etməyi də öyrənməlidirlər (Məzmur 97:10). Bu o deməkdir ki, Allahın nifrət etdiyi işlərdən qaçınmaq lazımdır. Bu işlərdən bə’ziləri hansılardır?

2. Əxlaqsızlıq. Nikaha qədərki cinsi əlaqə, zina, heyvanlarla cinsi əlaqə, yaxın qohumlar arasında cinsi əlaqə və homoseksualizm Allaha qarşı işlədilən ciddi günahdır (Levililər 18:6; Romalılara 1:26, 27; 1 Korinflilərə 6:9, 10). Əgər iki nəfər nikahda olmadıqları halda bir yerdə yaşayırlarsa, yaxşı olardı ki, onlar ya ayrılsınlar, ya da nikaha daxil olsunlar (İbranilərə 13:4).

3. Yalan, qumar oyunları, oğurluq. Yehova Allah heç zaman yalan danışmır (Titusa 1:2). Onun lütfünü qazanmaq istəyən kəslər yalan danışmamalıdır (Süleymanın məsəlləri 6:16-19; Koloslulara 3:9, 10). Qumar oyunlarının bütün növləri acgözlük hissi oyadır. Buna görə də məsihçilər lotereya, at yarışları və qumar oyunlarının bu kimi heç bir növündən istifadə etmirlər (Efeslilərə 5:3-5). Məsihçilər oğurluq da etmirlər. Onlar oğurlanmış şeyləri almır və başqalarına məxsus olan əşyaları da icazəsiz götürmürlər (Çıxış 20:15; Efeslilərə 4:28).

4. Qəzəb tutmaları, zorakılıq. Qarşısı alınmayan qəzəb zorakılığa təşviq edə bilər (Təkvin 4:5-8). Zorakı adam Allahın dostu ola bilməz (Məzmur 11:5; Süleymanın məsəlləri 22:24, 25). Qisas almaq və ehtimal ki, başqalarının bizə etdiyi pisliyin əvəzini pisliklə ödəmək düzgün deyil (Süleymanın məsəlləri 24:29; Romalılara 12:17-21).

5. Cadugərlik və spiritizm. Bə’zi insanlar xəstəliklərdən sağalmaq üçün ruhların qüvvəsindən istifadə edirlər. Digərləri, düşmənləri xəstələnsinlər və hətta ölsünlər deyə onlara cadu edirlər. Bütün bu əməllərin arxasında duran qüvvə Şeytandır. Buna görə də məsihçilər heç bir vəchlə bu işlərdə iştirak etməməlidirlər (Təsniyə 18:9-13). Yehova ilə sıx qarşılıqlı münasibətləri qorumaq, başqalarının bizə qarşı etdiyi cadudan ən yaxşı müdafiə üsuludur (Süleymanın məsəlləri 18:10).

6. Sərxoşluq. Şərab, pivə və ya digər spirtli içkilərdən bir qədər içməkdə pis bir şey yoxdur (Məzmur 104:15; 1 Timoteyə 5:23). Amma çox içmək və sərxoşluq etmək Allahın gözündə düzgün deyil (1 Korinflilərə 5:11-13; 1 Timoteyə 3:8). Spirtli içkilərdən həddindən artıq istifadə etmək sağlamlığa zərər vurar və ailənin dağılmasına səbəb olar. Bundan əlavə, qədərindən artıq spirtli içki içən insan asanlıqla başqa pis əməllərə də uya bilər (Süleymanın məsəlləri 23:20, 21, 29-35).

7. Allahın pis sandığı işlərlə məşğul olan kəslər “Allahın Padşahlığını miras almayacaqlar” (Qalatiyalılara 5:19-21, İ–93). Əgər siz Allahı həqiqətən də sevir və Onu məmnun etmək istəyirsinizsə, bu cür işlərdən yaxa qurtara bilərsiniz (1 Yəhya 5:3). Allahın gözündə pis olan şeylərə nifrət etməyi öyrənin (Romalılara 12:9). Özlərində Allaha məqbul vərdişləri inkişaf etdirən adamlarla ünsiyyətdə olun (Süleymanın məsəlləri 13:20). Sizə yetkin məsihçi dostlar da kömək edə bilərlər (Yaqub 5:14). Ən başlıcası isə, Allaha dua edərək Onun köməyinə arxalanın (Filipililərə 4:6, 7, 13).

[20, 21-ci səhifələrdə olan şəkillər]

Allah sərxoşluğa, oğurluğa, qumar oyunlarına və zorakılığa nifrət edir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş