Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • rq d. 11 s. 22—23
  • Allaha məqbul olmayan iman və adətlər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allaha məqbul olmayan iman və adətlər
  • Allah bizdən nə tələb edir?
  • Oxşar material
  • Haqq yolda yeriyin
    Müqəddəs Kitab təlimləri
  • Nəyə görə siz Pasxa bayramını qeyd etmirsiniz?
    Tez-tez verilən suallar
  • Bayram və adətlər
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Allaha məqbul olmayan bayram və adətlər
    Allahın məhəbbətindən ayrılmayın
Əlavə
Allah bizdən nə tələb edir?
rq d. 11 s. 22—23

Dərs 11

Allaha məqbul olmayan iman və adətlər

Hansı iman və adətlər pisdir? (1)

Məsihçilər Allahın Üç üqnum olduğuna inanmalıdırlarmı? (2)

Nəyə görə Məsihin həqiqi davamçıları Milad bayramını, Pasxanı və ad günlərini qeyd etmirlər? (3, 4)

Ölülər dirilərə zərər yetirə bilərlərmi? (5) İsa xaç üzərindəmi ölmüşdür? (6) Allahı razı salmaq nə dərəcədə vacibdir? (7)

1. İman və adətlərin hamısı pis deyil. Lakin Allah, yalan dinlərdən yaranan və Müqəddəs Kitabın tə’limlərinə zidd gedən iman və adətləri bəyənmir (Matta 15:6).

2. Üç üqnum. Yehova bir Allahda olan üç şəxsiyyət, daha doğrusu, Üç üqnumdurmu? Xeyr! Ata olan Yehova “vahid həqiqi Allah”dır (Yəhya 17:3; Mark 12:29). İsa — Onun tabeliyində olan ilkin Oğuldur (1 Korinflilərə 11:3). Ata Oğuldan böyükdür (Yəhya 14:28, İ–93). Müqəddəs ruh şəxsiyyət deyil, Allahın fəal qüvvəsidir (Təkvin 1:2; Həvarilərin işləri 2:18).

3. Milad və Pasxa bayramı. İsa dekabrın 25-də doğulmamışdır. O, təxminən oktyabrın 1-də, çobanlar sürülərini gecə vaxtı çöldə saxladıqları mövsümdə anadan olmuşdur (Luka 2:8-12). İsa heç zaman tapşırmamışdır ki, məsihçilər onun ad gününü qeyd etsinlər. Əksinə demişdir ki, şagirdləri onun ölüm gününü yad etsinlər (Luka 22:19, 20). Milad bayramı və ona aid olan adətlər öz başlanğıcını qədim yalan dinlərdən götürmüşdür. Eyni fikri, yumurta və dovşandan istifadə etməklə qeyd olunan Pasxa bayramı haqqında da demək olar. İlk məsihçilər Milad və Pasxa bayramını qeyd etmirdilər, bu bayramları İsanın həqiqi davamçıları olan müasir məsihçilər də qeyd etmirlər.

4. Ad günləri. Müqəddəs Kitabda xatırladılan yeganə iki ad gününü, Yehovaya ibadət etməyən insanlar qeyd etmişlər (Təkvin 40:20-22; Mark 6:21, 22, 24-27). İlk məsihçilər ad günlərini qeyd etmirdilər. Bu adət qədim yalan dinlərdən törənmişdir. Məsihin həqiqi davamçıları il boyu bir-birinə hədiyyələr verir və bir-biri ilə ünsiyyətdən sevinc duyurlar.

5. Ölülərdən qorxmaq. Ölülər nə isə etməyə və ya duymağa qadir deyillər. Biz onlara kömək etmək iqtidarında olmadığımız kimi, onlar da bizə zərər vura bilməzlər (Məzmur 146:4; Vaiz 9:5, 10). Can ölür və insan öldükdən sonra yaşamağa davam etmir (Hezekiel 18:4). Lakin elə olur ki, cinlər adlanan pis mələklər özlərini ölən insanların ruhu kimi qələmə verirlər. Ölənlər qarşısında qorxu hissini artıran və onlara ibadət etməyə təşviq edən adətlər pisdir (İşaya 8:19).

6. Xaç. İsa xaç üzərində ölməmişdir. O, dirək, yə’ni sütun üzərində ölmüşdür. Müqəddəs Kitabın bir çox tərcümələrində “xaç” kimi tərcümə olunan yunan sözü sadəcə olaraq dirək mə’nasını daşıyır. “Xaç” rəmzi, qədimdəki yalan dinlərdən əmələ gəlmişdir. İlk məsihçilər ibadətlərində xaçdan nə istifadə edir, nə də ona ibadət edirdilər. Buna görə də düşünün: İbadətdə xaçdan istifadə etmək düzgündürmü? (Təsniyə 7:26; 1 Korinflilərə 10:14).

7. Ehtimal ki, sadalanan iman və adətlərin hansılarındansa azad olmaq çox çətindir. Ola bilsin, doğmalarınız və dostlarınız sizi inandırmağa çalışacaqlar ki, əvvəlki imanınızı dəyişməyəsiniz. Lakin insanları deyil, Allahı razı salmaq olduqca vacibdir (Süleymanın məsəlləri 29:25; Matta 10:36, 37).

[22-ci səhifədə olan şəkil]

Allah Üç üqnum deyil.

[23-cü səhifədə olan şəkillər]

Milad və Pasxa bayramları qədimdəki yalan dinlərdən törənib.

Ölülərə ibadət etməyə və ya onlardan qorxmağa heç bir əsas yoxdur.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş