Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ie s. 19—20
  • Müqəddəs Kitabda ruh haqqında nə deyilir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitabda ruh haqqında nə deyilir?
  • İnsan öləndə nə baş verir?
  • Başlıqlar
  • Oxşar material
  • Ruh həyat qüvvəsidir
  • Ruh ‘onu verən Allaha dönür’
  • İnsan öləndə ruhla nə baş verir?
    İnsan öləndə nə baş verir?
İnsan öləndə nə baş verir?
ie s. 19—20

Müqəddəs Kitabda ruh haqqında nə deyilir?

«Rəbb Allah... [insanın] burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı bir varlıq oldu» (YARADILIŞ 2:7).

1. Müqəddəs Kitabın ruh haqqında öyrətdiyini başa düşmək üçün nəyi nəzərdən keçirməliyik?

ARTIQ bildiyimiz kimi, ruh haqqında çoxlu müxtəlif təsəvvürlər mövcuddur. Etiqadlarının Müqəddəs Kitaba əsaslandığını iddia edən insanlar ruh haqqında və insan öləndə həmin ruhla nə baş verdiyi barədə müxtəlif fikirlər irəli sürürlər. Bəs Müqəddəs Kitab ruh haqqında əslində nəyi öyrədir? Bunu başa düşmək üçün Müqəddəs Kitabda ruh kimi tərcümə olunan ibrani və yunan sözlərinin mənasını nəzərdən keçirmək lazımdır.

Ruh həyat qüvvəsidir

2-4. a) Ruh sözünün ibrani və yunan ekvivalentləri hansılardır? b) Ruh və ya həyat qüvvəsi nədir?

2 «Ruh» sözü ibranicə ruah və yunanca pnevma kimi səslənir. Müqəddəs Kitabda bu sözlər, əsasən nəfəs mənasını verir. Lakin ruh tənəffüs prosesindən daha böyük məna daşıyır. Məsələn, Müqəddəs Kitabda deyilir: ‘Bədən ruh olmadıqda ölüdür’ (Yaqub 2:26). Bir sözlə, ruh bədəni canlandıran qüvvədir.

3 Bu qüvvə sadəcə ağ ciyərlərdə dövr edən nəfəs və ya hava ola bilməz. Nəyə görə? Çünki «Uorld buk» ensiklopediyasına əsasən, tənəffüs dayananda bədənin hüceyrələri qısa müddət, bir neçə dəqiqə hələ ölmür. Bu səbəbdən insanı yenidən həyata qaytarmaq mümkün olur. Ancaq bədən hüceyrələrində həyat qığılcımı söndükdə bu mümkün olmur. Nə qədər çox olursa-olsun, heç bir nəfəs və ya hava hüceyrələrdən birini belə həyata qaytara bilməz. Beləliklə, ruh insanı və bədənin bütün hüceyrələrini canlandıran gözəgörünməz həyat qüvvəsi və ya həyat qığılcımıdır. Həyat qüvvəsini isə aldığımız nəfəs saxlayır (Əyyub 34:14, 15).

4 Bu fikir Müqəddəs Kitabın çox yerində öz təsdiqini tapır. Misal üçün, Məzmur 104:29 ayəsində yazılıb: «Sən onların nəfəsini [«ruhunu», YD] kəsərkən ölüb torpağa qarışırlar». Həmçinin Yaqub 2:26 ayəsində qeyd olunur ki, ‘bədən ruh olmadıqda ölüdür’. Gördüyümüz kimi, ruh bədəni canlandıran qüvvədir. Ruh olmadıqda bədən ölüdür.

5. «Müqəddəs Kitab və din lüğəti» ölməz ruhun olmadığı fikrini necə təsdiqləyir?

5 Bu ayələrdə insan öləndən sonra ruhun yaşadığına heç bir işarə yoxdur. «Müqəddəs Kitab və din lüğəti»ndə yazılanlara əsasən, ölən əzizimizin Allahın yanına qalxdığını və ya onun ölməz ruhunun olduğunu söyləmək Əhdi-Ətiqə ziddir («The Dictionary of Bible and Religion»).

6, 7. Ruh sözünün təkcə insanlarla yox, heyvanlarla da bağlı işləndiyini göstərən nümunələr çəkin.

6 Müqəddəs Kitabda ruh sözü həm insanlarla, həm də heyvanlarla bağlı işlədilir. Müdrik padşah Süleyman insanın da, heyvanın da ‘eyni nəfəsə [«ruha», YD] malik’ olduğunu bildirərək bu sualı vermişdi: «Bunu kim bilir ki, insanların ruhu yuxarı qalxır, heyvanların ruhu aşağı — yerin altına enir?» (Vaiz 3:19—21). Beləliklə, Müqəddəs Kitabda deyilir ki, həm heyvanın, həm də insanın ruhu var.

7 Gəlin Müqəddəs Kitabdakı digər nümunəyə nəzər salaq. Ümumdünya daşqını zamanı insanların və heyvanların məhvi Yaradılış 7:22 ayəsində belə təsvir edilir: «Quruda yaşayan burnunda həyat nəfəsi [yaxud ruh; ibranicə ruah] olan canlı varlıqların hamısı öldü». Buradan belə nəticəyə gəlmək olar ki, ruh bütün canlı varlıqlarda, insanlarda və heyvanlarda fəal olan həyat qüvvəsi, yaxud həyat nəfəsidir və o, nəfəs sayəsində saxlanılır. Bu, necə ola bilər?

8. Ruh hansı mənada elektrik enerjisinə bənzəyir?

8 Ruhu və ya həyat qüvvəsini hər hansı cihazı, yaxud mexanizmi işə salan elektrik enerjisi ilə müqayisə etmək olar. Bu gözəgörünməz enerji işə saldığı avadanlıqdan asılı olaraq, müxtəlif funksiyaları yerinə yetirir. Məsələn, elektrik pilətəsi istilik verir, kompüter informasiya təqdim edir, televizor isə təsvir və səs yaradır. Ancaq elektrik enerjisi işə saldığı avadanlığa xas xüsusiyyətləri mənimsəmir. O, sadəcə qüvvə olaraq qalır. Eynilə, həyat qüvvəsi də canlandırdığı varlıqların xüsusiyyətlərini özündə daşımır. Bu qüvvə nə şəxsiyyətdir, nə də düşünmək qabiliyyətinə malikdir. İnsanlar və heyvanlar ‘eyni nəfəsə [«ruha», YD] malikdirlər’ (Vaiz 3:19). Deməli, insan öləndə onun ruhu başqa aləmə, ruhlar aləminə getmir.

Ruh ‘onu verən Allaha dönür’

9, 10. Hansı mənada ruh ölüm zamanı Allaha dönür?

9 Müqəddəs Kitabda deyilir ki, insan öləndə ‘həyat nəfəsi [ruah] onu verən Allaha dönür’ (Vaiz 12:7). Bu, hansısa şəxssiz qüvvənin fəzanı yararaq Allahın yanına qalxdığınımı bildirir? Əsla! Müqəddəs Kitabda «dönmək» ifadəsi heç də hərfi mənada bir yerdən digərinə köçmək mənasını daşımır. Məsələn, Yehova xəyanətkar israillilərə demişdi: «Mənə tərəf dönün, Mən də sizə tərəf dönərəm» (Malaki 3:7). İsraillilər hansı mənada Allaha tərəf dönməli idilər? Onlar pis yollarından əl çəkib Allahın saleh normalarına riayət etməli idilər. Yehovanın isə İsrail xalqına tərəf dönməsi yenidən onlara lütf göstərəcəyini bildirirdi. Hər iki halda dönmək hərfi mənada bir yerdən digərinə köçməyi yox, əhval-ruhiyyəni göstərir. Ruh da Allaha ‘dönəndə’ heç bir şey yerdən göyə qalxmır. Bədəni tərk edən həyat qüvvəsini insana qaytarmağa yalnız Allah qadirdir. Beləliklə, ‘həyat nəfəsi onu verən Allaha dönür’ ifadəsi göstərir ki, artıq həmin insanın yenidən yaşaması yalnız Allahın əlindədir.

10 Misal üçün Müqəddəs Kitabda İsa Məsihin ölümünə dair deyilənlərə diqqət yetirək. Luka «Müjdə»sində yazır: «İsa uca səslə nida edərək: “Ey Ata! Öz ruhumu Sənin əllərinə verirəm”, — dedi. Və bunu deyib canını tapşırdı» (Luka 23:46). İsanın bədənini tərk edən ruh hərfi mənada Allahın yanına qalxmadı. İsa ölümünün üçüncü günü dirildi. Bütün bu vaxt ərzində isə o, mövcud deyildi; o, Şeolda idi (Vaiz 9:5, 10). Dirildikdən sonra da İsa dərhal göyə qayıtmadı. O, göyə 40 gündən sonra qalxdı (Həvarilərin işləri 1:3, 9). Lakin ölərkən İsa tərəddüd etmədən ruhunu Atasının əlinə verdi. O, əmin idi ki, Yehova yenidən onu həyata qaytara bilər.

11. Müqəddəs Kitabda istifadə olunan «ruh» sözü haqqında nə deyə bilərik?

11 Gördüyümüz kimi, Müqəddəs Kitab ruhun nə olduğunu izah edir. Qısaca desək, ruh həm insanları, həm də heyvanları canlandıran qüvvədir. Bədəndəki həyat qüvvəsi nəfəs və ya hava vasitəsilə saxlanılır. Buna görə də demək olar ki, ölən insanın ruhu yaşamağa davam etmir. Müqəddəs Kitabın ruh haqqında dedikləri məntiqəuyğundur, bir-birinə zidd getmir, eyni zamanda, çaş-baş salan fəlsəfi ideyalardan və mövhumatlardan uzaqdır. Bəs insan öləndə ruhla nə baş verir? Bu suala cavab tapmaq üçün əvvəlcə insanların nəyə görə öldüyünü öyrənməliyik.

[20-ci səhifədəki şəkillər]

Onların hamısının ruhu var

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş