Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be s. 62—s. 65 abz. 4
  • Söhbət etməyi öyrən

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Söhbət etməyi öyrən
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Başlıqlar
  • Oxşar material
  • Evdən başla
  • Tanımadığın adamla söhbət
  • Söhbəti necə davam etdirmək olar?
  • Həmimanlılarla olarkən
  • Xidmətdə püxtələşək. Qeyri-rəsmi şahidlik üçün söhbətə başla
    Müqəddəs ibadətimiz 2014
  • Ünsiyyət bacarığımı necə inkişaf etdirim?
    Gənclərin sualları
  • Söhbəti bitirməlisən?
    İnsanları sev. Şagird hazırla
  • Diqqətcil olmaq
    İnsanları sev. Şagird hazırla
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be s. 62—s. 65 abz. 4

Söhbət etməyi öyrən

BAŞQALARI ilə söhbət etmək sənin üçün asandırmı? Çoxları söhbət etməyi, xüsusilə də tanımadıqları adamlarla söhbət etməyi adicə fikirlərinə gətirəndə belə həyəcanlanırlar. Ola bilsin, bu, insanın təbiətən utancaq olmasından irəli gəlir. Belə insanlar narahat olurlar: «Nə haqda danışım? Söhbətə necə başlayım? Onu necə davam etdirim?» Özünə arxayın, ünsiyyətcil insanlar isə söhbəti ələ ala bilərlər. Onlara başqalarını söhbətə cəlb etmək və onları dinləməyi öyrənmək çətin ola bilər. Beləliklə, bizim hər birimizə — həm utancaq, həm də ünsiyyətcil olana söhbət etməyi öyrənmək lazımdır.

Evdən başla

Nəyə görə söhbət etməyi öyrənməyə öz evindən başlamayasan? Ruhlandırıcı söhbət ailənin xoşbəxtliyinə əhəmiyyətli dərəcədə təsir edə bilər.

Belə söhbətlər bir-birinə qarşı ürəkdən gələn qayğıya əsaslanır (Qanun. t. 6:6, 7; Sül. məs. 4:1-4). Əgər biz kiminsə qeydinə qalırıqsa, onunla danışır və o nəsə demək istəyəndə qulaq asırıq. Digər vacib amil odur ki, danışmağa dəyərli fikirlərimiz olmalıdır. Əgər biz müntəzəm olaraq Müqəddəs Kitabı oxuyur və şəxsi öyrənmə keçiririksə, onda bölüşməyə çoxlu fikirlərimiz olacaq. «Müqəddəs Yazıların gündəlik araşdırılması» broşürasından yeri düşəndə istifadə etməklə söhbətə təkan vermək olar. Gün ərzində xidmətdə xoşagələn hadisələr baş verə bilər. Nə isə maraqlı və ya gülməli bir şey oxuya bilərik. Ailə üzvlərimizlə ruhlandırıcı söhbət zamanı bu şeyləri bölüşməyi vərdiş etməliyik. Bu bizə başqaları ilə də söhbət etməyə kömək edəcək.

Tanımadığın adamla söhbət

Çoxları tanımadıqları adamla söhbətə başlamağa tərəddüd edirlər. Ancaq Allaha və insanlara məhəbbətdən irəli gələrək Yehovanın Şahidləri söhbət etməyi öyrənmək üçün ciddi səy göstərirlər, çünki bu yolla onlar Müqəddəs Kitab həqiqətlərini insanlara çatdıra bilərlər. Bu işdə tərəqqi etməyə sənə nə kömək edə bilər?

Filipililərə 2:4 ayəsində yazılan prinsip çox faydalıdır. Orada biz ‘yalnız öz mənfəətimizi deyil, başqalarının da mənfəətini güdməyə’ təşviq olunuruq. Nəzərə al ki, birinci dəfə gördüyün adam üçün sən yadsan. İnsanın özünü sərbəst hiss etməsi üçün nə edə bilərsən? Səmimi təbəssüm və dostyana salamlaşmaq kömək edə bilər. Ancaq başqa şeyi də nəzərə almaq lazımdır.

Ola bilsin, insan nə haqdasa düşünürdü və sən onu fikrindən ayırmısan. Əgər onun fikirləşdiyi şeyə əhəmiyyət vermədən, özünün maraqlandığın şey haqda danışmağa çalışsan, o səninlə həvəslə söhbət edərmi? Quyunun yanında samariyalı qadınla rastlaşanda İsa necə davrandı? Həmin vaxt qadının fikri su çəkməkdə idi. İsa da onunla məhz bu haqda danışmağa başladı. Çox keçməmiş söhbəti ruhani mövzuya çevirdi və onların arasında canlı müzakirə başladı (Yəh. 4:7-26).

Diqqətlə müşahidə etsən, insanların nə haqda düşündüklərini təxmin edə bilərsən. İnsan şad görünür, yoxsa qəmgin? Bəlkə yaşlıdır, yaxud xəstədir? Uşaqlı ailə olduğu nədənsə hiss olunurmu? İnsan imkanlı görünür, yoxsa başını güclə dolandırır? Üstündəki zinət əşyası, yaxud mənzildə olan hər hansı bəzək əşyası, onun hansısa dinə mənsub olduğunu göstərirmi? Salamlaşarkən bu şeyləri nəzərə alsan, ehtimal ki, o sənə ümumi maraqlarınız olan şəxs kimi yanaşacaq.

Əgər insanı görmür, qapının arxasından yalnız səsini eşidirsənsə, hansı nəticəyə gəlmək olar? Ola bilsin, insan qorxu içində yaşayır. Bu məlumatdan qapı arxasından söhbətə başlamaq üçün istifadə edə bilərsənmi?

Bəzi ərazilərdə kimisə söhbətə cəlb etmək üçün insan özü haqda danışa bilər: kimdir, nəçidir, nə məqsədlə gəlib, Allaha niyə inanır, Müqəddəs Kitabı nəyə görə öyrənməyə başlayıb və bu ona necə kömək edib (Həv. iş. 26:4-23). Əlbəttə, belə vəziyyətlərdə uzaqgörən olmalı və əsas məqsədi yaddan çıxarmamalıyıq. Bu öz növbəsində insanı özü və baxışları haqda danışmağa təşviq edə bilər.

Bəzi mədəniyyətlərdə tanımadıqları adama qonaqpərvərlik göstərmək adətdir. Onlar səni həvəslə içəri dəvət edə bilərlər. Evə keçdikdən sonra nəzakətlə hal-əhval tut və dediklərinə diqqətlə qulaq as. Belə etsən, ehtimal ki, ev sahibi də səni diqqətlə dinləyəcək. Bəzi xalqlarda qonağa daha çox maraq göstərirlər, buna görə də tanışlıq uzun çəkə bilər. Ola bilsin, belə söhbət əsnasında həmsöhbətin aranızda ümumi bir şey olduğunu görər və nəticədə ruhani mövzuda faydalı söhbət alına bilər.

Əgər yaşadığın ərazidə başqa dillərdə danışan çoxlu insan varsa, onda necə? Onlarla necə söhbət etmək olar? Bu dillərdən bəzilərində salamlaşmaq üçün bir neçə kəlmə söz öyrənsən, həmin adamlar onlarla maraqlandığını hiss edəcəklər. Bu, növbəti söhbətə yol aça bilər.

Söhbəti necə davam etdirmək olar?

Söhbəti davam etdirmək üçün həmsöhbətinin fikirləri ilə maraqlan. Əgər istəyirsə, onu öz fikirlərini bölüşməyə təşviq et. Bu işdə sənə yaxşı düşünülmüş suallar kömək edəcək. Ən yaxşısı nöqteyi-nəzərə dair sual verməkdir, çünki bu zaman insanın cavabı «bəli» və ya «xeyr»dən ibarət olmayacaq. Məsələn, yerli ərazidə aktual olan problem haqda danışdıqdan sonra soruşmaq olar: «Siz necə düşünürsünüz, bu problemin yaranmasına səbəb nə olub?» və ya «Siz necə düşünürsünüz, məsələnin həlli nədədir?»

Sual verdikdən sonra cavabı diqqətlə dinlə. İnsanla səmimi maraqlandığını sözlərinlə, başını yırğalamaqla, jestlərlə göstərə bilərsən. Qarşındakının sözünü kəsmə. Bəri başdan hər hansı qənaətə gəlmədən dedikləri üzərində düşün. ‘Eşitməkdə iti, söz söyləməkdə təmkinli ol’ (Yaq. 1:19). Qoy cavabından görünsün ki, deyilənləri doğrudan da dinləmisən.

Ancaq yadda saxla ki, suallarına hamı cavab verməyəcək. Bəzi insanların cavabı sadəcə qaşlarını tərpətməkdən və ya gülümsünməkdən ibarət olacaq. Başqaları isə sadəcə olaraq «bəli» və ya «xeyr» deyəcəklər. Kefini pozma. Səbirli ol. Söhbəti zorla davam etdirməyə çalışma. Əgər insan qulaq asırsa, Müqəddəs Yazılardan olan ruhlandırıcı fikirlərlə bölüşmək üçün fürsətdən istifadə et. Vaxt keçdikcə, bəlkə də sənə dost kimi yanaşacaq və öz fikirlərini daha sərbəst bölüşəcək.

Söhbət edərkən növbəti başçəkmə üçün təməl qoy. Əgər insan çoxlu sual verirsə, hamısına cavab vermə, bir-ikisini gələn söhbətinizə saxla. Araşdırma aparacağını və nəticələrini onunla bölüşəcəyini söylə. Əgər insan heç nə soruşmursa, söhbətin axırında sənin fikrincə onun üçün maraqlı olacaq sual qaldır və növbəti görüşdə müzakirə etməyi təklif et. «Müqəddəs Yazıların əsasında mülahizə» kitabında, «Allah bizdən nə tələb edir?» broşürasında, «Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarının axırıncı saylarında çoxlu maraqlı fikirlər tapmaq olar.

Həmimanlılarla olarkən

Yehovanın Şahidlərindən tanımadığın birini ilk dəfə görəndə tanış olmağa çalışırsanmı? Yoxsa susursan? Bacı-qardaşlara olan məhəbbət bizdə onlarla tanış olmaq istəyi oyatmalıdır (Yəh. 13:35). Bunu necə edə bilərsən? Sadəcə özünü təqdim et və onun adını soruş. Həqiqəti necə öyrəndiyini soruşanda adətən maraqlı söhbət alınır, bu da yaxından tanış olmağa kömək edəcək. Hətta fikirlərini istədiyin kimi ifadə edə bilməsən də, cəhdlərin həmsöhbətinə onunla maraqlandığını göstərəcək, ən vacibi də elə budur.

Bacı-qardaşlarla maraqlı söhbətlər etməyə sənə nə kömək edər? İnsanla və ailəsi ilə səmimi-qəlbdən maraqlan. Yığıncaq görüşü yenicə qurtarıbsa, sənin üçün maraqlı olan fikirlərlə bölüş. Bu həm sənin, həm də həmsöhbətin üçün faydalı olacaq. «Gözətçi Qülləsi» və ya «Oyanın!» jurnallarının axırıncı saylarından maraqlı fikirləri yada salmaq olar. Ancaq bunu öz biliyimizi nümayiş etdirən və ya söhbət etdiyimiz adamın biliyini yoxlayan tərzdə etməməliyik. Sadəcə, xüsusilə xoşuna gələn fikirləri bölüş. Teokratik Xidmət Məktəbində aldığın tapşırığı müzakirə etmək və ona necə hazırlaşmağı birlikdə fikirləşmək olar. Xidmətdə baş vermiş hadisələrdən də danışa bilərsən.

Düzdür, insanlarla maraqlandığımız üçün söhbət tez-tez başqaları haqda düşür, onların etdiklərindən, dediklərindən danışırıq. Hərdən zarafat da edirik. Bəs bu zaman sözlərimiz ruhlandırıcı olacaqmı? Əgər Allahın Kəlamında olan məsləhətlərə ciddi yanaşsaq və Allaha məhəbbətdən irəli gələrək danışsaq, sözlərimiz mütləq ruhlandırıcı olacaq (Sül. məs. 16:27, 28; Efes. 4:25, 29; 5:3, 4; Yaq. 1:26).

Xidmətə getməzdən əvvəl hazırlaşırıq. Nə üçün dostlarla da söhbət edərkən bölüşmək üçün maraqlı fikirlər hazırlamayaq? Maraqlı şey oxuyanda və eşidəndə onlara danışmaq istədiyin məqamları özün üçün qeyd et. Vaxt keçdikcə, səndə bölüşmək üçün çoxlu maraqlı fikirlər olacaq və gündəlik işləri danışmaqla məhdudlaşmayacaqsan. Ən vacibi isə, qoy sənin danışığından Allahın Kəlamını nə qədər çox qiymətləndirdiyin görünsün! (Məz. 139:17).

SÖHBƏTƏ NECƏ BAŞLAMALI?

  • Yerli adət-ənənələri nəzərə al

  • İnsana səmimiyyətlə xoş söz söylə

  • İkinizi də maraqlandıran şey haqda danış

  • Nöqteyi-nəzərini öyrənmək üçün sual ver

VACİB KEYFİYYƏTLƏR

  • Şən əhval-ruhiyyə

  • Mehribanlıq və səmimilik

  • Münasib səmimi maraq

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş