Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 2 s. 86—s. 88 abz. 3
  • Aydın diksiya

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Aydın diksiya
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Qoy diliniz insanlara şəfa versin!
    Gözətçi qülləsi 2015
  • İmanı möhkəmləndirmək üçün yaxşı söz söylə
    Allahın məhəbbətindən ayrılmayın
  • Danışıqda nümunəsiniz?
    Gözətçi qülləsi 2022
  • «İmanı möhkəmləndirmək üçün yaxşı söz» söylə
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 2 s. 86—s. 88 abz. 3

DƏRS 2

Aydın diksiya

Nə etməlisən?

Sözləri elə ifadə et ki, dinləyicilər asanlıqla başa düşsünlər. Bunun üçün 1) nitq orqanlarından düzgün istifadə etmək, 2) sözlərin quruluşunu başa düşmək lazımdır.

Nə üçün vacibdir?

Aydın danışsan, başqaları nə dediyini başa düşəcək. Aydın deyilən sözlərə, çox ehtimal ki, ciddi yanaşılacaq.

FİKİRLƏRİ çatdırmaq üçün aydın danışmaq lazımdır. Ola bilər, maraqlı, hətta vacib şey haqqında danışırsan, lakin sözlərin asanlıqla başa düşülməsə, dinləyicilər çatdırdığın fikirlərin çoxunu nəzərdən qaçıracaqlar.

Başa düşmədikləri sözlər insanları hərəkətə təşviq edə bilməz. Hətta asanlıqla eşidilən və gur səsi olan adam da sözləri bir-birinə qarışdırsa, heç kimi hərəkətə təşviq edə bilməyəcək. O, sanki dinləyicilər üçün anlaşılmaz olan başqa dildə danışacaq (Yer. 5:15). Müqəddəs Kitabda deyilir: «Əgər şeypur qeyri-müəyyən səs çıxararsa, döyüşə kim hazırlaşar? Eləcə də əgər siz dilinizlə anlaşılmayan sözlər söyləsəniz, sizin nə dediyinizi necə bilsinlər? Çünki havaya söyləmiş olarsınız» (1 Kor. 14:8, 9).

Nitqi anlaşılmaz edən nədir? Ola bilər, bunun səbəbi ağızı kifayət qədər açmamaqdır. Çənə əzələləri sıxılanda və dodaqlar az açılanda səs boğuq, nitq isə anlaşılmaz olur.

Həddən artıq sürətlə danışanda da nitqi başa düşmək çətinləşə bilər. Bu, lent yazısını sürətlə oxutmağa bənzəyir. Sözlər eşidilsə də, heç bir faydası yoxdur.

Bəzi hallarda nitqin anlaşılmazlığı danışıq üzvlərindəki qüsurla bağlı ola bilər. Lakin belə problemi olanlar da bu dərsdəki məsləhətlərə əməl etməklə müəyyən qədər uğur qazana bilərlər.

Ancaq çox vaxt nitq sözləri bir-birinə qarışdırmağın — aralarında fasilə etməməyin nəticəsində çətin başa düşülür. Bu zaman hecalar, hərflər və ya şəkilçilər buraxıla bilər. Sözlər bir-birinə qarışanda dinləyicilər fikirlərin və ifadələrin bəzilərini tutsalar da, digərlərini təxmin etməli olacaqlar. Anlaşılmaz tələffüz yaxşı öyrətməyə mane olur.

Aydın diksiya necə mümkündür? Aydın diksiya üçün əsas şərtlərdən biri dildəki sözlərin tərkibini başa düşməkdir. Əksər dillərdə sözlər hecalardan təşkil olunur. Hecalar bir və ya daha artıq hərfdən təşkil olub, tək bir vahid kimi tələffüz olunur. Belə dillərdə, hamısı eyni dərəcədə vurğulu olmasa da, danışanda bütün hecaları tələffüz etmək lazımdır. Əgər diksiyanın aydın olmasını istəyirsənsə, tempi azalt və hər bir hecanı tələffüz etməyə çalış. Əvvəlcə bu, həddindən artıq aydın səslənə bilər, ancaq məşq etdikcə tədricən səlis danışacaqsan. Rəvan danışmaq xatirinə sözsüz ki, müəyyən sözləri fasiləsiz deyəcəksən, ancaq belə etməklə dediklərin anlaşılmaz olacaqsa, bundan qaçınmaq lazımdır.

Nəzərə al: diksiyanı yaxşılaşdırmaq üçün məşq edərkən həddindən artıq aydın danışıb oxuya bilərsən. Ancaq qoy bu, səndə adət halını almasın, çünki süni və qeyri-səmimi alınacaq.

Əgər nitqin aydın deyilsə, başını dik tutmağı və çənəni sinəndən yuxarı qaldırmağı öyrən. Müqəddəs Kitabı oxuyanda kitabı lazımınca yuxarıda tut ki, nəzərini auditoriyadan çəkib Müqəddəs Kitaba baxmaq üçün gözlərini yüngülcə endirmək kifayət etsin. Bunun sayəsində, sözləri maneəsiz söyləyəcəksən.

Həmçinin gərginliyini azaltmağı öyrənsən, nitqin yaxşılaşacaq. Məlumdur ki, üz əzələlərindəki və tənəffüzü tənzimləyən əzələlərdəki gərginlik nitqə pis təsir edə bilər. Belə gərginlik beyin, səs orqanları və tənəffüs arasındakı harmoniyanı pozur. Bu proses təbii və sərbəst olmalıdır.

Beyinin göstərişlərinə dərhal cavab verə bilməsi üçün çənə əzələlərini boş saxlamaq lazımdır. Dodaqlar da sərbəst vəziyyətdə olmalıdır. Onlar ağız və boğaz səslərini ifadə etmək üçün geniş açılmağa və asanlıqla yumulmağa hazır olmalıdır. Çənə və dodaqlar gərgin vəziyyətdə olduqda ağız kifayət qədər açılmır və səs dişlərin arasından çıxır. Nəticədə səs xırıltılı, boğuq və anlaşılmaz alınır. Ancaq çənə və dodaqları boş saxlamaq sözləri süst şəkildə demək deyil. Bu məsələyə tarazlı yanaş ki, diksiyan aydın olsun.

Diksiyanın necə olduğunu bilmək üçün ucadan oxumağın köməyi dəyə bilər. Mükəmməl nitq orqanlarından necə istifadə etdiyinə diqqət yetir. Səslərin maneəsiz çıxması üçün ağzını kifayət qədər açırsanmı? Yadda saxlamaq lazımdır ki, dil ən işlək orqanlardan biri olsa da, yeganə nitq orqanı deyil. Boyun, alt çənə, dodaqlar, üz və boğaz əzələləri də danışan zaman böyük rol oynayır. Danışarkən üzün hərəkətsizmi qalır? Bu belədirsə, çox ehtimal ki, nitqin anlaşılmaz olacaq.

Səsyazan aparatın varsa, adi danışığını yaz. Məsələn, sanki təbliğdə kiminləsə söhbət edirsən. Söhbətinin bir neçə dəqiqəsini yazıb, sonra həmin yazıya qulaq asanda hansısa sözləri aydın tələffüz etmədiyini görə bilərsən. Sözləri qarışdırdığın, anlaşılmaz şəkildə tələffüz etdiyin və axırını yediyin məqamlara fikir ver və bunun səbəbini müəyyən etməyə çalış. Əksər hallarda yuxarıda sadalanan məqamların üzərində işləyərkən, nöqsanları aradan qaldırmaq olur.

Nitqində qüsur varmı? Ağzını həmişəkinə nisbətən bir az çox açmağa və sözləri daha diqqətlə tələffüz etməyə çalış. Qoy nəfəs alanda ağciyərlərin hava ilə dolsun və asta-asta danış. Nitqində qüsuru olanların çoxu belə edərək daha aydın danışmağa müvəffəq olmuşlar. Əgər fısıltılı danışırsansa, [s] və [z] səslərini tələffüz edərkən dilini qabaq dişlərinə toxundurma. Bütün bunlara baxmayaraq, problem aradan qalxmasa, ruhdan düşmə. Unutma ki, Yehova həm İsrail xalqına, həm də Misir padşahına vacib xəbərləri çatdırmaq üçün nitqində qüsur olan adamı, Musanı seçmişdi (Çıx. 4:10-12). Əgər istəsən, O səndən də istifadə edəcək və xidmətinə xeyir-dua verəcək.

NECƏ NAİL OLMAQ OLAR?

  • Ayrı-ayrı sözləri düzgün tələffüz edərək, kifayət qədər ucadan və lazımi templə oxu və de.

  • Mənası itməsin deyə, ifadələri qarışdırma və ya sözləri tez-tələsik söyləmə.

  • Danışarkən başını dik tut və ağzını kifayət qədər aç.

  • Boynunu, çənəni, dodaqlarını, üz və boğaz əzələlərini boş saxlamağı məşq et.

ÇALIŞMA: Adətən danışdığın kimi danış. Ağzını nə qədər açırsan? Ağzını bir az çox açmağa və üz əzələlərini tam işlətməyə ehtiyac varmı? Matta 8:23-27 ayələrini ucadan oxuyarkən bunu məşq et. Başını dik tut və çənə əzələlərini boş saxlamağa çalış.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş