Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 53 s. 268—s. 271 abz. 2
  • Dinləyiciləri ruhlandır və möhkəmləndir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dinləyiciləri ruhlandır və möhkəmləndir
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • «Hər gün bir-birinizi ruhlandırın»
    Gözətçi qülləsi 2016
  • Xalqını möhkəmləndirən Allahı təqlid edin
    Gözətçi qülləsi 2018
  • Yehova sizə güc verəcək
    Gözətçi qülləsi 2021
  • Daima «bir-birinizi möhkəmləndirin»
    Gözətçi qülləsi 2022
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 53 s. 268—s. 271 abz. 2

DƏRS 53

Dinləyiciləri ruhlandır və möhkəmləndir

Nə etməlisən?

Dinləyicilərə ümid ver, onları ürəkləndir, ruhlandır və möhkəmləndir.

Nə üçün vacibdir?

Dünyanın çətinlikləri insanları əzir. Çoxları ruhdan düşür. Natiqin dediyi sözlər və onları necə deməsi dinləyicilərə güclü təsir göstərə bilər.

ALLAHIN xidmətçilərinin üzləşdikləri problemlərdən asılı olmayaraq, məsihçi yığıncağı onları ruhlandırmalıdır. Bu səbəbdən, ağsaqqallar xüsusilə diqqət yetirməlidirlər ki, çıxışları və verdikləri məsləhətlər ruhlandırıcı olsun. Ağsaqqallar «küləyə qarşı bir pənahgah, fırtınaya qarşı sığınacaq, quraqlıqda bulaqlar, cansıxıcı torpaqda kölgə salan böyük qaya kimi» olmalıdırlar (Yeşaya 32:2).

Əgər sən ağsaqqalsansa, söylədiyin məruzələr təravət və təsəlli gətirirmi? Yehovaya sədaqətlə xidmət etmək istəyənlərə qol-qanad verirmi? İnsanların laqeyd münasibətinə və ya təqiblərə baxmayaraq, mətanətlə Allahın iradəsinin yerinə yetirmək üçün onları möhkəmləndirirmi? Bəs əgər dinləyicilərdən kimsə çətin iqtisadi vəziyyət və ya sağalmaz ciddi xəstəlik ucbatından ruhdan düşübsə, onda necə? Sözlərinlə qardaşlarını ürəkləndirə bilərsən (Əyy. 16:5).

Bir natiq kimi, malik olduğun imkandan istifadə edib, qardaşlarına Yehovaya və Onun verdiyi şeylərə ümid və qüvvə mənbəyi kimi baxmağa kömək et (Rom. 15:13; Efes. 6:10).

Yehovanın etdiklərini xatırlat. Qardaşları cəsarətləndirməyin əsas üsullarından biri keçmişdə xalqı dara düşəndə Yehovanın onlara necə kömək etdiyini göstərməkdir (Rom. 15:4).

İsrail xalqı düşmən xalqların məskunlaşdığı Vəd edilmiş diyara daxil olmazdan əvvəl, Yehova Musaya tapşırdı ki, Yeşuaya ‘cəsarət verərək qüvvətləndirsin’. Musa bunu necə etdi? Yeşuanın yanında o, bütün xalqa Misirdən çıxanda Yehovanın onlar üçün etdiyi şeyləri xatırlatdı (Qanun. t. 3:28; 7:18). O, həmçinin Yehovanın köməyilə emorlular üzərində çaldıqları qələbələr haqda danışdı. Sonra Musa Yeşuanı çağırıb dedi: «Cəsarətli və möhkəm ol!» (Qanun. t. 31:1-8). Sən də həmimanlılarını ruhlandırmağa çalışarkən Yehovanın onlar üçün indiyədək etdiyi şeyləri xatırlatmaqla onları möhkəmləndirirsənmi?

Problemlər hərdən insanları taqətdən elə salır ki, onlarda Padşahlığın xeyir-dualarını görəcəklərinə şübhə yaranır. Yehovanın vədlərinin tamamilə etibarlı olduğunu onlara xatırlat (Yeşua 23:14).

Bəzi ölkələrdə xoş xəbərin təbliğinə dövlət tərəfindən qadağa qoyulur. Belə vəziyyətlərdə qayğıkeş ağsaqqallar həmimanlılarına İsa Məsihin həvarilərinin nümunəsindən güc əldə etməyə kömək edə bilərlər (Həv. iş. 4:1–5:42). Şübhəsiz ki, «Ester» kitabında təsvir olunduğu kimi, Yehovanın hadisələrin gedişatına necə istiqamət verdiyini xatırlatmaq qardaşları cəsarətləndirəcək.

Hərdən elə olur ki, kimsə yığıncağa gəlir, lakin ruhani addımlar atmır. Ola bilsin, belələri keçmişdə işlətdikləri günahlara görə Allahın onları heç vaxt bağışlamayacağını düşünürlər. Belə olduqda, Yehovanın Menaşşe padşahla necə davrandığını danışmaq olar (2 Saln. 33:1-16). Yaxud həyat tərzini dəyişib məsihçi olan və Allah tərəfindən saleh elan olunan, qədim Korinf şəhərində yaşayan insanlar haqda danışa bilərsən (1 Kor. 6:9-11).

Bəlkə, kimsə qarşılaşdığı problemlərə Allahın lütfünü itirdiyinin əlaməti kimi baxır? Bu cür düşünən insanlara Əyyubun başına gələnləri və nöqsansızlığını qoruduğu üçün Yehovanın ona bol-bol xeyir-dua verdiyini xatırlatmaq olar (Əyy. 1:1-22; 10:1; 42:12, 13; Məz. 34:19). Əyyubun saxta təsəllivericiləri yanlış olaraq iddia edirdilər ki, bu şeylər günah işlətdiyi üçün onun başına gəlir (Əyy. 4:7, 8; 8:5, 6). Bunun tam əksinə olaraq, şagirdləri möhkəmləndirərkən və onları ‘imana bağlı qalmağa təşviq edərkən’ Pavel və Barnaba demişdi: «Biz Allahın Səltənətinə çox əziyyətlərlə girməliyik» (Həv. iş. 14:21, 22). Sən də bütün məsihçilərdən əziyyətlərə tab gətirməyin tələb olunduğunu və təhəmmül etməyin Allahın gözündə çox dəyərli olduğunu göstərərək, sınaqlara məruz qalanları möhkəmləndirə bilərsən (Sül. məs. 27:11; Mat. 24:13; Rom. 5:3, 4; 2 Tim. 3:12).

Dinləyicilərini şəxsi təcrübələrində Yehovanın Öz vədlərinə sadiq qalmasına necə şahid olduqları haqda düşünməyə təşviq et. Kiçik xatırlatmalar Yehovanın artıq onlarla vəd etdiyi kimi davrandığını görmələrinə kömək edəcək. Məzmur 32:8 ayəsində oxuyuruq: «Sənə təlim verəcəyəm, gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, gözüm sənin üstündə olacaq». Yehovanın onları necə möhkəmləndirdiyini və addımlarına necə istiqamət verdiyini xatırlamağa kömək etsən, Onun şəxsən qayğılarına qaldığını və hazırda qarşılaşdıqları hər bir çətinlikdə yardım əlini uzadacağını başa düşəcəklər (Yeşaya 41:10, 13; 1 Pet. 5:7).

Allahın hazırda gördüyü işlərdən valeh olduğunu göstər. Həmimanlılarını ruhlandırmağa çalışarkən onların diqqətini Yehovanın indi gördüyü işlərə yönəlt. Danışarkən bu işlərin səni valeh etdiyini göstərsən, dinləyicilərin də ürəyində eyni hisslər oyanacaq.

Həyatın çətinliklərinin öhdəsindən gəlməkdə Yehovanın bizə necə kömək etdiyini nəzərdən keçir. O, bizə ən yaxşı həyat yolunu göstərir (Yeşaya 30:21). Cinayətin, ədalətsizliyin, yoxsulluğun, xəstəliklərin və ölümün səbəblərini izah edir, eləcə də bütün bunların kökünü necə kəsəcəyi haqda məlumat verir. O, bizi məhəbbətli bacı-qardaşlarla əhatə edib. Bizə dua etmək kimi qiymətli imkanı bəxş edib. Onun Şahidləri olmaq şərəfinə layiq görüb. Məsihin artıq göydə taxta çıxdığını və bu köhnə sistemin sürətlə sonuna yaxınlaşdığını görə bilməyimiz üçün gözlərimizi açıb (Vəhy 12:1-12).

Yığıncaq görüşləri və konqreslər də Yehovanın xeyir-duasıdır. Bu bəxşişlər haqda səmimi minnətdarlıqla danışsan, başqaları daha qətiyyətli olacaqlar ki, qardaşlarla bir yerə yığışmağa etinasız yanaşmasınlar (İbr. 10:23-25).

Yehovanın xidmətdə göstərdiyimiz səylərə xeyir-dua verdiyi haqda məlumatlar da qüvvə mənbəyidir. Birinci əsrdə Pavel və Barnaba Yerusəlimə gedəndə başqa xalqlardan olan insanların məsihçiliyi qəbul etməsi haqda ətraflı danışmaqla «qardaşlara böyük sevinc gətirdilər» (Həv. iş. 15:3). Sən də ruhlandırıcı hadisələri bölüşməklə həmimanlılarını sevindirə bilərsən.

Əməklərinin fayda gətirdiyini görmək insanları çox sevindirir. Xidmətdə etdikləri şeylərə görə həmimanlılarını təriflə. Qocalıq və xəstəlik ucbatından imkanlarının məhdud olmasına baxmayaraq, sədaqətlə təhəmmül göstərənləri təriflə. Yehovanın adı naminə göstərdikləri məhəbbəti Onun unutmadığını yadlarına sal (İbr. 6:10). Sınaqdan çıxmış iman qiymətli xəzinədir (1 Pet. 1:6, 7). Qardaşların bu xatırlatmalara ehtiyacı var.

Gələcək ümid haqda şövqlə danış. Yehovanı sevən hər kəs üçün əsas ruhlanma mənbəyi Onun gələcəklə bağlı vədləridir. Yəqin ki, səni dinləyənlərdən çoxu bu vədlər haqda dəfələrlə eşidib. Lakin bu şeylər haqda minnətdarlıqla danışmağın, bu vədləri onlar üçün daha real edəcək, onların yerinə yetəcəyinə əminliklərini möhkəmləndirəcək və ürəklərinin minnətdarlıqla dolub-daşmasına kömək edəcək. Teokratik Xidmət Məktəbində öyrəndiklərini tətbiq etməyin sənə bu işdə köməyi dəyəcək.

Öz xalqı üçün əsas ruhlanma və qüvvə mənbəyi Yehovanın Özüdür. Ancaq bu xeyir-duaların çatdırılmasında sən Onunla əməkdaşlıq edə bilərsən. Yığıncaq qarşısında çıxış etmək bunu etmək üçün ən gözəl imkandır.

NECƏ NAİL OLMAQ OLAR?

  • Çıxışı hazırlayarkən dinləyicilərinin rastlaşdığı problemləri yadına sal. Onları necə ruhlandıra və möhkəmləndirə biləcəyin haqda yaxşı düşün.

  • Allahın Kəlamından məharətlə istifadə et. Müqəddəs Kitabda deyilənlərin həyatda qarşılaşdığımız vəziyyətlərlə necə əlaqəli olduğunu göstər.

  • Şövqlə danış.

ÇALIŞMA: Bu həftə ərzində Müqəddəs Kitabı oxuyarkən və ya şəxsi öyrənmə ilə məşğul olarkən oradan başqalarını ruhlandırmaq üçün istifadə edə biləcəyin bir hissəni seç. Bu fikirləri yığıncaqda kiməsə danış.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş