Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wt fəs. 15 s. 136—143
  • Nəsihətə qulaq as, tərbiyəni qəbul et

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nəsihətə qulaq as, tərbiyəni qəbul et
  • Vahid həqiqi Allaha ibadət edin
  • Başlıqlar
  • Oxşar material
  • İbrətamiz nümunələr
  • Nəsihəti qəbul edin
  • Gözəl keyfiyyətlər yetişdirin
  • Yehovanın tərbiyəsini rədd etməyin
  • «Müdriklərin sözlərini dinlə»
    Gözətçi qülləsi 2022
  • Məsləhətiniz könlü xoşhal edir?
    Gözətçi qülləsi 2022
  • Daima düzəlməyə çalışın
    Gözətçi qülləsi 2020
  • Üzərimizdə başçılıq edənlərə nəyə görə hörmət etməliyik?
    Allahın məhəbbətindən ayrılmayın
Əlavə
Vahid həqiqi Allaha ibadət edin
wt fəs. 15 s. 136—143

Fəsil 15

Nəsihətə qulaq as, tərbiyəni qəbul et

1. a) Nə üçün hamımız nəsihət və tərbiyəyə ehtiyac duyuruq? b) Hansı sualın üzərində düşünməliyik?

MÜQƏDDƏS KİTABDA yazılıb ki, «hamımız çox səhv edirik» (Yaqub 3:2). Doğrudan da Allahın Kəlamında deyilənlərə zidd hərəkət etdiyimiz çox hallar olub. Ona görə də Müqəddəs Kitab «nəsihətə qulaq as, tərbiyəni qəbul et, bunun nəticəsində hikmətli olarsan» deyərkən haqlıdır (Süleymanın məsəlləri 19:20). Şübhəsiz, həyatımızı Müqəddəs Kitab təlimlərinə uyğunlaşdırmaq üçün artıq müəyyən dəyişikliklər etmişik. Bəs həmimanlımız konkret bir məsələ ilə bağlı bizə məsləhət verəndə buna necə münasibət göstəririk?

2. Bizə məsləhət veriləndə nə etməliyik?

2 Məsləhət veriləndə bəziləri özlərini təmizə çıxartmağa, məsələnin ciddiliyini azaltmağa və yaxud da günahı başqalarının boynuna yıxmağa çalışırlar. Amma məsləhətə qulaq asıb ona əməl etmək bizim xeyrimizədir (İbranilərə 12:11). Əlbəttə, başqalarından kamillik gözləməməliyik. Hər xırda şey üçün yaxud da Müqəddəs Kitabın ixtiyarımıza buraxdığı məsələlərə görə dəqiqə başı məsləhət vermək də lazım deyil. Bundan əlavə, məsləhət verən adam yəqin bütün faktları nəzərə almayıb, belə olduqda onları həmin adamın diqqətinə hörmətcil formada çatdırmaq olar. Bu fəsildə isə yerində verilmiş və Müqəddəs Kitaba əsaslanmış məsləhətlərdən söhbət gedəcək. Belə məsləhətlərə necə münasibət bəsləməliyik?

İbrətamiz nümunələr

3, 4. a) Müqəddəs Kitabdakı hansı məlumat məsləhət və islaha düzgün yanaşmağımıza kömək edə bilər? b) Şaul padşah məsləhətə necə münasibət göstərdi və bunun nəticəsi nə oldu?

3 Allahın Kəlamında məsləhət almış bir neçə adam haqqında yazılıb. Onlardan bəzilərini hətta islah etmək lazım gəlmişdir. Belə adamlardan biri İsrailin padşahı Şaul olub. Şaul Yehovanın Amaleq xalqı ilə əlaqədar əmrinə əməl etməmişdi. Amaleqlilər Allahın xidmətçilərinə qarşı düşmənçilik etdikləri üçün Yehova bu xalqın özünü və onun mal-qarasını məhv etmək hökmü vermişdi. Şaul isə onların padşahını və ətli-canlı heyvanları qoruyub saxladı (1 Şamuel 15:1-11).

4 Yehova Şamuel peyğəmbəri göndərib Şaulu məzəmmət etdi. Şaul buna necə münasibət göstərdi? O özünə bəraət qazandıraraq dedi ki, amaleqliləri darmadağın edib, təkcə onların padşahını öldürməyib. Məhz elə bu Yehovanın əmrinə zidd idi (1 Şamuel 15:20). Mal-qaranı məhv etməməkdə xalqı günahlandırdı: «Xalqdan qorxub onların sözünə qulaq asdım» (1 Şamuel 15:24). Şaul daha çox öz nüfüzunun qeydinə qalırdı və hətta Şamueldən xalqın qarşısında ona hörmət göstərməsini xahiş etdi (1 Şamuel 15:30). Nəticədə, Yehova bu padşahı rədd etdi (1 Şamuel 16:1).

5. Məsləhəti rədd etdiyi üçün Uzziya padşahla nə baş verdi?

5 Yəhuda padşahı Uzziya «Allahı Rəbbə qarşı xainlik edərək... buxur yandırmaq üçün Rəbbin məbədinə daxil oldu» (2 Salnamələr 26:16). Qanuna görə buxuru yalnız kahinlər yandıra bilərdi. Baş kahin padşahı saxlamaq istəyəndə, padşah bərk qəzəbləndi. Bu hadisənin axırı nə ilə nəticələndi? Müqəddəs Kitabda deyilir: «Alnından cüzama tutuldu... çünki Rəbb ona bəla göndərmişdi. Padşah Uzziya ölüm gününə qədər cüzamlı qaldı» (2 Salnamələr 26:19-21).

6. a) Şaul və Uzziya nə üçün məsləhəti rədd etdilər? b) Məsləhətə qulaq asmamaq nə üçün bu gün də ciddi problem olaraq qalır?

6 Nə üçün Şaula və Uzziyaya məsləhəti qəbul etmək çətin idi? Çünki onlar təkəbbürlü, yəni özləri haqda çox yüksək fikirdə idilər. Bu xüsusiyyətin ucbatından bir çox adam öz başına bəla açır. Belələri düşünür ki, məsləhəti qəbul etməklə acizlik göstərəcək və nüfuzlarına xələl gətirəcəklər. Əslində isə təkəbbür zəiflikdir. Bu xüsusiyyət insanın düşüncəsini elə korlayır ki, o artıq Yehovanın Öz Kəlamı və təşkilatı vasitəsilə verdiyi köməyi qəbul etməkdə çətinlik çəkir. Buna görə də Yehova xəbərdarlıq edir: «Əcəldən əvvəl təkəbbür gələr, fəlakətdən əvvəl lovğalıq ruhu gələr» (Süleymanın məsəlləri 16:18; Romalılara 12:3).

Nəsihəti qəbul edin

7. Musanın məsləhətə hay verməsindən biz hansı ibrəti ala bilərik?

7 Müqəddəs Yazılarda məsləhətə əməl etmiş insanların da nümunələri var. Bu təqdirəlayiq nümunələr bizə çox şey öyrədə bilər. Gəlin Musanın nümunəsinə baxaq. Qayınatası Musaya ağır, məsuliyyətli vəzifəsinin öhdəsindən gəlmək üçün məsləhət vermişdi. Musa onu dinləyib məsləhətə dərhal əməl etdi (Çıxış 18:13-24). Böyük səlahiyyət sahibi olmasına baxmayaraq, məsləhətə hay verməkdə Musaya nə kömək etdi? Onun təvazökarlığı. «Musa yer üzündə yaşayan bütün adamlardan daha həlim bir insan idi» (Saylar 12:3). Həlimlik nə dərəcədə vacibdir? Sefanya 2:3 ayəsindən göründüyü kimi, bizim həyatımız bundan asılıdır.

8. a) Davud hansı günahları işlətmişdi? b) Davud Natanın məzəmmətinə necə münasibət göstərdi? c) Davudun günahları nəyə gətirib çıxardı?

8 Davud padşah Bat-Şeva adlı qadınla zina etmiş və sonra günahını ört-basdır etmək üçün onun əri Uriyanı öldürtmüşdü. Yehova Natan peyğəmbəri Davudun yanına göndərib onu məzəmmət etdi. Davud ürəkdən tövbə etdi və Yehovaya qarşı günah işlətdiyini boynuna aldı (2 Şamuel 12:13). Səmimi qəlbdən tövbə etdiyi üçün Allah Davudu bağışladı, amma onu xəbərdar etdi ki, günahının ağır nəticələri olacaq. Allah dedi ki, ‘qılınc onun evindən ayrılmayacaq’, ‘arvadları yaxınına veriləcək’ və zinadan doğulan «uşaq öləcək» (2 Şamuel 12:10, 11, 14).

9. Məsləhət alanda və yaxud islah olunanda nəyi unutmamalıyıq?

9 Davud padşah ağıllı məsləhətin xeyrini yaxşı bilirdi. Bir dəfə o məsləhət verən adama görə Allaha minnətdarlığını bildirmişdi (1 Şamuel 25:32-35). Biz də məsləhətə bu cür rəğbət bəsləyirikmi? Belə olduqda sonradan peşmançılığa səbəb olacaq bir çox söz və ya hərəkətlərdən özümüzü qoruyacağıq. Bəs vəziyyət məsləhətdən əlavə, islah olunmağımızı da tələb edirsə, onda necə? Gəlin yaddan çıxarmayaq ki, bu, Yehovanın məhəbbətinin təzahürüdür və bizim əbədi xeyrimiz üçündür (Süleymanın məsəlləri 3:11, 12; 4:13).

Gözəl keyfiyyətlər yetişdirin

10. İsa Padşahlığa girmək istəyənlər üçün hansı keyfiyyətin zəruriliyini vurğuladı?

10 Yehova və həmimanlılarımızla yaxşı münasibətdə olmaq üçün müəyyən keyfiyyətlər yetişdirməliyik. İsa bir uşağı şagirdlərinin arasına çəkərək demişdi: «Əgər siz dönüb körpə uşaqlar kimi olmasanız, Səmavi Səltənətə əsla girə bilməzsiniz. Beləliklə, bu uşaq qədər öz-özünü alçaldan, Səmavi Səltənətin ən böyüyüdür» (Matta 18:3, 4). İsanın şagirdlərində təvazökarlıq çatışmırdı, belə ki, onlar öz aralarında kimin ən böyük olması haqda mübahisə edirdilər (Luka 22:24-27).

11. a) Kimin qarşısında təvazökar olmalıyıq və nəyə görə? b) Təvazökar insan məsləhətə necə hay verir?

11 Həvari Peter yazırdı: «Hamınız bir-birinizə tabe olaraq təvazökarlıq paltarı geyinin. Çünki Allah məğrurlara qarşı durur, təvazökarlara isə lütf verir» (1 Peter 5:5). Bu ayədən görünür ki, yalnız Allah qarşısında təvazökar olmaqla iş bitmir, biz gərək həmimanlılarımız qarşısında da təvazökar olaq. Belə halda, bacı-qardaşlarımız bizə ağıllı məsləhət verəndə biz inciməyəcək, əksinə onlardan nümunə götürəcəyik (Süleymanın məsəlləri 12:15).

12. a) Hansı keyfiyyət təvazökarlıqla sıx bağlıdır? b) Davranışımızın başqalarına necə təsir göstərməsi bizi nə üçün narahat etməlidir?

12 Təvazökarlıq qayğıkeşliklə sıx bağlıdır. Həvari Pavel yazmışdı: «Hər kəs özünün mənfəətini deyil, başqasınınkını axtarsın... Beləliklə, yeyirsinizsə, içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin. Nə yəhudilərin, nə yunanların, nə də ki, Allahın cəmiyyətinin büdrəməsinə səbəb olun» (1 Korinflilərə 10:24-33). Pavel bizi bütün istəklərimizdən imtina etməyə çağırmırdı. O bizi kiminsə vicdanının yol vermədiyi addımı atmağa təhrik edəcək hərəkətdən çəkindirirdi.

13. Müqəddəs Yazıların məsləhətlərinə əməl edib-etməməyimiz hansı nümunədən görünür?

13 Özündən qabaq başqalarını düşünürsənmi? Hər birimiz bunu öyrənməliyik. Bunu müxtəlif yollarla etmək olar. Misal üçün xarici görkəmi götürək. Müqəddəs Yazılarda deyilir ki, məsihçinin görkəmi ədəbli, təmiz və səliqəli olmalıdır. Qalan şeylər isə zövqdən asılıdır. Tutaq ki, sənin xarici görkəmin yaşadığın ərazidə qəbul edilmiş normalarla uyuşmur və adamların Padşahlıq xəbərini dinləməsinə mane olur. Bu halda, görkəminə dəyişiklik edəcəksən? Əlbəttə, kiməsə əbədi həyata nail olmağa kömək etmək şəxsi istəklərimizdən qat-qat üstündür.

14. Təvazökarlıq və qayğıkeşlik nə üçün vacibdir?

14 Şagirdlərinin ayağını yumaqla İsa təvazökarlıq və qayğıkeşlik nümunəsi qoydu (Yəhya 13:12-15). Allahın Kəlamında İsa haqqında deyilir: «Məsih İsada olan fikir sizin aranızda da olsun. Allah surətində olduğu halda... Özünü heç edərək Özünü qul surətinə salıb, insanlara oxşar oldu. Görkəm etibarilə də insan kimi, O Öz təvazökarlığını göstərdi və ölümədək... itaətkarlıq etdi» (Filipililərə 2:5-8; Romalılara 15:2, 3).

Yehovanın tərbiyəsini rədd etməyin

15. a) Allahın bəyəndiyi insan olmaq üçün həyatımızda hansı dəyişiklikləri etməliyik? b) Yehova nəyin vasitəsilə bizə nəsihət və tərbiyə verir?

15 Günahlı olduğumuzdan Allahımızın keyfiyyətlərini həyatımızda əks etdirmək üçün bizə baxışlarımızı və davranışımızı dəyişmək lazım gəlir. Biz «yeni mənliyi» geyməliyik (Koloslulara 3:5-14). Nəsihət və tərbiyə bizə hansı sahələrdə yaxşılaşmağın lazım olduğunu müəyyən etməyə və bunu necə etməyi başa düşməyə kömək edir. Əsas təlim mənbəyimiz Müqəddəs Kitabdır (2 Timoteyə 3:16, 17). Yehovanın təşkilatının hazırladığı Müqəddəs Kitaba əsaslanan nəşrlər və yığıncaq görüşləri Allahın Kəlamındakı məsləhətlərə əməl etməkdə bizə kömək edir. Verilən məsləhət bizə artıq tanış olsa belə, onun bizim üçün faydalı olduğu ilə razılaşıb ona əməl edəcəyik?

16. Yehova şəxsən hər birimizə hansı köməyi göstərir?

16 Yehova məhəbbətlə qayğımıza qalır və çətinliklərin öhdəsindən gəlməyimizə kömək edir. Milyonlarla adam Müqəddəs Kitabı öyrənməklə artıq belə kömək almışdır. Valideynlər uşaqlarına nəsihət və tərbiyə verməklə onları bir çox bəladan qoruyurlar (Süleymanın məsəlləri 6:20-23). Yığınacaqda bacı və qardaşlar təbliğdə püxtələşmək üçün daha təcrübəli təbliğçilərdən məsləhət istəyirlər. Ağsaqqallar da bir-birindən və ya təcrübəli təbliğçilərdən məsləhət alırlar. Ruhani cəhətdən qabiliyyətli qardaşlar ehtiyacı olanlara həlimliklə ruhani yardım göstərirlər. Əgər sən də kiməsə məsləhət verirsənsə, «yoldan çıxarılmamaq üçün özünə fikir ver» (Qalatiyalılara 6:1, 2). Bəli, tək həqiqi Allaha birlikdə ibadət etmək üçün hamımız nəsihət və tərbiyəyə ehtiyac duyuruq.

Təkrar üçün suallar

• Yehova bizim hansı dəyişikliklərə ehtiyac duyduğumuzu görməyimizə məhəbbətlə necə kömək edir?

• Nəyə görə bir çoxları məsləhət qəbul etməkdə çətinlik çəkir və bu nə dərəcədə ciddi problemdir?

• Məsləhəti qəbul etməyə hansı keyfiyyətlər kömək edə bilər və İsa bununla bağlı bizə hansı nümunəni qoyub?

[142-ci səhifədəki şəkillər]

Uzziya məsləhəti rədd etdi və cüzama tutuldu

Musa Yetronun məsləhətinə əməl edib xeyir tapdı

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş