Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wt fəs. 21 s. 184—191
  • Yehovanın niyyəti ecazkar tərzdə həyata keçir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın niyyəti ecazkar tərzdə həyata keçir
  • Vahid həqiqi Allaha ibadət edin
  • Başlıqlar
  • Oxşar material
  • İsrail Allahın iltifatını itirir
  • ‘Göydəki şeylərin’ toplanması
  • ‘Yerdəki şeylərin’ toplanması
  • Qarşıda ecazkar azadlıq gözlənilir
  • Allahın niyyətini yerinə yetirmək üçün ‘işlərin idarəsi’
    Gözətçi qülləsi 2006
  • Allahın Padşahlığı nələr edəcəkdir?
    Gözətçi qülləsi 2001
  • ‘Heç vaxt dağılmayacaq’ Padşahlıq
    Vahid həqiqi Allaha ibadət edin
  • Bəşəriyyətin problemləri tezliklə həll olunacaqdır!
    Gözətçi qülləsi 2002
Əlavə
Vahid həqiqi Allaha ibadət edin
wt fəs. 21 s. 184—191

Fəsil 21

Yehovanın niyyəti ecazkar tərzdə həyata keçir

1, 2. a) Yehovanın şüurlu məxluqlarla bağlı niyyəti nədən ibarətdir? b) Allahın Ona birlikdə ibadət edən ailəsinə kimlər daxil idi?

YEHOVANIN məhəbbətdən doğan niyyəti ondan ibarətdir ki, bütün şüurlu məxluqlar vahid həqiqi Allaha ibadətdə birləşib Allahın övladlarının izzətli azadlığına qovuşsunlar. Salehliyi sevənlər də bunu ürəkdən arzulayırlar.

2 Yehova yaradılış fəaliyyətinin ilk anından bu möhtəşəm niyyətini həyata keçirməyə başladı. Onun ilk yaratdığı varlıq Oğul idi. Oğul ölülərdən diriləndən sonra «Allahın izzətinin nuru və mahiyyətinin tam surəti» oldu (İbranilərə 1:1-3). Bu Oğul yeganə şəxsiyyətdir ki, Allah onu biləvasitə Özü yaratmışdır. Qalan hər şey isə — əvvəlcə göydəki mələklər, sonra yerdəki insanlar bu Oğul vasitəsilə yaradılmışdır (Əyyub 38:7; Luka 3:38). Onlar bir ailəni təşkil edirdilər. Yehova onların hamısı üçün Allah, Kainatın Hökmdarı və sevən Ata idi.

3. a) Hamımız ilk valideynlərimizdən nəyi miras almışıq? b) Yehova Adəmin nəsli üçün nə etdi?

3 İlk valideynlərimiz qəsdən günah işlətdikləri üçün ölümə məhkum edildilər. Allah onları rədd edib Edendən qovdu. Onlar artıq Allahın ailəsinin üzvü deyildilər (Yaradılış 3:22-24; Qanunun təkrarı 32:4, 5). Biz hamımız onların nəsliyik, ona görə də günaha meylli doğuluruq. Lakin Yehova bilirdi ki, Adəmlə Həvvanın nəslindən bəziləri salehliyi sevəcəklər. Bu səbəbdən onların «Allahın övladlarının izzətli azadlığına» qovuşmaları üçün məhəbbətlə tədbir gördü (Romalılara 8:20, 21).

İsrail Allahın iltifatını itirir

4. Yehova qədim İsrail xalqına hansı üstünlüyü vermişdi?

4 Adəmin yaradılmasından təxminən 2 500 il sonra Yehova müəyyən adamlara Özü ilə xüsusi münasibət qurmağa imkan yaratdı. O qədim İsraili seçib Özünə xalq etdi və onlara Qanununu verdi (Yaradılış 12:1, 2). Allah israilliləri bir millət kimi formalaşdırıb Öz niyyətində onlara xüsusi yer ayırdı (Qanunun təkrarı 14:1, 2; Yeşaya 43:1). Ancaq israillilər günahın və ölümün köləsi olaraq qalırdılar, onların lap əvvəldə Adəmlə Həvvaya verilmiş izzətli azadlığı yox idi.

5. İsraillilər Allah ilə xüsusi münasibətlərini necə itirdilər?

5 Bununla belə Allah israillilərə iltifat göstərmişdi. Onlar isə Allaha bir Ata kimi ehtiram göstərməli və Onun iradəsinə uyğun davranmalı idilər. İsa da bunun vacibliyini vurğulamışdı (Matta 5:43-48). Lakin İsrail xalqı bu iltifatı doğrultmadı. Hərçənd yəhudilər «bizim bir Atamız var, O da Allahdır» deyə iddia etsələr də, İsa bu iddiaların yalan olduğunu onların əməllərindən və əhval-ruhiyyəsindən göründüyünü söyləmişdi (Yəhya 8:41, 44, 47). Allah eramızın 33-cü ilində Qanunu ləğv etdi və İsrail ilə Özü arasındakı xüsusi münasibətə son qoydu. Bəs belə olduqda insanlar nə vaxtsa Allahın iltifatına layiq görüləcəkdilərmi?

‘Göydəki şeylərin’ toplanması

6. Həvari Pavelin Efeslilərə 1:9, 10 ayələrində xatırlatdığı «işlərin idarəsi» hansı məqsəd üçündür?

6 Həvari Pavel göstərmişdi ki, bəzi adamlar Allah ilə xüsusi münasibət qura biləcəklər. Yehova imanlıların Onun ev sakinləri sırasına daxil ola bilməsi üçün tədbir gördü. Pavel bu barədə belə yazmışdı: «Allah... Öz iltifatına görə, Öz iradəsinin sirrini bizə bildirdi. Vaxt tamam olduqda [“işlərin idarəsi vasitəsilə”, YD] icra ediləcək bu niyyət, həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihin başçılığı altında birləşdirməkdir» (Efeslilərə 1:9, 10). Bu ‘işlərin idarəsində’ başlıca rolu İsa Məsih icra edir. Onun vasitəsilə insanlar Allahın iltifatını qazana bilərlər. Sayca məhdud insan göydə yaşamağa ümid bəsləyir. Sayı qat-qat çox insan isə yer üzündə əbədi yaşayacaq.

7. ‘Göydəki şeylər’ kimlərdən ibarətdir?

7 Eramızın 33-cü ilinin Pentikost günündən başlayaraq diqqət ilk növbədə ‘göydəki şeylərə’, yəni Səmavi Padşahlıqda Məsihlə hakimiyyət şəriki olacaq adamlara yönəldildi. İsanın qurbanlığının fidiyə dəyərinə iman gətirdikləri üçün Allah onları saleh bəyan edir (Romalılara 5:1, 2). Sayı 144 000 olacaq ‘göydəkilərə’ sonradan həm yəhudilər, həm də qeyri-yəhudilər daxil edildilər (Qalatiyalılara 3:26-29; Vəhy 14:1). Onların kiçik bir qalığı hələ yerdə yaşayır.

‘Yerdəki şeylərin’ toplanması

8. ‘Yerdəki şeylərə’ kimlər aiddir və onlar Yehova ilə necə münasibətdədirlər?

8 «İşlərin idarəsi» həmçinin ‘yerdəki şeylərin’ toplanmasına da sirayət edir. İndi yer üzündə əbədi yaşamağa ümid edən milyonlarla insan toplanır. Padşahlığın varislərinin qalığı ilə birlikdə onlar Yehovanın adını və Ona ibadəti uca tuturlar (Yeşaya 2:2, 3; Sefanya 3:9). Onlar da Yehovaya «Ata» deyə müraciət edirlər, çünki O həyat mənbəyidir. İsanın tökülmüş qanına inandıqları üçün onlar Allahın iltifatını qazanırlar (Vəhy 7:9, 14). Lakin hələ qeyri-kamil olduqlarından onlar yalnız gələcəkdə sözün əsl mənasında Allahın övladları olacaqlar.

9. Romalılara 8:21 ayəsində bəşəriyyətə nə vəd edilir?

9 Yerdə yaşamağa ümid bəsləyənlər bəşəriyyətin ‘çürüklüyə olan köləlikdən azad olunacağı’ vaxtı səbirsizliklə gözləyirlər (Romalılara 8:21). Bu azadlıq Məsih göydəki ordusu ilə Har-Megidonda böyük məşəqqəti sona çatdıranda başlayacaq. Şeytanın pis sistemi tamamilə yox ediləcək, onu bolluca nemətlər gətirəcək Padşah Məsihin Minillik hakimiyyəti əvəz edəcək (Vəhy 19:17-21; 20:6).

10. Yehovanın xidmətçiləri hansı həmd nəğməsini oxuyacaqlar?

10 Yehovanın yer üzündəki xidmətçiləri səslərini Onun göydəki xidmətçilərinin səsinə qoşanda necə də möhtəşəm şənlik olacaq! Göydəki xidmətçilər fərəhlə oxuyurlar: «Ey Küll-İxtiyar Rəbb Allah! Sənin əməllərin böyük və xariquladədir. Ey millətlərin Hökmdarı! Sənin yolların doğru və həqiqidir. Ya Rəbb! Kim Səndən qorxmayacaq və Sənin adını izzətləndirməyəcəkdir? Çünki yalnız Sən müqəddəssən. Bütün xalqlar gələcək və Sənin önündə səcdə edəcəklər; çünki Sənin adil işlərin izhar olundu» (Vəhy 15:3, 4). Bəli, Yehovanın bütün xidmətçiləri vahid həqiqi Allaha ibadətdə birləşəcəklər. Hətta ölülər də dirildilib Yehovanı həmd edənlərə qoşulacaqlar (Həvarilərin işləri 24:15).

Qarşıda ecazkar azadlıq gözlənilir

11. Böyük məşəqqətdə sağ qalanlara hansı ecazkar azadlıq nəsib olacaq?

11 Son həddi Har-Megidonla başa çatacaq böyük məşəqqət Yer kürəsini pislikdən təmizlədikdən sonra Şeytan İblis heç vaxt «bu əsrin tanrısı» olmayacaq. Yehovaya ibadət edənlərə bir daha Şeytanın pis təsirinə qarşı durmaq lazım gəlməyəcək (2 Korinflilərə 4:4; Vəhy 20:1, 2). Yalan din artıq Yehova haqqında həqiqəti təhrif etməyəcək və insan cəmiyyətinə parçalayıcı təsir göstərməyəcək. Həqiqi Allahın xidmətçiləri haqsızlığa və hakimiyyət orqanları tərəfindən təqiblərə məruz qalmayacaqlar. Gör necə də ecazkar bir azadlıq olacaq!

12. Hər kəs günah və onun nəticələrindən necə qurtulacaq?

12 «Dünyanın günahını aradan qaldıran Allah Quzusu» İsa bəşəriyyətin günahını silmək üçün özünün fidiyə qurbanlığının dəyərini tətbiq edəcək (Yəhya 1:29). İsa yerdə olanda kiminsə günahını bağışlayarkən sübut üçün həmin insanı sağaldırdı (Matta 9:1-7; 15:30, 31). Məsih İsa səmavi Padşahlığın Padşahı kimi korları, karları, şikəstləri, ruhi xəstələri və başqa növ xəstəliklərdən əzab cəkənləri məhz bu cür, möcüzə ilə sağaldacaq (Vəhy 21:3, 4). Bütün itaətkar insanlar ‘günahın qanununun’ təsirindən azad olunacaqlar. O zaman onların fikirləri və əməlləri həm özlərinə, həm də Allaha xoş olacaq (Romalılara 7:21-23). Minilliyin sonunda bu adamlar kamilliyə yetişərək vahid həqiqi Allahın surətində və bənzərində olacaqlar (Yaradılış 1:26).

13. Məsih Minillik hakimiyyətin sonunda nə edəcək və bunun nəticəsi nə olacaq?

13 Məsih bəşəriyyəti kamilliyə çatdırandan sonra bu işi yerinə yetirmək üçün aldığı hakimiyyəti Atasına qaytaracaq: «O hər rəyasət, hər hakimiyyət və qüdrəti ləğv edib, səltənəti Ata Allaha təslim etdiyi zaman, son gəlmiş olacaqdır. Çünki Allah Onun bütün düşmənlərini ayaqlarının altına salıncaya kimi O, səltənət sürməlidir» (1 Korinflilərə 15:24, 25). Padşahlıq minillik hakimiyyəti ərzində qarşısına qoyulmuş tapşırığı tam yerinə yetirəcək. Artıq Yehova ilə insanlar arasında duran bu yardımçı hakimiyyətə ehtiyac qalmayacaq. Günah və ölüm yox edilib bəşəriyyət azad olduğu üçün, İsanın Xilaskar rolu başa çatacaq. Müqəddəs Kitabda deyilir: «Oğulun Özü də, Ona hər şeyi tabe Etdirənə tabe olacaq ki, Allah hər şeydə hər şey olsun» (1 Korinflilərə 15:28).

14. Kamilliyə yetmiş bütün insanlarla nə olacaq və nə üçün?

14 Bundan sonra kamilliyə yetmiş insanlara Allaha əbədiyyən xidmət etmək istədiklərini sübut etmək üçün imkan veriləcək. Elə buna görə də Yehova kamilliyə yetmiş bütün insanları Öz övladları kimi qəbul etməzdən qabaq onları axırıncı dəfə sınaqdan keçirəcək. Şeytan və onun cinləri dibsiz dərinlikdən buraxılacaq. Yehovanı ürəkdən sevənlər üçün bunun heç bir təhlükəsi olmayacaq. Allaha itaətsizlik göstərərək xəyanətkar çıxanlar, ilk üsyankar və onun cinləri ilə birlikdə həmişəlik məhv ediləcəklər (Vəhy 20:7-10).

15. Yehovanın yaratdığı bütün şüurlu məxluqlar yenidən nəyə sevinəcəklər?

15 Yehova axırıncı sınaq zamanı Onun hakimiyyətini dəstəkləyən bütün kamil insanları Öz övladları kimi qəbul edəcək. Həmin vaxtdan etibarən onlar Allahın ailəsinin bir hissəsi olmaqla Allahın övladlarının izzətli azadlığını tam dadacaqlar. Göydəki və yerdəki bütün şüurlu məxluqlar yenə də vahid həqiqi Allaha ibadətdə birləşəcəklər. Yehovanın niyyəti ecazkar tərzdə həyata keçəcək! Əbədiyyət boyu ömür sürəcək bu vahid, xoşbəxt ailənin üzvü olmaq istəyirsənmi? Elə isə, biz səni Müqəddəs Kitabın «dünya və onun ehtirası keçib gedir, amma Allahın iradəsini yerinə yetirən əbədi yaşayır» sözlərini ürəkdən mənimsəməyə dəvət edirik (1 Yəhya 2:17).

Təkrar üçün suallar

• Edendəki üsyandan əvvəl Yehova ilə Ona ibadət edənlər arasında necə münasibət var idi?

• Allaha xidmət edənlərdən nə tələb olunur?

• Gələcəkdə kimlər Yehovanın övladı olacaq və bu, Allahın ibadətdə birlik niyyəti ilə necə bağlıdır?

[190-cı səhifədəki şəkil]

İtaətkar insanlar Cənnətə çevrilmiş yer üzündə yaşayacaqlar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş