Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • kp s. 6—8
  • Bütün bunlar nə deməkdir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bütün bunlar nə deməkdir?
  • Oyaq durun!
  • Oxşar material
  • «Axır günlərdə»mi yaşayırıq?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Allahın niyyəti tezliklə yerinə yetəcək
    Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
  • Dünyanın sonu nə zaman gələcək?
    Gözətçi qülləsi (kütləvi) 2021
  • Axırzamanda yaşayırıq?
    Müqəddəs Kitaba aid suallara cavab
Əlavə
Oyaq durun!
kp s. 6—8

Bütün bunlar nə deməkdir?

İSA MƏSİH demişdir ki, “dövrün [“sistemin”, YD] sonu” müharibələr, qida çatışmazlığı, epidemiyalar və zəlzələlərlə əlamətdar olacaqdır (Matta 24:1-8; Luka 21:10, 11).

1914-cü ildən e’tibarən xalqlar və ya etnik qruplar arasında aparılan müharibələrdə insanlar həlak olur. Çox vaxt bu cür müharibələr siyasətə qarışan din rəhbərləri tərəfindən qızışdırılır. Üstəlik, insanların ölümünə son vaxtlar geniş yayılmış terrorizm də səbəb olur.

Elmi nailiyyətlərin əldə edilməsinə baxmayaraq, bütün dünyada yüz milyonlarla insanlar qida çatışmazlığından əziyyət çəkir. Hər il milyonlarla insanlar acından ölür.

İsanın təsvir etdiyi əlamətə hər yerdə geniş yayılmış epidemiyalar da daxildir. Birinci Dünya müharibəsindən sonra başlanan qrip epidemiyası 21 000 000-dan çox insanın ölümünə bais olmuşdur. Keçmiş əsrlərdə yoluxucu xəstəliklər nisbətən az ərazilərə yayılsa da, bu epidemiya bütün xalqları əhatə etmiş, hətta uzaq adaları belə yan keçməmişdir. Hal-hazırda bütün dünyada QİÇS xəstəliyi yayılıb, inkişaf edən ölkələrdə isə insanlar vərəm, Şaqas xəstəliyi və malyariya kimi xəstəliklərdən əziyyət çəkməyə davam edirlər.

Verilən mə’lumatlara görə hər il müxtəlif gücə malik olan on minlərlə zəlzələlər baş verir. Müasir avadanlıqların olmasına və proqnozlaşdırma üsullarının təkmilləşdirilməsinə baxmayaraq, çox vaxt xəbərlərdə zəlzələnin hansısa böyük yaşayış məntəqəsinə güclü zərər vurduğu haqda xəbər verilir.

Bundan əlavə, Müqəddəs Kitabda qabaqcadan xəbər verilmişdir: “Bunu bil ki, axır günlərdə çətin anlar gələcəkdir. Çünki insanlar xudbin, pulpərəst, lovğa, təkəbbürlü, küfr danışan, valideynlərinə itaət etməyən, nankor, qüdsiyyətdən məhrum, şəfqətsiz, barışmaz, böhtançı, nəfsini saxlamayan, azğın, rəhmsiz, yaxşılığın düşməni, xain, ehtiyatsız, məğrur olacaq, zövqü Allahdan çox sevəcək. Allah yolunda imiş kimi görünəcək, amma o yolun qüdrətini inkar edəcəklər. Bu cür adamlardan üz döndər” (2 Timoteyə 3:1-5).

Məgər sən olduqca “çətin anlar”da yaşadığımızla razı deyilsənmi?

Diqqət yetirmisənmi ki, adamlar bu gün xüsusilə xudbin, pulpərəst və lovğa olmuşlar?

Bu gün hər yanda başqalarına qarşı tələbkar, lakin nankor, barışmaz və xain adamlara təsadüf olunduğunu kim inkar edər?

Valideynlərə itaətsizliklə yanaşı, misli görünməmiş şəfqətsizliyin təkcə bə’zi yerlərdə deyil, bütün yer üzündə yayıldığı aşkar deyilmi?

Şübhəsiz ki, sən zövq almağa can atan və xeyirxahlığı sevməyən bir dünyada yaşadığımızı aydın şəkildə görürsən. Müqəddəs Kitab “axır günlərdə” üstünlük təşkil edəcək əhval-ruhiyyəni bu cür təsvir edir.

Hansı zəmanədə yaşadığımızı başa düşməyə kömək edən əlavə sübutlara ehtiyac varmı? İsa həmçinin qabaqcadan demişdir ki, bu bədbəxtliklərin baş verəcəyi müddətdə Allahın Padşahlığı haqqındakı xoş xəbər bütün dünyada təbliğ olunacaqdır (Matta 24:14). Bu sözlər yerinə yetirmi?

Yehovanın Padşahlığını e’lan edən və Müqəddəs Kitaba əsaslanan “Gözətçi Qülləsi” jurnalı bütün dövri nəşrlərdən daha çox dillərdə dərc olunur.

Yehovanın Şahidləri başqalarına Allahın Padşahlığı haqqında şəxsən şəhadət etmək üçün hər il bir milyarddan çox saat sərf edirlər.

Müqəddəs Kitabı izah edən ədəbiyyat hal-hazırda Yehovanın Şahidləri tərəfindən təxminən 400 dildə nəşr olunur. Buraya hətta ucqar yerlərdə yaşayan və sayca azlıq təşkil edən xalqların və qrupların dilləri də aiddir. Yehovanın Şahidləri xoş xəbəri bütün xalqlara çatdırırlar; onlar həmçinin siyasi baxımdan kiçik olan və heç bir əhəmiyyət daşımayan bir çox adalarda və ərazilərdə də təbliğ edirlər. Ölkələrin çoxunda onlar Müqəddəs Kitabın tə’lim proqramını həyata keçirirlər.

Doğrudan da, Allahın Padşahlığı haqqındakı xoş xəbər bütün dünyada bəyan edilir və məqsəd bu dünyanı həqiqi imana gətirmək yox, şəhadət etməkdir. Dünyanın hər yerində insanlara yeri və göyü Yaradanın onlar üçün nə dərəcədə qiymətli olduğunu, həmçinin Onun qanunlarına hörmət və öz yaxınlarına məhəbbət təzahür etdirmək imkanı verilir (Luka 10:25-27; Vəhy 4:11).

Tezliklə Allahın Padşahlığı Yer üzünü bütün pis adamlardan təmizləyəcək və Cənnətə çevirəcəkdir (Luka 23:43).

[6-cı səhifədə olan çərçivə]

Nəyin axır günləri?

Bu, bəşəriyyətin axır günləri demək deyil. Müqəddəs Kitaba görə, Allahın iradəsini yerinə yetirənləri əbədi həyat gözləyir (Yəhya 3:16, 36; 1 Yəhya 2:17).

Bu, Yer kürəsinin axır günləri demək deyil. Allahın Kəlamı və’d edir ki, üzərində əhali məskunlaşmış Yer kürəsi əbədiyyən mövcud olacaq (Məzmur 37:29; 104:5; İşaya 45:18).

Axır günlər — zorakılıqla dolu olan, həmçinin məhəbbətin olmadığı bugünkü dünyaya və onun normalarına uyğun yaşayan adamlar üçün gəlib (Süleymanın məsəlləri 2:21, 22).

[7-ci səhifədə olan çərçivə]

Müqəddəs Kitab həqiqətənmi Allahın Kəlamıdır?

Müqəddəs Kitabı yazan peyğəmbərlər dəfələrlə “Yehova belə deyir” (YD) sözlərini yazmışlar (İşaya 43:14; Yeremya 2:2). Hətta Allahın Oğlu İsa Məsih vurğulamışdır ki, ‘söylədiyi sözləri Özündən söyləmir’ (Yəhya 14:10). Müqəddəs Kitabda aydın şəkildə deyilir ki, “hər Müqəddəs Yazı Allahdan ilham almış”dır (2 Timoteyə 3:16).

Başqa heç bir kitab bu qədər çox dillərdə nəşr olunmayıb. Birləşmiş Müqəddəs Kitab Cəmiyyətlərinin hesablamasına görə bu say 2 200-dən artıqdır. Heç bir kitab bu qədər böyük tirajla nəşr olunmur. Hal-hazırda onun sayı dörd milyard nüsxədən artıqdır. Allahın bu kitabda bütün bəşəriyyət üçün göndərdiyi xəbərdən bunu gözləməli deyilikmi?

Müqəddəs Kitabın Allahdan ilham aldığına dair sübutların daha ətraflı müzakirəsini Yehovanın Şahidlərinin dərc etdiyi “Müqəddəs Kitab — Allahın Kəlamıdır, yoxsa insanın?” adlı kitabda tapa bilərsiniz.

Əgər sən Müqəddəs Kitabın Allahın Kəlamı olduğunu tam aydın dərk edirsənsə, onu oxumaq sənə daha çox fayda gətirəcək.

[8-ci səhifədə olan çərçivə və şəkillər]

Allahın Padşahlığı nədir?

O göydə yerləşən bir hökumətdir. Onun vasitəsilə yeri və göyü Yaradan həqiqi Allah Yehova Öz hakimiyyətini icra edir (Yeremya 10:10, 12).

Müqəddəs Kitabda göstərilir ki, Allahın hakimiyyət verdiyi şəxs İsa Məsihdir (Vəhy 11:15). İsa yer üzündə olanda göstərmişdir ki, Allahın ona verdiyi böyük hakimiyyətə malikdir. Bu hakimiyyət ona təbiət hadisələrini idarə etməyə, bütün xəstəliklərə şəfa verməyə və hətta ölüləri belə diriltməyə imkan verirdi (Matta 9:2-8; Mark 4:37-41; Yəhya 11:11-44). Allah tərəfindən ilham almış Müqəddəs Kitab peyğəmbərliyində həm də deyilir ki, Allah ‘bütün xalqlar, millətlər və dillər ona qulluq etsinlər deyə, ona hökmranlıq və izzət və padşahlıq verəcək’ (Daniel 7:13, 14). Bu hökumət, həmçinin göylər Padşahlığı adlanır; hal-hazırda İsa Məsih göydən hökmranlıq edir.

[7-ci səhifədə olan şəkillər]

Xoş xəbərin ümumdünya təbliği.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş