Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bh fəs. 10 s. 96—105
  • Ruhani varlıqlar bizə təsir edə bilərmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ruhani varlıqlar bizə təsir edə bilərmi?
  • Müqəddəs Kitab əslində nə öyrədir?
  • Başlıqlar
  • Oxşar material
  • MƏLƏKLƏR MÖHKƏMLƏNDİRİR VƏ MÜDAFİƏ EDİRLƏR
  • DÜŞMƏNLƏRİMİZ OLAN RUHANİ VARLIQLAR
  • CİNLƏR İNSANLARI NECƏ ALDADIRLAR?
  • PİS RUHLARA NECƏ MÜQAVİMƏT GÖSTƏRƏ BİLƏRİK?
  • Pis ruhani qüvvələrə müqavimət göstərin
    Əbədi həyata aparan bilik
  • Müqəddəs Kitab mələklər barədə nə deyir?
    Müqəddəs Kitab təlimləri
  • Mələklər barədə nə bilirik?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Yehovanın köməyilə şər qüvvələrə qarşı durun
    Gözətçi qülləsi 2019
Əlavə
Müqəddəs Kitab əslində nə öyrədir?
bh fəs. 10 s. 96—105

Fəsil 10

Ruhani varlıqlar bizə tə’sir edə bilərmi?

  • Mələklər insanlara kömək edirmi?

  • Pis ruhlar insanlara necə tə’sir edir?

  • Pis ruhlardan qorxmaq lazımdırmı?

1. Mələklər haqqında nə üçün öyrənməliyik?

İNSANI yaxşı tanımaq istədikdə, adətən biz onun ailəsi ilə tanış oluruq. Buna görə də, Yehova Allahı yaxşı tanımaq üçün biz Onun mələklərdən ibarət olan səmavi ailəsi ilə tanış olmalıyıq. Müqəddəs Kitabda mələklər «Allah oğulları» adlanır (Əyyub 38:7, KM). Allahın niyyətində onlar hansı rolu oynayırlar? Onların bəşər tarixinə tə’siri olmuşdurmu? Mələklər bizim həyatımıza tə’sir edirlərmi? Əgər edirlərsə, necə?

2. Mələklər necə yaranıblar və onların sayı nə qədərdir?

2 Mələklər haqqında Müqəddəs Kitabın yüzlərlə ayəsində xatırlanır. Bu ruhani varlıqlar haqqında daha çox öyrənmək üçün həmin ayələrdən bə’zilərini nəzərdən keçirək. Mələklər necə yaranıblar? Koloslulara 1:16 ayəsində deyilir: «Göylərdə və yerdə olan... hər şey Onun [İsa Məsihin] vasitəsilə yarandı». Göründüyü kimi, bütün mələkləri Yehova Allah Öz ilkin Oğlu İsa Məsihin vasitəsilə yaratmışdır. Göydə nə qədər mələk var? Müqəddəs Kitabdan öyrənirik ki, mələklərin sayı yüz milyonlarladır və onların hamısı da çox qüdrətlidir (Məzmur 103:20)a.

3. Əyyub 38:4-7 ayələrindən mələklər haqqında nə öyrənirik?

3 Allahın Kəlamı olan Müqəddəs Kitabda deyilir ki, Yer yaradılan zaman Allah oğullarının hamısı «sevincdən haray salırdı» (Əyyub 38:4-7). Deməli, mələklər insanların, hətta Yerin də yaradılmasından əvvəl mövcud idilər. Müqəddəs Kitabın bu parçası mələklərin hisslərə malik olduğunu göstərir, çünki burada onların «birgə nəğmə» oxumalarından bəhs edilir. Bundan əlavə, diqqət yetirin ki, «bütün Allah oğulları» birgə sevinirdilər. Bu, həmin dövrdə bütün mələklərin mehriban bir ailə kimi Yehova Allaha xidmət etdiklərini göstərir.

MƏLƏKLƏR MÖHKƏMLƏNDİRİR VƏ MÜDAFİƏ EDİRLƏR

4. Müqəddəs Kitab sadiq mələklərin insanlarla maraqlandığını necə göstərir?

4 İnsanın yaradıldığı gündən e’tibarən, sadiq mələklər bəşər ailəsini və Allahın niyyətinin yer üzündə yerinə yetməsini diqqətlə müşahidə edirlər (Süleymanın məsəlləri 8:30, 31; 1 Peter 1:11, 12). Saleh mələklər, zaman keçdikcə insanların çoxunun öz qayğıkeş Yaradanlarından üz döndərdiklərini və Ona xidmət etmək istəmədiklərini də görürdülər. Şübhəsiz ki, onlar buna çox kədərlənirdilər. Lakin insanlardan kim isə Yehovanın yoluna qayıdanda mələklər göylərdə sevinirlər (Luka 15:10). Bu ruhani varlıqlar insanların rifahı ilə maraqlandıqlarına görə, sadiq xidmətçilərini möhkəmləndirmək və müdafiə etmək üçün Yehova onları dəfələrlə yer üzünə göndərmişdi (İbranilərə 1:7, 14). Gəlin bir neçə nümunəni nəzərdən keçirək.

Mələk şirlərin ağzını bağlamyıb Danieli qoruyur

«Allahım öz mələyini göndərib şirlərin ağzını bağladı» (Daniel 6:22)

5. Müqəddəs Kitabda mələklərin insanlara kömək etdiklərinə dair hansı nümunələr var?

5 Natəmizliklə dolu olan Sodom və Homorra şəhərlərinin məhvi zamanı, iki mələk saleh Lutu və qızlarını şəhərdən kənara çıxararaq, onları xilas etdi (Yaradılış 19:15, 16). Bundan yüz illər sonra, mələklər şirlər olan quyuya atılmış Daniel peyğəmbəri qorudular. Daniel dedi: «Allahım öz mələyini göndərib şirlərin ağzını bağladı» (Daniel 6:22). Eramızın I əsrində bir mələk həvari Peteri zindandan azad etdi (Həvarilərin işləri 12:6-11). Yer üzündəki xidmətinin başlanğıcında mələklər İsaya da dəstək oldular (Mark 1:13). Həmçinin ölümündən bir qədər əvvəl, mələk ona görünüb «qüvvət verdi» (Luka 22:43). Həyatının bu vacib anında mələklərin onu dəstəkləməsi, İsa üçün necə də böyük təsəlli idi!

6. a) Sadiq mələklər bu gün Allahın xalqını necə müdafiə edirlər? b) Bu fəsildə hansı sualları müzakirə edəcəyik?

6 Bu gün mələklər Allahın xidmətçilərinə fiziki bədəndə görünmürlər. Bu qüdrətli ruhani varlıqlar gözə görünməsələr də, Allahın xalqını qorumağa davam edirlər. Onlar ilk növbədə ruhani zərərdən müdafiə edirlər. Müqəddəs Kitabda deyilir: «Rəbdən qorxanları Onun mələyi müdafiə edər, onlara zəfər verər» (Məzmur 34:7). Bu sözlər bizə böyük təsəllidir! Çünki bizi məhv etmək istəyən pis ruhani qüvvələr mövcuddur. Bu varlıqlar kimdirlər? Onlar haradan peyda olublar? Bizə zərər vermək üçün nəyə əl atırlar? Bu suallara cavab tapmaq üçün, gəlin bəşər tarixinin başlanğıcında baş verən bir hadisəyə nəzər salaq.

DÜŞMƏNLƏRİMİZ OLAN RUHANİ VARLIQLAR

7. Şeytan öz pis niyyətinə nə dərəcədə müvəffəq oldu?

7 Bu kitabın 3-cü fəslindən öyrəndiyimiz kimi, mələklərdən biri başqaları üzərində rəhbərlik etmək istədi və Allaha qarşı çıxdı. Sonradan o, Şeytan İblis adlandı (Vəhy 12:9). Həvvanı aldatdıqdan sonra, Şeytan öz hiyləgər niyyətini həyata keçirməyə davam etdi. Habil, Xanok və Nuh kimi bir neçə sadiq xidmətçiləri çıxmaq şərtilə, o, 16 əsr ərzində, demək olar ki, bütün insanları Allahdan uzaqlaşdırmağa müvəffəq oldu (İbranilərə 11:4, 5, 7).

8. a) Necə oldu ki, bə’zi mələklər cin oldular? b) Nuhun günlərində Daşqından sağ çıxmaq üçün cinlər nə etməli oldular?

8 Nuhun günlərində başqa mələklər də Yehovaya qarşı üsyan etdilər. Onlar göydəki məskənlərini tərk etdilər və yer üzünə enərək insan cildinə girdilər. Nə üçün? Yaradılış 6:2 ayəsində deyilir: «Allah oğulları gördülər ki, insan qızları çox gözəldir və bəyəndikləri hər qızı özlərinə arvad etdilər». Ancaq Yehova bu mələklərin qanunsuzluqlarının davam etməsinə yol vermədi. O bu mələklərin insanları pis yola çəkmələrinə göz yuma bilməzdi. Allah pis insanların hamısını məhv etmək üçün yer üzünə Ümumdünya daşqını göndərdi. Yalnız Onun sadiq xidmətçiləri xilas oldular (Yaradılış 7:17, 23). Üsyankar mələklər, yə’ni cinlər özlərinin insan bədənlərini tərk edib, göyə qayıtmalı oldular. Onlar ‘cinlərin rəisi’ olan İblisin tərəfini tutdular (Matta 9:34).

9. a) Cinlər göyə qayıdanda nə baş verdi? b) Cinlər haqda nəyi nəzərdən keçirəcəyik?

9 Üsyankar mələklər göyə qayıdanda, öz rəisləri Şeytan kimi, onlar da Allahın səmavi ailəsinə qəbul edilmədilər (2 Peter 2:4). Bu ruhani varlıqlar indi insan cildinə girə bilməsələr də, insanları pis yola çəkməyə davam edirlər. Şeytan onların köməyilə ‘bütün dünyanı aldadır’ (Vəhy 12:9; 1 Yəhya 5:19). İnsanları aldatmaq üçün cinlər müxtəlif üsullara əl atırlar (2 Korinflilərə 2:11). Gəlin onlardan bə’zilərini nəzərdən keçirək.

CİNLƏR İNSANLARI NECƏ ALDADIRLAR?

10. Spiritizm nədir?

10 İnsanları aldatmaq üçün cinlər spiritizmdən istifadə edilər. Spiritizm — birbaşa və ya medium vasitəsilə cinlərlə yaradılan əlaqədir. Müqəddəs Kitab spiritizmlə məşğul olmağı mühakimə edir və bizi onunla bağlı olan hər şeydən çəkindirir (Qalatiyalılara 5:19-21). Tələ yemi balıqçının məqsədinə necə xidmət edirsə, spiritizm də cinlərə o cür xidmət edir. Balıqçı hər balıq növü üçün müxtəlif yemlərdən istifadə etdiyi kimi, pis ruhlar da spiritizmin hər bir növünə əl ataraq, müxtəlif insanları öz tə’sirləri altına salmağa çalışırlar.

11. Falçılıq nədir və nəyə görə biz onunla bağlı olan hər şeydən uzaq durmalıyıq?

11 Cinlərin «tələ yemlərindən» biri falçılıqdır. Falçılıq nədir? Falçılıq — gələcəyi və ya mə’lum olmayan bir şeyi öyrənmək cəhdidir. Bura ulduz falı, kartla fala baxmaq, kristal kürə falı, əl falı, həmçinin əşyaların, əlamətlərin və yuxuların yozulması da aiddir. Çoxları fala baxmağı zərərsiz məşğuliyyət hesab etsələr də, Müqəddəs Kitab falçıların pis ruhlarla əlbir olduqlarını göstərir. Məsələn, Həvarilərin işləri 16:16-18 ayələrində bir qıza gələcəyi demək qabiliyyəti verən falçı cindən danışılır. Lakin cin qızdan çıxanda, o, falçılıq bacarığını itirdi.

1) Ulduz falı; 2) Baxıçı qadının əlinə baxır; 3) Kişi taro kartı ilə fala baxır; 4) Kristal kürə

Cinlər insanları müxtəlif üsullarla aldadırlar

12. Ölülərlə danışmaq cəhdi nəyə görə təhlükəlidir?

12 Cinlərin insanları aldatmaq üsullarından biri də ölülərlə danışmaqdır. Əzizlərinin ölümündən əzab çəkən insanlar çox vaxt yalana uyurlar: onlar ölənlərlə danışmağın mümkün olduğuna inanırlar. Medium, ölən adam haqqında xüsusi mə’lumat çatdıra və ya onun səsilə danışa bilər. Bu səbəbdən, çoxları ölülərin yaşamağa davam etdiyinə və onlarla ünsiyyətdə olmaqla təsəlli alacaqlarına inanırlar. Lakin bu cür təsəlli aldadıcıdır. Eyni zamanda çox təhlükəlidir. Nəyə görə? Çünki cinlər ölən adamın səsilə danışa və onun haqqında mediuma mə’lumat verə bilərlər (1 Şamuel 28:3-19). Bundan əlavə, 6-cı fəsildən öyrəndik ki, insan öləndə öz mövcudluğuna son qoyur (Məzmur 115:17). Buna görə də, ‘ölüləriçağıranlar’ pis ruhlar tərəfindən aldanır və Allahın qanununu pozurlar (Qanunun təkrarı 18:11; Yeşaya 8:19). Ehtiyatlı olun ki, cinlərin bu tələsinə düşməyəsiniz.

13. Əvvəllər cinlərdən qorxan bir çoxları nəyə nail ola bilmişlər?

13 Pis ruhlar insanları nəinki aldadır, hətta qorxudurlar. Şeytan və onun cinləri ‘vaxtlarının az olduğunu’ və tezliklə zəncirlənəcəklərini bildikləri üçün, bu gün həmişə olduğundan daha qəddardırlar (Vəhy 12:12, 17). Buna baxmayaraq, əvvəllər pis ruhlardan qorxan minlərlə insanlar onların tə’sirindən azad ola bilmişlər. Onlar buna necə nail olmuşlar? Spiritizmə cəlb olunmuş insan nə etməlidir?

PİS RUHLARA NECƏ MÜQAVİMƏT GÖSTƏRƏ BİLƏRİK?

14. Efesli məsihçilərin nümunəsini izləyərək, pis ruhların tə’sirindən necə azad ola bilərik?

14 Müqəddəs Kitabda pis ruhlara müqavimət göstərməyin və onların tə’sirindən azad olmağın üsulları göstərilir. Gəlin I əsrdə Efes şəhərində yaşayan məsihçilərin nümunəsini nəzərdən keçirək. Məsihçiliyi qəbul etməzdən əvvəl, onlardan bə’ziləri spiritizmlə məşğul olurdular. Spiritizmlə əlaqəni kəsmək qərarına gəldikdə, onlar hansı addımı atdılar? Müqəddəs Kitabda deyilir: «Sehrbazlıq edənlərdən bir çoxu öz kitablarını toplayıb, hamının gözü qarşısında yandırdılar» (Həvarilərin işləri 19:19). Sehrbazlıqla bağlı olan kitabları məhv etməklə, bu yeni şagirdlər pis ruhların tə’sirindən azad olmaq istəyənlərə nümunə qoydular. Əgər Yehovaya xidmət etmək istəyiriksə, biz də spiritizmlə bağlı olan hər şeydən azad olmalıyıq. Bunlar, spiritizmlə məşğul olmağa təşviq edən və onu maraqlı və cəlbedici bir şey kimi təqdim edən kitablar, jurnallar, filmlər, şüarlar və musiqi yazıları ola bilər. Bura, həmçinin pislikdən qorunmaq üçün taxılan tilsimlər, göz muncuqları və başqa əşyalar da daxildir (1 Korinflilərə 10:21).

15. Pis ruhi qüvvələrə qarşı necə dura bilərik?

15 Efes məsihçiləri sehrbazlıqla bağlı kitablarını yandırdıqdan bir neçə il sonra, həvari Pavel onlara yazmışdı: «Mübarizəmiz... pis ruhi qüvvələrə qarşıdır» (Efeslilərə 6:12). Gördüyümüz kimi, cinlər təslim olmaq fikrində deyildilər. Onlar üstün gəlməyə çalışaraq, mübarizəni davam etdirirdilər. Həmin məsihçilərə nə kömək edə bilərdi? Pavel onlara məsləhət edirdi: «Bütün bunlardan savayı, iman qalxanını ələ alın; bununla şeytanın bütün qızmar oxlarını söndürməyə qadir olacaqsınız» (Efeslilərə 6:16). İman qalxanımız nə qədər möhkəm olarsa, pis ruhi qüvvələrə qarşı bir o qədər də müvəffəqiyyətli ola bilərik (Matta 17:20).

16. İmanımızı necə möhkəmləndirə bilərik?

16 İmanımızı necə möhkəmləndirə bilərik? Müqəddəs Kitabı öyrənməyə davam etməklə. Divarın möhkəmliyi onun bünövrəsindən asılıdır. Buna bənzər şəkildə, imanımızın möhkəmliyi də əsas e’tibarı ilə öz təməlindən, yə’ni Allahın Kəlamından aldığımız dəqiq biliklərdən asılıdır. Gündəlik olaraq Müqəddəs Kitabı oxuyub öyrənsək, imanımız möhkəmlənəcək. Belə bir iman, möhkəm divar kimi, bizi pis ruhların tə’sirindən qoruyacaq (1 Yəhya 5:5).

17. Pis ruhlara qarşı durmaq üçün daha hansı addımı atmaq gərəkdir?

17 Efesli məsihçilər daha hansı addımı atmalı idilər? Onların əlavə müdafiəyə ehtiyacları var idi, çünki cindarlıqla dolu olan bir şəhərdə yaşayırdılar. Bu səbəbdən, Pavel onlara yazırdı: «Hər cür dua və niyazla, hər vaxt Ruhun idarəsi ilə dua edin» (Efeslilərə 6:18). Dünya bu gün də cinlərin tə’siri altında olduğu üçün, pis ruhlardan müdafiə olunmağı diləyərək, Yehovaya israrla dua etməliyik. Allaha adı ilə müraciət etmək olduqca vacibdir (Süleymanın məsəlləri 18:10). Allahdan xahiş etmək lazımdır ki, bizi «şərdən», yə’ni Şeytan İblisdən xilas etsin (Matta 6:13). Yehova bizim səmimi dualarımıza mütləq cavab verəcəkdir (Məzmur 145:19).

18, 19. a) Pis ruhi qüvvələrə qalib gəlməkdə sizə nə kömək edəcək? b) Növbəti fəsildə nəyi müzakirə edəcəyik?

18 Pis ruhlar təhlükəlidirlər. Lakin biz Şeytana qarşı dursaq və Allahın iradəsini yerinə yetirərək Ona yaxınlaşsaq, onlardan qorxmaya bilərik (Yaqub 4:7, 8). Pis ruhların qüvvəsi məhduddur. Onlar Nuhun günlərində cəzalandırılıblar, indi isə son hökmü gözləyirlər (Yəhuda 6). Həmçinin yadda saxlayın ki, biz Yehovanın qüdrətli mələklərinin müdafiəsinə malikik (2 Padşahlar 6:15-17). Bu mələklər bizim pis ruhlarla mübarizədə qalib gəlməyimizi və onların pozucu tə’sirlərinə qarşı durmağımızı çox istəyirlər. Başqa sözlərlə desək, saleh mələklər bizi dəstəkləyirlər. Buna görə də, gəlin həmişə Yehovanın və Onun sadiq mələklərinin yanında olaq. Spiritizmin bütün formalarından uzaq olmaq və Allahın Kəlamındakı məsləhətləri tətbiq etmək necə də vacibdir! (1 Peter 5:6, 7; 2 Peter 2:9). Bu, pis ruhi qüvvələrlə mübarizədə qalib gəlməyimizə kömək edəcək.

19 Bəs Allah bu pis ruhların mövcudluğuna və insanlara bu qədər iztirablar gətirən pisliyin olmasına nə üçün yol verir? Bu sualı növbəti fəsildə müzakirə edəcəyik.

PİS RUHLARA MÜQAVİMƏT GÖSTƏRMƏK ÜÇÜN

  • Spiritizmlə bağlı olan hər şeydən azad olun

  • Müqəddəs Kitabı öyrənin

  • Allaha dua edin

a Vəhy 5:11 ayəsində saleh mələklər barəsində deyilir: «Onların sayı minlərcə minlər və on minlərcə on minlər»dir. Müqəddəs Kitabdan göründüyü kimi, yüz milyonlarla mələk mövcuddur.

MÜQƏDDƏS KİTABIN ÖYRƏTDİKLƏRİ

  • Sadiq mələklər Yehovanın xidmətçilərinin köməyinə gəlməyə hər zaman hazırdırlar (İbranilərə 1:7, 14).

  • Şeytan və onun cinləri insanları aldadır və onları Allahdan uzaqlaşdırmağa çalışırlar (Vəhy 12:9).

  • Əgər siz Allahın iradəsini yerinə yetirir və İblisə qarşı durursunuzsa, o sizdən ‘qaçacaq’ (Yaqub 4:7, 8).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş