Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bh fəs. 16 s. 154—163
  • Həqiqət yolunu tutun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həqiqət yolunu tutun
  • Müqəddəs Kitab əslində nə öyrədir?
  • Başlıqlar
  • Oxşar material
  • DİNİ TƏSVİRLƏR VƏ ÖLÜLƏRƏ SİTAYİŞ
  • ERKƏN MƏSİHÇİLƏR MİLAD BAYRAMINI QEYD ETMİRDİLƏR
  • MİLAD BAYRAMININ MƏNŞƏYİ
  • BAYRAMLARIN MƏNŞƏYİ VACİBDİRMİ?
  • BAŞQALARI İLƏ MÜNASİBƏTDƏ MÜDRİK DAVRANMAQ
  • AİLƏDƏ NECƏ DAVRANMAQ OLAR?
  • HƏQİQƏT YOLUNDA YERİMƏK
  • Haqq yolda yeriyin
    Müqəddəs Kitab təlimləri
  • Bütün bayramlar Allaha məqbuldur?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Bayram və adətlər
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Allaha məqbul olmayan bayram və adətlər
    Allahın məhəbbətindən ayrılmayın
Əlavə
Müqəddəs Kitab əslində nə öyrədir?
bh fəs. 16 s. 154—163

Fəsil 16

Həqiqət yolunu tutun

  • Müqəddəs Kitab dini təsvirlər və ölülərə sitayiş barədə nə öyrədir?

  • Məsihçilər dini bayramlara necə yanaşırlar?

  • Başqalarının hisslərinə toxunmadan öz e’tiqadlarınızı onlara necə izah edə bilərsiniz?

1, 2. Yalan dinlə əlaqənizi kəsdikdən sonra özünüzə hansı sualı verməlisiniz və bunu etmək nə üçün vacibdir?

TƏSƏVVÜR edin ki, kim isə yaşadığınız əraziyə zəhərli tullantılar atıb və indi orada qalmaq həyat üçün təhlükəlidir. Siz necə davranardınız? Şübhəsiz ki, imkan yaranan kimi təhlükəli ərazini tərk edərdiniz. Hətta bundan sonra da, sizi belə bir sual narahat edə bilər: «Görəsən orqanizmim zəhərlənməyib?»

2 Bunu yalan din haqqında da demək olar. Müqəddəs Kitabda deyilir ki, yalan din natəmiz tə’lim və ayinlərlə zəhərlənib (2 Korinflilərə 6:17). Elə buna görə də, yalan dinin dünya imperiyası olan ‘Böyük Babildən’ çıxmaq olduqca vacibdir (Vəhy 18:2, 4). Siz bu addımı atmısınızmı? Əgər atmısınızsa, onda bu, tə’rifəlayiqdir! Lakin yalan dindən ayrılmaq üçün daha çox şey tələb olunur. «Mən yalan dinlə bağlı olan hər şeydən azad olmuşammı?» deyə özünüzdən soruşmalısınız. Bir neçə nümunəni nəzərdən keçirək.

DİNİ TƏSVİRLƏR VƏ ÖLÜLƏRƏ SİTAYİŞ

3. a) Müqəddəs Kitabda dini təsvirlərin istifadə olunması haqda nə deyilir və nəyə görə bə’zilərinə Allahın nöqteyi-nəzərini qəbul etmək asan deyil? b) Yalan dinlə bağlı olan bütün əşyaları nə etmək lazımdır?

3 Bir çoxları illərlə öz evlərində dini təsvirlər və ya ibadətgahlar saxlayırlar. Bunlar sizin evinizdə də varmı? Ola bilsin, siz onlarsız Allaha dua etməyin mümkün olmadığını düşünürsünüz. Yəqin ki, bu əşyalardan bə’ziləri sizə çox əzizdir. Lakin Allaha necə ibadət etməli olduğumuza yalnız Onun Özü qərar verə bilər. Müqəddəs Kitab öyrədir ki, Allah ibadətdə dini təsvirlərdən istifadə etməyimizi istəmir (Çıxış 20:4, 5; Məzmur 115:4-8; Yeşaya 42:8; 1 Yəhya 5:21). Buna görə də, həqiqət yolunu tutmaq üçün, yalan dinlə bağlı olan bütün əşyaları məhv etmək gərəkdir. Biz də onlara Yehovanın gözü ilə baxmalıyıq, yə’ni onlar bizim üçün ‘iyrənc’ bir şey olmalıdır (Qanunun təkrarı 27:15).

4. a) Ölülərə sitayiş etməyin mə’nasız olduğunu haradan bilirik? b) Yehova Öz xalqına spiritizmlə məşğul olmağı nəyə görə qadağan etmişdi?

4 Yalan dinlərin bir çoxunda ölülərə sitayiş geniş yayılmışdır. Bə’ziləri Müqəddəs Kitab həqiqətlərini öyrənməzdən əvvəl inanırdılar ki, insan öldükdən sonra yaşayanlara kömək edən və ya zərər vuran ruh olur. Ola bilsin, siz ölən əcdadlarınızın ruhunu razı salmaq üçün az sə’y göstərməmisiniz. Lakin 6-cı fəsildən öyrəndiyimiz kimi, ölümdən sonra həyat yoxdur. Buna görə də ölülərlə ünsiyyətə girmək cəhdi əbəsdir. Ölülərdən gəlirmiş kimi görünən bütün xəbərlərin mənbəyi əslində cinlərdir. Məhz buna görə də Yehova ölülərə müraciət etməyi və spiritizmin başqa növlərilə məşğul olmağı israillilərə qadağan etmişdi (Qanunun təkrarı 18:10-12).

Bütün dünyada istifadə olunan dini təsvirlər və ibadət formaları

5. Dini təsvirlər və ölülərə sitayiş imanınızın bir hissəsi olmuşdursa, siz nə edə bilərsiniz?

5 Əgər dini təsvirlər və ölülərə sitayiş imanınızın bir hissəsi olmuşdursa, siz nə edə bilərsiniz? Allahın bu kimi şeylərə necə yanaşdığını göstərən Müqəddəs Kitab ayələrini oxuyun və üzərində düşünün. Həqiqət yolunu tutmaq istəyiniz barədə hər gün Yehovaya dua edin. Onun nöqteyi-nəzərinə malik olmaqda sizə kömək etməsini xahiş edin (Yeşaya 55:9).

ERKƏN MƏSİHÇİLƏR MİLAD BAYRAMINI QEYD ETMİRDİLƏR

6, 7. a) Milad bayramı kimin şərəfinə qeyd edilir və İsanın birinci əsrdəki davamçıları bu bayramı qeyd edirdilərmi? b) Keçmişdə ad gününün qeyd edilməsi nə ilə bağlı idi?

6 Geniş yayılmış bayramların bir çoxu yalan dinlə bağlıdır. Onlardan biri, Milad bayramıdır. Bu bayram, İsa Məsihin doğum gününün şərəfinə təşkil edilir və demək olar ki, bütün xristian dinlərində qeyd olunur. Lakin İsanın birinci əsrdəki şagirdlərinin Milad bayramını qeyd etdiklərini düşünməyə əsas verən heç bir sübut yoxdur. Dini ən’ənələrin mənşəyi haqqında bir kitabda deyilir: «Birinci və ikinci əsrdə Məsihin doğum gününün dəqiq tarixi çox az adamı maraqlandırırdı; həmin tarix insanlara mə’lum deyildi» («Sacred Origins of Profound Things»).

7 İsanın doğum günü onun şagirdlərinə mə’lum olsaydı da, onlar həmin günü qeyd etməzdilər. Nəyə görə? Çünki «Uorld buk» ensiklopediyasında deyildiyi kimi, erkən məsihçilər «istənilən adamın doğum gününün qeyd edilməsini bütpərəstlik ən’ənəsi hesab edirdilər» («The World Book Encyclopedia»). Müqəddəs Kitabda yalnız iki nəfərin ad gününün qeyd edilməsindən danışılır. Onların hər ikisi də Yehovaya xidmət etməyən hökmdarlar olmuşdur (Yaradılış 40:20; Mark 6:21). Ad gününün qeyd edilməsi, həmçinin bütpərəst allahlara səcdə etməklə bağlı idi. Məsələn, qədim romalılar mayın 24-də Diana ilahəsinin, mayın 25-də isə, günəş allahı Apollonun ad gününü qeyd edirdilər. Aydın olduğu kimi, ad gününün qeyd edilməsi məsihçiliyin deyil, bütpərəstliyin bir hissəsi olmuşdur.

8. Ad gününün qeyd edilməsi ilə mövhumatlar arasındakı bağlılığı izah edin.

8 İlk məsihçilərin İsanın doğum gününü qeyd etməmələrinin daha bir səbəbi var. Çox ehtimal ki, şagirdlər ad gününün qeyd edilməsinin mövhumatlarla bağlı olduğunu bilirdilər. Məsələn, qədim yunanlar və romalılar inanırdılar ki, hər bir adamın himayədar ruhu var, həmin ruh insan doğulan zaman orada olur və bütün həyatı boyu onu qoruyur. «Doğum gününün qeyd edilməsinin mənşəyi» kitabında deyilir: «Hesab edilirdi ki, insan doğulanda orada olan ruh ilə həmin gün ad günü olan bir allah arasında sirli əlaqə var» («The Lore of Birthdays»). Əlbəttə, İsanın adını mövhumatlarla əlaqələndirən bayramlardan Yehova razı qalmazdı (Yeşaya 65:11, 12). Bəs necə oldu ki, Milad bayramı bu dərəcədə məşhurlaşdı?

MİLAD BAYRAMININ MƏNŞƏYİ

9. Nəyə görə İsanın ad gününü dekabrın 25-də qeyd etməyə başladılar?

9 İsa Məsihin ölümündən yüz illər sonra onun doğum günü 25 dekabrda qeyd edilməyə başlandı. Lakin bu, İsanın anadan olduğu tarix deyildi. Çox ehtimal ki, İsa oktyabr ayında anadan olmuşdua. Bəs nəyə görə onun anadan olma tarixi kimi 25 dekabr seçildi? Görünür, özlərini məsihçi hesab edənlər «həmin günü, bütpərəst romalıların “məğlubolunmaz Günəş allahının doğum günü” ilə eyniləşdirmək istədilər» («Yeni Britaniya ensiklopediyası»). Qışda, günəş şüaları zəif olanda, istilik və işıq mənbəyi olan bu göy cismini uzaq səyahətdən qaytarmaq ümidi ilə bütpərəstlər xüsusi mərasimlər təşkil edirdilər. Elə hesab edirdilər ki, onun dönüşü 25 dekabrdan başlanır. Bütpərəstləri öz dinlərinə cəlb etmək üçün, din xadimləri bu bayramı qanuniləşdirdilər və ona «məsihçi donu» geyindirməyə çalışdılarb.

10. Nəyə görə keçmişdə bə’ziləri Milad bayramını qeyd etmirdilər?

10 Miladın bütpərəstlikdən yarandığı artıq çoxdan mə’lumdur. Müqəddəs Kitaba əsaslanmadığı üçün, Milad bayramı XVII əsrdə İngiltərədə və bir neçə Amerika koloniyalarında qadağan edilmişdi. Həmin gün evdə qalıb, işə çıxmayanları cərimə edirdilər. Ancaq tezliklə köhnə adətlər geri qayıtdı və onlara yeniləri də əlavə olundu. Milad yenidən məşhur bayrama çevrildi və bir çox ölkələrdə indiyədək qeyd edilir. Allahı razı salmağa sə’y göstərənlər, bütpərəstlikdən yaranan və yalan dinlə bağlı olan Miladı və digər bayramları qeyd etmirlərc.

BAYRAMLARIN MƏNŞƏYİ VACİBDİRMİ?

11. Bə’ziləri bayramları nəyə görə qeyd edirlər, bəs ilk növbədə bizim üçün nə vacib olmalıdır?

11 Bə’zi insanlar Milad bayramının Müqəddəs Kitaba əsaslanmadığını e’tiraf etsələr də, onu qeyd etməyə davam edirlər. İnsanların əksəriyyəti bir çox bayramların yalan dinlə bağlı olduğuna əhəmiyyət vermirlər. Bu, onlar üçün bütün ailə ilə bir yerə toplaşmağa bir fürsətdir. Siz də belə düşünürsünüzmü? Əgər belədirsə, onda sizə həqiqət yolunu tutmağa mane olan yalan dinə məhəbbət yox, ehtimal ki, ailənizi kədərləndirməmək istəyinizdir. Lakin əmin olun ki, ailənin Banisi olan Yehova sizin öz ailənizlə yaxşı münasibətlərinizi qoruyub saxlamanızı istəyir (Efeslilərə 3:14, 15). Ailə tellərini isə Allahın prinsiplərini pozmadan möhkəmləndirmək mümkündür. Həvari Pavel bizim nəyi daha vacib hesab etməli olduğumuz barədə yazmışdır: «Rəbbə nəyin məqbul olduğunu öyrənməyə çalışın» (Efeslilərə 5:10).

Çirkaba düşmüş konfet

Çirkli yerə düşən konfeti götürüb yeyərdinizmi?

12. Natəmiz mənşəyə malik olan adət və bayramlardan nəyə görə uzaq durmalı olduğumuzu nümunə əsasında göstərin.

12 Ola bilsin, siz bu gün bayramların keçirilməsinin onların mənşəyi ilə çox az əlaqəli olduğunu düşünürsünüz. Bəs bayramların mənşəyi vacibdirmi? Bəli, vacibdir! Nümunə üçün: çirkli yerə düşən konfet görsəydiniz, nə edərdiniz? Siz onu götürüb yeyərdinizmi? Əlbəttə, yox! Axı o çirklidir. Konfet kimi, bayramlar da cəlbedici görünə bilər, ancaq onların mənşəyi natəmizdir. Həqiqət yolunu tutmaq üçün, Allahın həqiqi xidmətçilərini ‘murdar şeylərə toxunmamağa’ təşviq edən Yeşaya peyğəmbərin əhval-ruhiyyəsinə malik olmalıyıq (Yeşaya 52:11).

BAŞQALARI İLƏ MÜNASİBƏTDƏ MÜDRİK DAVRANMAQ

13. Bayramlarda iştirak etməmək qərarına gəldiyiniz üçün hansı çətinliklər yarana bilər?

13 Bayramlarda iştirak etməmək qərarına gəldiyiniz zaman çətinliklərlə qarşılaşa bilərsiniz. Məsələn, iş yoldaşlarınız sizin onlarla bayram şənliklərində iştirak etmədiyinizə təəccüblənə bilərlər. Birdən kim isə sizə hansısa bayram münasibətilə hədiyyə bağışlamaq istəsə, onda necə? Onu qəbul etmək olarmı? Bəs əgər həyat yoldaşınız imanınıza şərik deyilsə? Nə etmək olar ki, ailənizin bayramları qeyd etmədiyi üçün, uşaqlar özlərini nədənsə məhrum hiss etməsinlər?

14, 15. Əgər kim isə bayram münasibətilə sizi təbrik etmək və ya hədiyyə bağışlamaq istəyirsə, nə edə bilərsiniz?

14 Hər bir hadisədə müdrik davranmaq tələb olunur. Əgər kim isə bayramınızı ötəri təbrik edirsə, diqqətinə görə təşəkkür edə bilərsiniz. Bəs əgər bunu, tez-tez rastlaşdığınız və ya bir yerdə işlədiyiniz adam edirsə? Belə halda siz öz mövqeyinizi izah etmək qərarına gələ bilərsiniz. Hər zaman nəzakətli olmağa çalışın. Müqəddəs Kitab məsləhət edir: «Qoy sözünüz həmişə nəvazişli olsun və ona duz qatılmış kimi olsun ki, siz hər adama necə cavab vermək lazım olduğunu biləsiniz» (Koloslulara 4:6). Diqqətli olun ki, başqalarına hörmətsizlik göstərməyəsiniz. Öz mövqeyinizi nəzakətlə izah etməyə çalışın. İnsanı əmin edin ki, siz hədiyyələrin və bir yerə yığılmağın əleyhinə deyilsiniz, sadəcə bu bayramı qeyd etmirsiniz.

15 Kimsə sizə hədiyyə vermək istəyən zaman necə davrana bilərsiniz? Vəziyyətdən çox şey asılıdır. Kim isə deyə bilər: «Bayramları qeyd etmədiyini bilirəm. Amma yenə də bu hədiyyəni sənə bağışlamaq istəyirəm». Ola bilsin, siz qərara gələcəksiniz ki, bu halda hədiyyəni götürmək, bayramda iştirak etmək demək deyil. Əgər hədiyyə verən insan sizin əqidənizlə tanış deyilsə, bu bayramı qeyd etmədiyinizi deyə bilərsiniz. Bu zaman hədiyyəni qəbul etməyinizin, əvəzində isə heç nə verməməyinizin səbəbini izah etmək asan olacaq. Digər tərəfdən isə, sizin öz əqidənizə sadiq olmadığınızı və ya maddi şeylər naminə əqidənizə zidd davranacağınızı göstərmək məqsədilə verilən hədiyyədən imtina etmək müdrik hərəkət olardı.

AİLƏDƏ NECƏ DAVRANMAQ OLAR?

16. Bayramlara dair məsələlərdə necə nəzakətli ola bilərsiniz?

16 Bəs ailə üzvləriniz imanınıza şərik deyillərsə, nə etməli? Cavab eyni olaraq qalır: nəzakətli olun. Ailənin hər bir ən’ənəsinə və ya qeyd etdiyi bayrama görə mübahisə etməyə dəyməz. Əksinə, ailə üzvlərinizin nöqteyi-nəzərinizə hörmət etmələrini istəyirsinizsə, onda siz də onların nöqteyi-nəzərlərinə hörmət edin (Matta 7:12). Bayramda iştirak mə’nasını daşıyan hər bir hərəkətdən qaçın. Məsələ bayramın qeyd edilməsi ilə bilavasitə bağlı olmayanda, müdrik davranmağa çalışın. Əlbəttə, hər zaman elə davranmalısınız ki, vicdanınızı təmiz saxlayasınız (1 Timoteyə 1:18, 19).

17. Başqaları kimi bayramları qeyd etmədiklərinə görə, uşaqların özlərini nədənsə məhrum hiss etməmələri üçün nə etmək olar?

17 Ailənin Müqəddəs Kitab həqiqətlərinə zidd gedən bayramları qeyd etmədiyinə görə, uşaqların özlərini nədənsə məhrum hiss etməmələri üçün nə etmək olar? Sizin il boyu etdiklərinizdən çox şey asılıdır. Bə’zi valideynlər çalışırlar ki, uşaqlarına başqa günlər hədiyyələr bağışlasınlar. Ən yaxşı hədiyyələrdən biri, onlara vaxt ayırmaq və səmimi maraq göstərməkdir.

HƏQİQƏT YOLUNDA YERİMƏK

Ata-bala birgə xoş xəbəri təbliğ edir, ailəlikcə yığıncaq görüşündə iştirak edir və piknik zamanı bir-birinə hədiyyə verirlər

Həqiqət yolu əsl xoşbəxtlik gətirir

18. Məsihçi görüşlərində iştirak etmək həqiqət yolunu tutmağa necə kömək edir?

18 Allahı sevindirmək istəyirsinizsə, yalan dinlə əlaqəni kəsməli və həqiqət yolunu tutmalısınız. Bu nə deməkdir? Müqəddəs Kitabda deyilir: «Bir-birimizi məhəbbətə və xeyirli işlərə necə təşviq edəcəyimizin qayğısına qalaq. Bə’zilərinin adət etdikləri kimi öz yığıncaqlarımızı tərk etməyək. Amma xüsusən, o Günün yaxınlaşdığını gördüyümüz nisbətdə bir-birimizi daha çox ürəkləndirək» (İbranilərə 10:24, 25). Məsihçi görüşləri Allaha məqbul tərzdə ibadət etməyə gözəl imkan yaradır (Məzmur 22:22; 122:1). Bu cür görüşlərdə sadiq məsihçilər bir-birlərini ruhlandırırlar (Romalılara 1:12).

19. Müqəddəs Kitabdan öyrəndiklərinizi başqalarına danışmaq nə üçün vacibdir?

19 Həqiqət yolunu tutmaq, Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənən zaman əldə etdiyiniz bilikləri başqaları ilə bölüşmək mə’nasını da daşıyır. Bu gün dünyada pisliklərin baş alıb getdiyini görən insanların çoxu «ah-nalə» edir (Yezekel 9:4). Ola bilsin, bu kimi insanları siz də tanıyırsınız. Nəyə görə Müqəddəs Kitabın gələcəyə dair verdiyi ümid haqqında onlara danışmayasınız? Həqiqi məsihçilərlə ünsiyyət etməklə və Müqəddəs Kitabın gözəl həqiqətlərini başqaları ilə bölüşməklə, əvvəllər sizə əziz olan yalan dinin ən’ənələrindən tədricən imtina etmək asan olacaq. Əmin olun ki, həqiqət yolunu tutmaqla, siz əsl xoşbəxtliyə və çoxlu xeyir-dualara nail olacaqsınız! (Malaki 3:10).

a «Əlavələr» bölməsinə, 221, 222-ci səhifələrə baxın.

b Dekabrın 25-nin seçilməsində, Saturnaliya bayramı da öz rolunu oynamışdır. Roma dininin səpin allahı Saturnun şərəfinə təşkil olunan bu bayramlar 17-24 dekabrda qeyd edilirdi. Onlar kef məclisləri və şənliklərlə, həmçinin bir-birlərinə hədiyyələr verməklə müşayiət olunurdu.

c Məsihçilərin digər məşhur bayramlara necə münasibət göstərdiklərini öyrənmək üçün, «Əlavələr» bölməsinə, 222, 223-cü səhifələrə baxın.

MÜQƏDDƏS KİTABIN ÖYRƏTDİKLƏRİ

  • Dini təsvirlərin və ölülərə sitayişin həqiqi ibadətlə heç bir əlaqəsi yoxdur (Çıxış 20:4, 5; Qanunun təkrarı 18:10-12).

  • Bütpərəstlikdən yaranan bayramlarda iştirak etmək düzgün deyil (Efeslilərə 5:10).

  • Həqiqi məsihçilər öz e’tiqadlarını izah edərkən, nəzakətli olmalıdırlar (Koloslulara 4:6).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş