Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bh s. 197—199
  • Məsihin gəlişinə dair Danielin peyğəmbərliyi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məsihin gəlişinə dair Danielin peyğəmbərliyi
  • Müqəddəs Kitab əslində nə öyrədir?
  • Oxşar material
  • Dənyal peyğəmbər Məsihin zühuru barədə xəbər vermişdi
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
  • Sürgündə olan peyğəmbər gələcəyə dair görüntülər alır
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • Müqəddəs Kitab gələcəkdən xəbər verirmi?
    Gözətçi qülləsi 2012
Müqəddəs Kitab əslində nə öyrədir?
bh s. 197—199

Əlavələr

Məsihin gəlişinə dair Danielin peyğəmbərliyi

DANİEL peyğəmbər İsanın doğulmasından 500 ildən bir qədər əvvəl yaşamışdır. Yehova bu peyğəmbərə İsanın məsh ediləcəyi, yə’ni Məsih tə’yin ediləcəyi vaxtı dəqiq müəyyən etmək üçün mə’lumat vermişdi. Danielə deyilmişdi: «Bunu bil və anla: Yerusəlimi bərpa edib tikmək üçün verilən fərmanın çıxmasından məsh olunmuş hökmdara qədər yeddi yeddiillik dövr» və «altmış iki yeddiillik dövr» keçəcək (Daniel 9:25).

Məsihin gələcəyi vaxtı hesablamaq üçün ayədə xatırlanan dövrün nə vaxt başladığını müəyyən etmək lazımdır. Peyğəmbərlikdə deyilir ki, hesablamanı «Yerusəlimi bərpa edib tikmək üçün verilən fərmanın» çıxdığı vaxtdan aparmaq lazımdır. Bu fərman nə vaxt çıxdı? «Nehemya» kitabında deyildiyi kimi, Yerusəlimin divarlarının bərpa olunması haqqında fərman «Padşah Artaxşastanın hakimiyyətinin iyirminci ili»ndə çıxdı (Nehemya 2:1, 5-8). Tarixi mə’lumatlara əsasən, Artaxşasta padşahın hakimiyyətinin birinci ili b. e. ə. 474-cü ilə düşür. Nəticə e’tibarilə, onun hakimiyyətinin iyirminci ili b. e. ə. 455-ci ilə düşür. Bu, Danielin peyğəmbərliyində xatırlanan və Məsihin ­gələcəyi vaxtı hesablamağa kömək edən başlanğıc tarixdir.

Daniel «məsh olunmuş hökmdara» kimi nə qədər vaxt keçməli olduğunu göstərdi. Peyğəmbərlikdə «yeddi yeddiillik» və «altmış iki yeddiillik dövr»dən, yə’ni cəmi 69 yeddiillik dövrdən, yə’ni həftədən danışılır. Bu dövr, yə’ni həftə nə qədər davam etməli idi? Müqəddəs Kitabın bə’zi tərcümələrindən görünür ki, söhbət adi həftədən yox, illik həftədən gedir. İllik həftə yeddi ilə bərabərdir. Zaman vahidi kimi illik həftə anlayışı qədim yəhudilərə yaxşı tanış idi. Məsələn, hər yeddinci il İsraildə şənbə ili hesab edilirdi (Çıxış 23:10, 11). Beləliklə, peyğəmbərlikdə qeyd olunan 69 «yeddiillik» — hər biri yeddi ilə bərabər olan 69 dövrdür. Deməli, 69 «yeddiillik dövr» 483 ilə bərabərdir.

İndi gəlin vaxtı hesablayaq. Əgər b. e. ə. 455-ci ildən 483 ili hesablasaq, b. e. 29-cu ilinə gəlib çıxarıq. Məhz həmin il İsa vəftiz olundu və Məsih oldu!a (Luka 3:1, 2, 21, 22). Danielin peyğəmbərliyi necə də qeyri-adi şəkildə yerinə yetdi!

Çərçivə: Yetmiş dəfə yeddiillik dövr haqda Daniel 9-cu fəsildə qələmə alınan peyğəmbərlikdə Məsihin gəlişi barədə danışılır

a B. e. ə. 455-ci ildən b. e. ə. 1-ci ilə qədər 454 il keçmişdir. B. e. ə. 1-ci ildən b. e. 1-ci ilinə qədər olan vaxt bir ildir (sıfırıncı il olmayıb). B. e. 1-ci ilindən b. e. 29-cu ilinə qədər 28 il keçmişdir. Bu üç vaxt kəsiyinin cəmi (454+1+28) 483 ilə bərabərdir. İsa 70-ci illik həftənin ərzində, b. e. 33-cü ilində ‘həlak oldu’ (Daniel 9:24, 26). «Danielin peyğəmbərliyinə diqqət yetirin!» (rus.) kitabının 11-ci fəslinə və «Müqəddəs Yazıların dərk edilməsi» ensiklopediyasının 2-ci cildinin 899-901-ci səhifələrinə (ing.) baxın. Bu nəşrlər Yehovanın Şahidləri tərəfindən dərc edilmişdir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş