Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bh s. 201—s. 204 abz. 2
  • Ata, Oğul və müqəddəs ruh haqqında həqiqət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ata, Oğul və müqəddəs ruh haqqında həqiqət
  • Müqəddəs Kitab əslində nə öyrədir?
  • Başlıqlar
  • «KƏLAM ALLAH OLUB»
  • ƏLAVƏ SÜBUTLAR
  • HƏQİQƏTİN TƏSDİQİ
Müqəddəs Kitab əslində nə öyrədir?
bh s. 201—s. 204 abz. 2

ƏLAVƏLƏR

Ata, Oğul və müqəddəs ruh haqqında həqiqət

ÜÇ ÜQNUMA inanan insanlar Allahın üç şəxsiyyətdən — Ata, Oğul və Müqəddəs Ruhdan ibarət olduğunu söyləyirlər. Onların hamısının eyni gücə və qüdrətə malik olduqlarını və heç birinin başlanğıcı olmadığını düşünürlər. Üç üqnum tə’liminə əsasən, Ata Allah, Oğul Allah və Müqəddəs Ruh Allah var, bununla belə yalnız bir Allah mövcuddur.

Üç üqnuma inananlar bu tə’limi izah edə bilmirlər, ancaq onlar onun Müqəddəs Kitaba əsaslandığını düşünürlər. Halbuki Müqəddəs Kitabda «Üç üqnum» ifadəsinə bir dəfə də olsun rast gəlinmir. Bəs Müqəddəs Yazılarda Allahın üç şəxsiyyətdən ibarət olması fikri mövcuddurmu? Bu suala cavab tapmaq üçün, gəlin «Üç üqnum» tə’limini sübut etmək məqsədilə tez-tez istifadə olunan ayəni nəzərdən keçirək.

«KƏLAM ALLAH OLUB»

Yəhya 1:1 (İ–93) ayəsində deyilir: «Başlanğıcda Kəlam var idi; Kəlam Allah nəzdində idi və Kəlam Allah idi». Daha sonra həvari Yəhya bu fəsildə aydın izah edir ki, «Kəlam» — İsadır (Yəhya 1:14). Burada Kəlam Allah adlandığı üçün bə’ziləri Oğulun və Atanın vahid Allah olduğunu düşünürlər.

Nəzərə almaq lazımdır ki, «Yəhyanın Müjdəsi» başlanğıcda yunan dilində yazılmışdı. Sonralar isə onu başqa dillərə tərcümə etmişlər. Bə’zi tərcümələrdə «Kəlam Allah olub» ifadəsi yoxdur. Nəyə görə? Tərcüməçilər qədim yunan dilinə dair biliklərinə əsaslanaraq qərara gəlmişlər ki, bu hissəni başqa cür tərcümə etmək lazımdır. Necə? Bir neçə nümunəyə baxaq: «Loqos [Kəlam] ilahi varlıq olub» («A New Translation of the Bible»). «Kəlam allah olub» («The New Testament in an Improved Version»). «Kəlam Allahla olub və onun surətində olub» («The Translator’s New Testament»). Bu tərcümələrə əsasən, Kəlam Allah deyila. Onun «allah» adlanmasının səbəbi isə, Yehovanın yaratdıqları arasında yüksək mövqe tutmasıdır. Bu ayədəki «allah» sözü isə «qüdrət sahibi» mə’nasını verir.

ƏLAVƏ SÜBUTLAR

Əksəriyyətimiz yunan dilini bilmirik. Bəs onda həvari Yəhyanın nəyi nəzərdə tutduğunu necə müəyyən etmək olar? Təsəvvür edin ki, müəllim şagirdlərə hansısa mövzunu başa salır. Ancaq onun dediklərini şagirdlərin hərəsi bir cür başa düşür. Bu halda nə etmək olar? Müəllimdən xahiş etmək olar ki, dediklərini izah etsin. Şübhəsiz, əlavə mə’lumat şagirdlərin materialı daha yaxşı mənimsəmələrinə kömək edəcək. Buna görə də, Yəhya 1:1 ayəsinin mə’nasını daha yaxşı başa düşmək üçün, «Yəhyanın Müjdəsi»nə müraciət etmək və İsa Məsihin tutduğu mövqe haqqında daha çox öyrənmək olar. Bu, düzgün nəticəyə gəlməyimizə kömək edəcək.

Məsələn, Yəhya öz Müjdəsinin 1-ci fəslinin 18-ci ayəsində (İ–93) «heç bir zaman Allahı [Külli-İxtiyarı] kimsə görməmişdir» deyə yazır. Lakin Oğulu, yə’ni İsanı insanlar görmüşlər. Yəhya deyir: «Kəlam [İsa] bəşər olub... aramızda sakin oldu; biz də Onun izzətini... gördük» (Yəhya 1:14). Məgər bu halda Oğul Külli-İxtiyar Allahın bir hissəsi ola bilərmi? Yəhya, həmçinin Kəlamın ‘Allah nəzdində’ olduğunu izah edir. Lakin bir nəfərin kiminsə nəzdində olması, eyni zamanda da həmin şəxsin özü olması necə mümkündür? Bundan əlavə, İsanın Yəhya 17:3 ayəsindəki sözlərindən görünür ki, o və səmavi Atası fərqli şəxsiyyətlərdir. İsa Atasını ‘vahid həqiqi Allah’ adlandırmışdır. Yəhya öz Müjdəsinin son sözlərində qeyd edir: «İsanın, Allahın Oğlu Məsih olduğuna iman edəsiniz... deyə, bunlar yazılmışdır» (Yəhya 20:31). Diqqət yetirin ki, İsa burada Allah yox, Allahın Oğlu adlanır. Göründüyü kimi, «Yəhyanın Müjdəsi»ndəki əlavə ayələr Yəhya 1:1 ayəsində nədən bəhs edildiyini başa düşməyə kömək edir. İsanın, yə’ni Kəlamın «allah» adlanması isə onun yüksək mövqe tutması ilə bağlıdır, ancaq o, Külli-İxtiyar Allaha bərabər deyil.

HƏQİQƏTİN TƏSDİQİ

Gəlin müəllim və şagirdlərin nümunəsi üzərində yenidən düşünək. Təsəvvür edin ki, müəllim əlavə mə’lumat verdikdən sonra da şagirdlərdən kimdəsə şübhələr qalır. Bəs indi nə etmək olar? Daha artıq mə’lumat almaq üçün başqa müəllimə müraciət etmək olar. Əgər o, əvvəlki müəllimin hər şeyi düzgün izah etdiyini təsdiq edərsə, şagirdlərdən çoxunun şübhələri ortadan qalxar. Siz də məhz bu cür davrana bilərsiniz. Əgər həvari Yəhyanın İsa Məsih və Külli-İxtiyar Allah haqqında dedikləri sizə tam aydın deyilsə, başqa bir müjdəçiyə, məsələn, Mattaya müraciət edə bilərsiniz. «Mattanın Müjdəsi»nə əsasən, İsa Məsih bu sistemin sonu haqqında belə demişdir: «O günü və o saatı nə göylərin mələkləri, nə də Oğul bilir; Atadan başqa heç kim bilmir» (Matta 24:36). Bu sözlər İsanın Külli-İxtiyar Allah olmadığını necə sübut edir?

İsa, Atanın Oğuldan çox bildiyini söylədi. Əgər İsa Külli-İxtiyar Allahın bir hissəsi olsaydı, Atasının bildiyi qədər o da bilərdi. Beləliklə, Oğul Ataya bərabər deyil. Kim isə e’tiraz edə bilər: «İsa yer üzünə cismani bədəndə gəlmişdi. O, bu sözləri deyərkən insan idi». Bəs onda müqəddəs ruh haqqında nə demək olar? Əgər müqəddəs ruh da Allahın bir hissəsi və Ataya bərabərdirsə, onda nəyə görə İsa Atanın bildiklərini müqəddəs ruhun da bildiyini söyləmədi?

Müqəddəs Kitabı tədqiq edərək, siz bu mövzu ilə əlaqədar bir çox başqa ayələrlə də tanış olacaqsınız. Onlar Ata, Oğul və müqəddəs ruh haqqında həqiqəti açıqlayır (Məzmur 90:2; Həvarilərin işləri 7:55; Koloslulara 1:15).

a Yəhya 1:1 ayəsini başa düşməyə kömək edən yunan dilinin qrammatik qaydaları haqqında, Yehovanın Şahidləri tərəfindən dərc edilən «Üç üqnuma inanmaq lazımdırmı?» broşürasının 26-29-cu səhifələrindən (rus.) öyrənmək olar.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş