Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bh s. 204—s. 205 abz. 5
  • Həqiqi məsihçilər nəyə görə xaça sitayiş etmirlər?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həqiqi məsihçilər nəyə görə xaça sitayiş etmirlər?
  • Müqəddəs Kitab əslində nə öyrədir?
  • Oxşar material
  • Siz nəyə görə ibadətinizdə xaçdan istifadə etmirsiniz?
    Tez-tez verilən suallar
  • Xaç
    Oyanın! 2017
  • İsa Məsih xaç üzərində edam edilib?
    Müqəddəs Kitaba aid suallara cavab
Müqəddəs Kitab əslində nə öyrədir?
bh s. 204—s. 205 abz. 5

ƏLAVƏLƏR

Həqiqi məsihçilər nəyə görə xaça sitayiş etmirlər?

MİLYONLARLA insanlar xaça sitayiş edir və ona hörmətlə yanaşırlar. «Azərbaycan dilinin izahlı lüğəti»ndə xaç «xristianlığın rəmzi sayılan... sitayiş obyekti» adlanır. Lakin həqiqi məsihçilər xaça sitayiş etmirlər. Nəyə görə?

Ən vacib səbəblərdən biri odur ki, İsa Məsih xaç üzərində ölməmişdir. Adətən «xaç» kimi tərcümə olunan yunan sözü stauros, əslində iti uclu ağac və ya dirək mə’nasını verir. Bir əsərdə deyilir: «[Stauros] sözü heç vaxt hansısa bucaq altında kəsişən iki şalban mə’nasını daşımır... [...] [Yeni Əhdin] yunanca mətnində bunun iki şalbandan ibarət olduğuna heç bir işarə yoxdur» («The Companion Bible»).

Bə’zi Müqəddəs Kitab ayələrində İsanın e’damında istifadə olunan aləti bildirmək üçün başqa söz istifadə edilir. Bu, yunanca ksilon sözüdür (Qalatiyalılara 3:13). Bu söz «şalban, çubuq və ya ağac» mə’nasını verir.

E’dam aləti kimi nəyə görə adətən adi dirəkdən istifadə olunduğu «Xaç və çarmıxa çəkilmə» kitabında izah edilir: «Xalq qarşısında e’dam etmək üçün seçilən yerlərin hamısında ağac olmurdu. Buna görə də, yerə adi dirək basdırılırdı. Cinayətkarı əlləri yuxarı qaldırılmış şəkildə dirəyə bağlayır və ya mıxlayırdılar, çox vaxt ayaqlarını da bu cür edirdilər» (Herman Fulda, «Das Kreuz und die Kreuzigung»).

İsanın xaç üzərində mıxlanmadığının ən güclü sübutu Allahın Kəlamında yerləşir. Həvari Pavel demişdir: «Ağacdan asılan hər kəs lə’nətlənir» (Qalatiyalılara 3:13). Pavel burada, Qanunun təkrarı 21:22, 23 ayələrini sitat gətirir. Bu ayələrdə xaçdan yox, taxta dirəkdən söhbət gedir. Dirəkdə e’dam olunan insan «lə’nətli» hesab olunduğu üçün, məsihçilər evlərini Məsihin çarmıxa çəkilmiş şəkil və heykəlləri ilə bəzəməməlidirlər.

Mə’lum olduğu kimi, Məsihin ölümündən sonra ilk 300 il ərzində onun davamçıları xaça sitayiş etməmişlər. Ancaq IV əsrdə bütpərəst imperator Konstantin xristianlığı qəbul etdi və xaçı xristian dininin rəmzi e’lan etdi. Konstantinin bunu hansı niyyətlə etməsindən asılı olmayaraq, xaçın İsa Məsihlə heç bir əlaqəsi yoxdur. Əslində xaç bütpərəstliyin rəmzidir. «Yeni katolik ensiklopediyası»nda deyilir: «Xaça həm xristianlıqdan öncəki, həm də qeyri-xristian mədəniyyətlərində də rast gəlinir». Bir çox digər nüfuzlu mənbələr göstərir ki, xaç təbiət qüvvələrinə sitayişlə və bütpərəstliyin əxlaqsız ayinləri ilə birbaşa əlaqəlidir («New Catholic Encyclopedia»).

Bəs nəyə görə xristianlar bu qədim rəmzi bütpərəstlikdən mənimsəmişlər? Görünür, bütpərəstləri öz dinlərinə cəlb etmək məqsədi ilə. Necə olursa-olsun, Müqəddəs Kitab bütpərəstliyin hər bir rəmzinə sitayişi mühakimə edir (2 Korinflilərə 6:14-18). Bundan əlavə, o, bütpərəstliyin bütün növlərini qadağan edir (Çıxış 20:4, 5; 1 Korinflilərə 10:14). Buna görə də, həqiqi məsihçilər xaça sitayiş etmirləra.

a Bu mövzu barədə ətraflı mə’lumatı «Yunanca Müqəddəs Yazıların Yeni Dünya tərcüməsi»inin 1437-1439-cu səhifələrindən (rus.), həmçinin «Müqəddəs Yazıların əsasında mülahizə» kitabının 89-93-cü səhifələrindən (ing.) tapmaq olar. Bu nəşrlər Yehovanın Şahidləri tərəfindən dərc edilib.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş