Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bh s. 221—222
  • İsa qışdamı anadan olub?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa qışdamı anadan olub?
  • Müqəddəs Kitab əslində nə öyrədir?
  • Oxşar material
  • İsa peyğəmbər harada və nə vaxt doğulub?
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İsa harada və nə vaxt doğulur
    İsa Məsihin həyatı və xidməti
  • Mələklər İsanın doğulduğunu xəbər verir
    Müqəddəs Kitab dünyasına səyahət
  • İsa peyğəmbər nə zaman doğulub?
    Müqəddəs Kitaba aid suallara cavab
Əlavə
Müqəddəs Kitab əslində nə öyrədir?
bh s. 221—222

ƏLAVƏLƏR

İsa qışdamı anadan olub?

MÜQƏDDƏS KİTABDA İsanın nə vaxt anadan olduğu deyilmir. Ancaq orada yazılanlardan görünür ki, o, qışda doğulmayıb.

İsanın doğulduğu Bet-Lexem şəhərində qışda hansı hava şəraiti müşahidə olunurdu? İbrani təqviminə əsasən, kislev ayında (noyabr-dekabr aylarına müvafiqdir) adətən soyuq və yağışlı hava olurdu. Ondan sonra tevet ayı (dekabr-yanvar) gəlirdi. Bu, ilin ən soyuq ayı idi və bə’zən bu vaxt Yəhudi yaylasında hətta qar yağırdı. Gəlin görək Müqəddəs Kitabda həmin ərazidə havanın necə keçdiyi haqda nə deyilir.

«Ezra» kitabından öyrənirik ki, kislev ayında hava həqiqətən də soyuq və yağmurlu keçirdi. Ezra yazır ki, «doqquzuncu ayın [kislev] iyirmisində» xalq Yerusəlimə toplaşmışdı. İnsanlar meydanda oturaraq, «yağışdan... əsə-əsə» deyirdi: «Yağış vaxtıdır, bayırda dayanmağa taqətimiz yoxdur» (Ezra 10:9, 13; Yeremya 36:22). O vaxt həmin ərazidə yaşayan çobanların öz sürüləri ilə qışda açıq səma altında gecələməmələrinin səbəbi aydındır.

Lakin Müqəddəs Kitabda deyilir ki, İsa doğulan gecə çobanlar çöldə qoyunlarını güdürdülər. Müjdəçi Luka yazır ki, çobanlar Bet-Lexem yaxınlığında «gecə çöldə öz sürülərinin keşiyini çəkirdilər» (Luka 2:8-12). Diqqət yetirin ki, çobanlar yalnız gündüzlər deyil, gecələr də çöldə qalırdılar. Onların sürüləri də bütün gecəni çöldə olurdu. Çobanlar qışda, soyuq və yağmurlu havada açıq səma altında yaşayardılarmı? Əlbəttə, yox! İsanın doğulması haqqında Müqəddəs Kitabda verilən mə’lumat göstərir ki, o, qışda doğulmayıba.

Müqəddəs Kitabda İsanın ölümünün dəqiq tarixi verilir, amma nə vaxt doğulduğuna işarə edən mə’lumat çox azdır. Süleyman padşahın sözləri yada düşür: «Yaxşı ad ətirli yağdan, ölüm günü isə doğum günündən yaxşıdır» (Vaiz 7:1). Buna görə də təəccüblü deyil ki, Müqəddəs Kitabda İsanın xidməti və ölümü haqqında təfsilatı ilə mə’lumat verildiyi halda, nə vaxt doğulduğu haqda, demək olar ki, heç nə deyilmir.

Bet-Lexemin yaxınlığında çobanlar gecə öz sürüləri ilə çöldədirlər

İsa doğulan gecə çobanlar öz sürüləri ilə çöldə idilər

a Bu haqda daha çox mə’lumat əldə etmək üçün, Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Müqəddəs Yazıların əsasında mülahizə» kitabının 176-179-cu səhifələrinə (ing.) müraciət etmək olar.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş