Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bh s. 222—223
  • Bayramlara münasibətimiz necə olmalıdır?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bayramlara münasibətimiz necə olmalıdır?
  • Müqəddəs Kitab əslində nə öyrədir?
  • Oxşar material
  • Yehovanın Şahidləri nəyə görə müəyyən bayramları keçirmir?
    Tez-tez verilən suallar
  • Bayram və adətlər
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Bütün bayramlar Allaha məqbuldur?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Müqəddəs Kitabda Pasxa barədə nə deyilir?
    Müqəddəs Kitaba aid suallara cavab
Əlavə
Müqəddəs Kitab əslində nə öyrədir?
bh s. 222—223

ƏLAVƏLƏR

Bayramlara münasibətimiz necə olmalıdır?

BU GÜN dünyada bir çox məşhur dini və dünyəvi bayramlar qeyd edilir. Bunların heç biri Müqəddəs Kitaba əsaslanmır. Bəs onda bayramların kökü hara gedib çıxır? Yəqin ki, bu sualı ensiklopediyaların köməyi ilə araşdırmaq sizin üçün maraqlı olacaq. Bir neçə nümunəni nəzərdən keçirək.

Pasxa. «Britaniya ensiklopediyası»nda deyilir: «Yunanca Müqəddəs Yazılarda İsa Məsihin dirilməsinin bayram edilməsinə dair heç bir işarə yoxdur» («The Encyclopedia Britannica»). Bu bayramın İsanın dirilməsinin şərəfinə qeyd edildiyi hesab edilsə də, Pasxa ən’ənələri bütpərəstliklə əlaqəlidir. Məsələn, «Pasxa dovşanı» haqqında «Katolik ensiklopediyası»nda deyilir: «Dovşan bütpərəstlik simvoludur və o bolluq rəmzi sayılır» («The Catholic Encyclopedia»).

Yeni il bayramı. Yeni il bayramının keçirilmə tarixi və bununla əlaqədar adətlər müxtəlif ölkələrdə müxtəlif cürdür. «Uorld buk» ensiklopediyasında bu bayramın yaranma tarixi barədə deyilir: «İlin yanvarın 1-dən başlanmasını b. e. ə. 46-cı ildə Roma imperatoru Yuli Sezar tə’yin etmişdir. Romalılar bu günü giriş və çıxışların, qapıların və bütün başlanğıcların allahı sayılan Yanusa həsr etmişdilər. Yanvar ayı iki üzlü: bir üzü keçmişə, o biri üzü gələcəyə yönəldilmiş formada təsvir olunan Yanus allahın şərəfinə adlanmışdı» («The World Book Encyclopedia»). Göründüyü kimi, yeni il bayramının kökü bütpərəstlik ayinlərinə dayanır.

Hellouin. Bir ensiklopediyada deyilir: «Hellouin ayinləri məsihçilikdən əvvəlki dövrə aiddir və druidlərin (qədim keltlərin kahinləri) ayin və ən’ənələri ilə bağlıdır. Keltlər iki əsas allahın — günəş allahının və ölülər allahının şərəfinə bayram keçirirdilər. Ölülər allahının şərəfinə keçirdikləri bayramı 1 noyabrda qeyd edirdilər (bu gün, keltlərdə yeni ilin başlanğıcı hesab edilirdi). Vaxt keçdikcə bu bayram Xristian bayramlarının sırasına daxil oldu» («The Encyclopedia Americana»).

Digər bayramlar. Bu gün dünyada qeyd olunan bayramların hamısını müzakirə etmək mümkün deyil. Lakin tamamilə aydındır ki, insanları və ya təşkilatları izzətləndirən bayramlar Yehovaya məqbul deyil (Yeremya 17:5-7; Həvarilərin işləri 10:25, 26). Həmçinin yadda saxlamaq vacibdir ki, dini bayramların Yehovaya məqbul olub-olmadığını müəyyən etməyə onun mənşəyi kömək edir (Yeşaya 52:11; Vəhy 18:4). Bu kitabın 16-cı fəslində gətirilən Müqəddəs Kitab prinsipləri Allahın bu və ya digər bayramlarda iştirak etməyə necə yanaşdığını öyrənməyinizə kömək edəcək.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş