Nəğmə 84
«İstəyirəm»
1. Bax Məsih sevgi bəslədi,
Göydən o bizimçün endi.
O, xalqın içində yaydı xoş müjdə,
Rəbbin niyyətin çatdırdı.
Hər dərdə qılırdı çarə,
Oldu təsəlli bəşərə.
Xəstəni sağaldırdı sevgiylə,
Deyirdi o: «İstəyirəm».
2. Rəbb seçdi sadiq nökəri,
Ona tapşırdı bizləri.
Gəl olaq vəhdətdə Rəbbə xidmətdə,
Verək hər kəsə təsəlli.
Biz arxa duraq məzluma,
Dula, fağıra, yetimə
Ah-naləylə imdad diləyirsə,
İsatək de: «İstəyirəm».
(Həmçinin baxın: Yəh. 18:37; Efes. 3:19; Filip. 2:7.)