Nəğmə 7
Yehovaya həsr olunma
1. Sonsuz, geniş Kainatı
Yaratdı Yehova.
Əllərinin işi — yer və
Göy məxsusdur Ona.
Hər canı yaradıb verdi
O, həyat nəfəsi.
Rəbbimiz layiqdir tərifə,
Ona verək izzəti.
2. İsa suda vəftiz oldu,
Doğrultsun Kəlamı.
Dua edərək Rəbbə
Özünü bağışladı.
İordan çayından çıxıb
Məsh edilmiş oldu,
İtaətkarlıq göstərərək,
Sədaqətlə yaşadı.
3. Qarşındayıq biz, Yehova,
Səni tərif edək.
Həsr edirik özümüzü,
Səninçün yaşayaq.
Öz yeganə Oğlun oldu
Qiymətli fidyəmiz.
Artıq yaşasaq da, ölsək də,
Səninik, Allahımız.
(Həmçinin baxın: Mat. 16:24; Mark 8:34; Luka 9:23.)